ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir18 Noyabr 2019, 16:07 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. ABŞ İran xalqının dinc etiraz aksiyalarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyir.
SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişem açıqlama verib.
İranda neftin qiymətinin artmasına qarşı etiraz aksiyasi keçirilir. Mitinq zamanı bir nəfərin öldüyü bildirilir.
"ABŞ İran xalqını dəstəkləyir. Biz ölümlə nəticələnən gücün tətbiq edilməsini və nümayişçilərə qarşı rabitə mövzusunda tətbiq edilən sərt məhdudiyyətləri müzakirə edirik", Ağ Evinin məlumatında deyilir.
|