Netanyahu rəqib partiyaları İsraildəki ərəb azlığına imkan verməməyə çağırıb18 Noyabr 2019, 12:29 (GMT +4) Bakı, 18 noyabr, SalamNews, B.Samid. İsrail baş naziri Benyamin Netanyahu rəqibi Benni Qantzı ərəb azlığı ilə ittifaq yaratmamağa çağırıb.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, İsrail baş naziri ötən gün ölkədəki ərəb azlığına qarşı irqçi çıxış edib və ölkədə təşkil ediləcək yeni hökumətə onların buraxılmamasını istəyib.
İsrail baş naziri Benyamin Netanyahu rəqibi "Mavi-Ağ" blokunun sədri Benni Qantzdan istəyib ki, "Likud" partiyası ilə birgə ittifaqa girərək, hökuməti təşkil etsin.
B. Netanyahu "Mavi-Ağ" blokunun sədrini "terrorçuları dəstəkləyən ərəblərə arxlanmamağa" çağırıb.
Qeyd edək ki, bundan öncə İsrail baş naziri Benyamin Netanyahunun işğalda olan Colan, Qüds, və İordan çayının qərb sahili ilə bağlı sərt addımlarından sonra ərəb partiyaları onun rəqibinə dəstək verməyə hazır olduqlarını bildiriblər.
|