Livanda etirazçılar parlamentə gedən bütün yolları bağlayıblar (VİDEO)19 Noyabr 2019, 13:10 (GMT +4) Bakı, 19 noyabr, SalamNews, B.Samid. Livanda etirazçılar ölkə parlamentinə gedən yolları bağlayıblar.
SalamNews əl-Mənar telekanalına istinadla xəbər verir ki, Livan paytaxtı Beyrutda etirazçılar ölkə parlamentinə gedən yolların hamısını bağlayaraq, deputatların məkana daxil olmasının qarşısını alıblar.
Əraziyə daxil olan bəzi deputatların maşınlarına da xəsarətlər yetirib.
Aksiyaçılar paytaxtın bir neçə mühüm prospektini də bağlayıblar.
Təhlükəsizlik qüvvələri bəzi prospektlərdə yolların açılması üçün müdaxilə edib.
Parlamentin etirazçılar tərəfindən mühasirəyə alınmasına görə bu gün keçirilməsi nəzərdə tutulan toplantı təxirə salınıb.
Qeyd edək ki, ötən aydan Livanda iqtisadi vəziyyətlə bağlı başlayan etiraz aksiyalarının davam etməsilə baş nazir Səd əl-Həriri istefa verib.
|