Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb (FOTO)

19 Noyabr 2019, 11:57 (GMT +4)

Bakı, 19 noyabr, SalamNews.Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuuğurla başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə BANM-in rəhbərliyi, BPşirkətinin nümayəndələri və tələbələr iştirak ediblər.

SalamNews xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə çıxışı zamanı bildirib ki, 2 ay davam edən “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti mərhələsi müvəffəqiyyətlə öz işini yekunlaşdırıb. O bildirib ki, əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması olan layihə boyunca təcrübəli ekspertlər təlimlər keçiblər.

Rektor qeyd edib ki, proqramdaBakı Ali Neft Məktəbi ilə yanaşı, mühəndislik ixtisası üzrə təhsil alan bir çox ali məktəblərin də tələbələri iştirak ediblər.

“İngilis dilində həyata keçirilən layihə təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş tələbələrə, həm də menecment və biznes sahəsində geniş bilgilər verib. Əsas məqsəd gənc mühəndislərə ümumi biznes biliklərini, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarəedilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçirilərək savadlı, intellektual kadrlar yetişdirməkdir”- deyə rektor əlavə edib.

Tədbirdə çıxış edən“BP-AGT”-nin KİV və Əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində BP şirkəti sosial layihələrə sərmayə yatırıb. “Bu layihələr arasında təhsil proqramları üstünlük təşkil edir. Ali məktəblərlə əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbi ilə bir neçə uğurlu layihələr həyata keçirilib ki, bunlardan biri də “Mühəndislər üçün biznes təhsili” layihəsidir” - deyə T.Bayatlı qeyd edib.

Daha sonra, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadəçıxışlarında layihənin tələbələr üçün əhəmiyyətindən danışıblar.

Tələbələrlə iş şöbəsinin Böyük metodisti Ləman Hüseynova bildirib ki, 2 ay müddətində davam edən “Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”,“Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”,“Danışıq bacarıqları”kimi modullar daxil olub.“Proqramda Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak ediblər.Təlimlərdə iştirak üçün daxil olan 300-ə yaxın müraciətdən proqramın meyarlarına uyğun olan 250 nəfər seçilib. Layihədə Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Bakı Mühəndislik, ADA, Azərbaycan Memarlıq və İnşaat, Bakı Dövlət, Azərbaycan Texniki, eləcə də Xəzər universitetlərinin tələbələri iştirak ediblər”.

Tələbələr belə bir layihədə iştirakdan məmnunluqlarını ifadə edib və təşkilatçılara yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatları təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

BANM-in 11 tələbəsi beynəlxalq magistr proqramı üçün seçilib

BANM Böyük Britaniyanın IDF şirkəti ilə müqavilə imzalayıb

BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar

Birinci vitse-prezidentin köməkçisi BANM-də master-klass keçib

BANM-də Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirilib

Metronun "Həzi Aslanov- Dərnəgül" stansiyaları istiqamətində yenə yubanma olub

BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub

BANM-ın nigeriyalı tələbəsi Azərbaycan dilində öyrənib (VİDEO)

BANM-in tələbələri Azərbaycanı beynəlxalq biznes ideya müsabiqəsində təmsil edəcək

BANM əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edəcək

BANM-lə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əlaqələr genişləndirilir

BANM 4-cü SOCAR Beynəlxalq Forumuna ev sahibliyi edəcək

BANM-də “Mühəndislər üçün Biznes təhsili”nin növbəti dərsləri başlayıb

BANM-də “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib

Türkiyə yubanmadan Suriyanın şərqində əməliyyatlara başlayacaq - Mevlüt Çavuşoğlu

BANM-in tələbələri “İdeya var!” müsabiqəsində I və III yerləri qazanıblar

BANM-in tələbələri uşaq evində olublar

23 Yanvar 2020, 18:02 (GMT +4)
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib

23 Yanvar 2020, 17:52 (GMT +4)
Daha 2 rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb

23 Yanvar 2020, 17:47 (GMT +4)
KİV: Tramp Twitter-dəki yazılarının sayına görə rekordunu yeniləyib

23 Yanvar 2020, 17:45 (GMT +4)
Dövlət Komitəsində kollegiya iclası keçirilib

23 Yanvar 2020, 17:28 (GMT +4)
Türkiyə C-400-ün NATO-nun müdafiə sisteminə daxil edilməsi təklif edib

23 Yanvar 2020, 17:12 (GMT +4)
Azərbaycanda 83 əcnəbi dövlət tərəfindən verilmiş qaçqın statusu əsasında yaşayır

23 Yanvar 2020, 17:12 (GMT +4)
Putinin İsrail rəsmilərilə görüşləri Qüds şəhərində baş tutub (FOTO)

23 Yanvar 2020, 16:58 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

23 Yanvar 2020, 16:51 (GMT +4)
İrəvanın mərkəzində atışma baş verib

23 Yanvar 2020, 16:41 (GMT +4)
Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

23 Yanvar 2020, 16:24 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir

23 Yanvar 2020, 16:20 (GMT +4)
Almaniyada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

23 Yanvar 2020, 16:12 (GMT +4)
Bakı Beynəlxalq Avtovağzalında “LIBRAFF”ın oxu məntəqələri yaradılıb

23 Yanvar 2020, 16:06 (GMT +4)
ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başlayıb

23 Yanvar 2020, 15:57 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

23 Yanvar 2020, 15:56 (GMT +4)
Pentaqon mənbələri İraqda havadan müdafiə sistemlərin yerləşdiriləcəyini bildiriblər

23 Yanvar 2020, 15:49 (GMT +4)
Füzulidə məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb

23 Yanvar 2020, 15:43 (GMT +4)
Türkiyə Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır

23 Yanvar 2020, 15:30 (GMT +4)
Doktoranturaya və dissertanturaya xarici dil üzrə imtahan verəcək namizədlərin sayı açıqlanıb

23 Yanvar 2020, 15:20 (GMT +4)
Pompeo Rusiya və Kubanı tənqid edib

23 Yanvar 2020, 15:12 (GMT +4)
“Mastercard” yeni platforma yaradıb

23 Yanvar 2020, 15:08 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində görüş keçirilib

23 Yanvar 2020, 15:06 (GMT +4)
Suriyada partlayış nəticəsində bir neçə türk əsgəri həlak olub və yaralanıb

23 Yanvar 2020, 14:54 (GMT +4)
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq

23 Yanvar 2020, 14:48 (GMT +4)
BDU-da imtahanlara ictimai baxış keçirilib

23 Yanvar 2020, 14:46 (GMT +4)
Çində yeni koronavirusa yoluxanların sayı 610-u keçib

23 Yanvar 2020, 14:32 (GMT +4)
Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

23 Yanvar 2020, 14:06 (GMT +4)
El Mundo: İspaniyada fırtına nəticəsində on nəfər ölüb

23 Yanvar 2020, 14:02 (GMT +4)
Səudiyyə Yəmənin Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib, ölənlər var

23 Yanvar 2020, 13:50 (GMT +4)
Şəhid Cavanşir İbrahimovun təltif olunduğu medal oğluna təqdim edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66