Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:30 (GMT +4)

Bakı, 19 noyabr, SalamNews. Ölkə başçısının 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, Quba və Qusar rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə başlayıb.

Nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Bu xüsusda, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaqdır.

Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.

Açılış mərasimlərində çıxış edən Gənclər Fondunun icraçı direktoru, rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba və Qusar rayon nümayəndəliklərinin direktorları dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən və gənclər üçün mövcud olan imkanlardan danışıblar.

Qeyd olunub ki, bu gün gənclərin hərtərəfli inkişafının təmin olunması, onların məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, asudə vaxtının təşkili, habelə gənclər üçün təhsilin əlçatanlığının daha da artırılması istiqamətində mütəmadi işlər davam etdirilir. Cənab Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulanıb, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət olunublar.

Daha sonra tədbir iştirakçıları üçün Quba və Qusar rayonlarındakı Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda Mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin, region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.

Qeyd edək ki, Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı Dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, bir müddət öncə Cəlilabad və Masallı rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayıb, bu ilin sonu və növbəti ilin ilk rübü ərzindəisə ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

Qubada polis həmkəndlisinin evindən oğurluq edən şəxsi saxlayıb

Yeni Quba-Xınalıq yolunun bir hissəsində yenidənqurma işləri tamamlanır

Quba, Qusar və Xızı rayonlarına qar yağıb

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb

Qubada 16 il həbsdə olan şəxs yenidən cinayət törədib

Quba və Tovuzda “ABAD”ın iki fabriki fəaliyyətə başlayacaq

Qubada maarifləndirmə tədbiri keçirilib

Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

Xəzərdə «Quba» adlı yeni gəmi istismara veriləcək

Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

Qubada ayının təsərrüfatlara hücumu ilə bağlı İşçi Qrup yaradılıb

“Azəriqaz” rəhbərliyi Quba, Qusar və Şabranda vətəndaşlarla görüşüb

Qubada narkotik alverçisi saxlanılıb

Dağlıq Qarabağın azərbaycanlı icması Qubadlının işğalının ildönümü ilə bağlı bəyanat yayıb

Ermənistanın Qubadlını işğal etməsindən 26 il ötür

Baş prokuror Qubada vətəndaşları qəbul edib

Qubada məsciddən oğurluq edilib

Qubada çətənə bitkisi yetişdirən kənd sakini saxlanılıb

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

16 Dekabr 2019, 10:21 (GMT +4)
Sudan Yəmənin qərbindəki hərbi qüvvələrini çıxarmağa başlayıb

16 Dekabr 2019, 10:17 (GMT +4)
Pentaqon Türkiyənin "İncirlik" bazasını bağlamaq təhdidlərinə cavab verib

16 Dekabr 2019, 10:06 (GMT +4)
DİM başqasının yerinə imtahan verənlərin 2 ilədək həbs edilməsini təklif edir

16 Dekabr 2019, 09:42 (GMT +4)
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

16 Dekabr 2019, 09:41 (GMT +4)
Türkiyə aviabazalarının bağlanması Ankaranın səlahiyyətindədir - Ərdoğan

16 Dekabr 2019, 09:38 (GMT +4)
İraqın sabiq baş naziri ABŞ-ın ölkə siyasətçilərinə sanksiya tətbiqini tənqid edib

16 Dekabr 2019, 09:11 (GMT +4)
Türkiyə parlamenti Liviya ilə müdafiə razılaşmasını müzakirə edəcək

16 Dekabr 2019, 09:00 (GMT +4)
Azərbaycanın 3 karateçisi İtaliyada medal qazanıb

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66