Tramp və Makron telefon danışığı zamanı İran və Suriyanı müzakirə edib18 Noyabr 2019, 15:02 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. ABŞ prezidenti Donald Tramp ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı keçirilib. Telefon danışığı zamanı Suriya, İran, habelə dekabrın əvvəlində Londonda keçiriləcək NATO sammiti müzakirə edilib.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Bu gün Prezident Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla danışıb. Liderlər İran və Suriya ilə bağlı gələcək addımları, həmçinin NATO liderlərinin Londonda gözlənilən görüşünü müzakirə ediblər", məlumatda deyilir.
Şimali Atlantika Alyansının sammiti 3-4 dekabr tarixlərində Londonda keçiriləcək.
|