Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb18 Noyabr 2019, 16:19 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. Bu gündən onlayn mediada yeni internet portalı fəaliyyətə başlayıb. “Sehhet.az” adlı sayt tibbi yönümlü internet resursudur, Saytda ancaq tibb və səhiyyə xəbərləri və yazıları dərc edir.
SalamNews xəbər verir ki, layihənin məqsədi cəmiyyətin səhiyyə və tibb xəbərləri sahəsində ixtisaslaşmış internet-resursa olan tələbatının qarşılanmasında iştirak etmək, tibbi maarifləndirməyə yardımçı olmaq, səhiyyə sahəsində ölkədə aparılan islahatlara dəstək verməkdir.
Oxucular saytda səhiyyə ilə bağlı rəsmi xəbərləri, açıqlamaları, elm adamları, mütəxəssislərlə, həkimlərlə maraqlı müsahibələri oxuya, dünyada və ölkədə tibblə bağlı son yenilikləri öyrənə, elminailiyyətlərlətanışolabilərlər.
Oxucular həkim məsləhətləri, ənənəvi tibbi müalicə üsulları ilə də tanış ola bilərlər.
Burada verilən məqalələr etibarlı mənbələrdən istifadə edərək tərtib edilir. Digər tərəfdən saytda Azərbaycanın ən peşəkar və təcrübəli həkimləri yer alır. Buradan istifadə edərək siz həkimlərə sual ünvanlaya bilə və ya xəstəliyinizə uyğun həkim tapa bilərsiniz. Saytın yaradıcısı tanınmış jurnalist Amil Hacıyevdir
|