Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib19 Noyabr 2019, 17:48 (GMT +4) Bakı, 19 noyabr, SalamNews. Rusiya Türkiyə ilə Suriya sərhədindəki vəziyyəti normallaşdırmaq üçün bölgəyə əlavə hərbi polis qüvvələri göndərir.
SalamNews "İnterfaks"a istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, mülki şəxslərə kömək üçün sahə xəstəxanaları da yaradılacaq.
Konaşenkov qeyd edib ki, Rusiyanın döyüşən tərəflərin barışıq mərkəzi, Fərat çayı bölgəsindəki sakinlərinə humanitar yardım göndərir və qarşıdurma zamanı dağıdılmış mülki infrastrukturun bərpası üçün müvafiq tədbirlər görür.
Konaşenkov, Rusiya tərəfindən həyata keçirilən tədbirlər sayəsində bölgədəki vəziyyəti əhəmiyyətli dərəcədə stabilləşdirməyin mümkün olduğunu vurğulayıb.
|