Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

21 Noyabr 2019, 12:55 (GMT +4)

Bakı, 21 noyabr, SalamNews.“Azərenerji” İstilik Elektrik Stansiyasiyaları ilə yanaşı “Mingəçevir” Su Elektrik Stansiyasında (SES) da təmir-bərpa işləri həyata keçirir".

Bunu SalamNews açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

"6 hidroaqreqatdan ibarət “Mingəçevir” SES-də təmir-bərpa işləri aparılaraq dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılacaq. Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşəcək", - deyə o, qeyd edib.

"2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmaması üçün əks-qəza avtomatikasının, rele mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin və şirkətlərin müasir texnologiyasına əsaslanaraq alınan avadanlıqlar işə qoşulur. 1, 3 və 6 saylı hidroaqreqatlarda bu işlər artıq başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub. 2, 4, və 5 saylı qurğularda bu işlər davam etdirilir.

Mingəçevir” SES-də olduğu kimi “Şəmkir” və “Yenikənd” Su Elektrik Stansiyalarında da eyni qurğular quraşdırılacaq. Bununla yanaşı hazırda “Şəmkir” SES-in 37 il əvvəl istifadəyə verilən və istismar müddətini bitirdiyindən təhlükəli vəziyyətdə olan su tullayıcı qurğusunda bərpa işləri aparılır", - T.Abdullayev əlavə edib.

Qeyd edək ki, 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib, beton qatları qırılıb. Qurğuda su sızmasının qarşısını almaq, uçmaq təhlükəsini aradan qaldırmaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanıb və təmirə başlanılıb.

“Şəmkir” SES-də təmir-bərpa işləri təkcə su tullayıcı qurğu ilə yekunlaşmayacaq və digər işlər də aparılacaq. Eyni zamanda planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorlarının təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SKADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.

Qeyd edək ki, su elektrik stansiyalarında işlərin fasiləsiz olaraq aparılıb, 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərenerji” Suqovuşanda kiçik su elektrik stansiyalarının təmirinə başlayıb (VİDEO)

“Azərenerji”nin idarə rəisinin müavini koronavirusdan vəfat edib

“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

“Azərenerji” artan tələbatı qarşılamaq üçün işləri sürətləndirib

“Azərenerji” qəzaların baş verməməsi üçün modernləşmiş sistem yaradır

“Azərenerji” 6 modul elektrik stansiyasında 256 MVt “itirilmiş” gücü bərpa edib

“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

"Azərenerji": “Azərbaycan” İES-də milyonlarla manata qənaət olunub"

"Azərenerji": "Azərbaycan" İES-də 245 min ton mazut ehtiyatı var

"Azərenerji" Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının görüntülərini yayıb

“Azərenerji”: Pandemiya dövründə ölkədə enerji təchizatı yüz faiz təmin olunacaq

Prezident İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib

“Azərenerji”nin bu il istehsal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

"Azərenerji" dənizdə estakada tikir

“Azərenerji”nin keçmiş prezidenti koronavirusla mübarizəyə 5 000 manat ianə edib

Prezident: “Azərenerji” və “Azərişıq” çox böyük işlər görürlər

Prezident İlham Əliyev “Azərenerji” ASC-nin yenidən qurulan kompleksinin açılışında iştirak edib

“AzərEnerji” və “Azərişıq” kollektivləri qanvermə aksiyasına qoşulub 

“Azərenerji” Koronavirusla Mübarizə Fonduna 1 milyon manat köçürüb

26 Yanvar 2021, 14:54 (GMT +4)
Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”

26 Yanvar 2021, 14:41 (GMT +4)
İnternatlardakı 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq isə övladlığa verilib

26 Yanvar 2021, 14:31 (GMT +4)
Prezident: Ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək

26 Yanvar 2021, 14:22 (GMT +4)
Laçın polisi qanunsuz ov edən şəxsi saxlayıb

26 Yanvar 2021, 14:15 (GMT +4)
Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib

26 Yanvar 2021, 14:11 (GMT +4)
Lavrov: Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla dialoqu dərinləşdirməkdə maraqlıdır

26 Yanvar 2021, 14:06 (GMT +4)
Azərbaycan əhalisinin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olub

26 Yanvar 2021, 13:55 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

26 Yanvar 2021, 13:52 (GMT +4)
Rusiya Baş nazirinin keçmiş müavini Sergey Prixodko vəfat edib

26 Yanvar 2021, 13:44 (GMT +4)
Cavad Zərif Moskva səfərində: Altı tərəfli əməkdaşlıq birliyi təşkil etmək niyyətindədiyk

26 Yanvar 2021, 13:40 (GMT +4)
Xırdalanda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi başlanıb

26 Yanvar 2021, 13:26 (GMT +4)
İlk dəfə olaraq, İsrail naziri Sudana rəsmi səfərə gedib

26 Yanvar 2021, 13:25 (GMT +4)
Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

26 Yanvar 2021, 13:20 (GMT +4)
Prezident İlham Əliyev “Azərkosmos”un sədrini vəzifəsindən azad edib

26 Yanvar 2021, 13:17 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 70 min nəfəri keçib

26 Yanvar 2021, 13:15 (GMT +4)
Ramin Quluzadə nazir vəzifəsindən azad edilib

26 Yanvar 2021, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

26 Yanvar 2021, 12:47 (GMT +4)
Gürcüstanda son sutkada 25 nəfər koronavirusdan ölüb

26 Yanvar 2021, 12:45 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb

26 Yanvar 2021, 12:30 (GMT +4)
Cəbrayıl, Füzuli və Ağdam rayonlarında 2200 hektardan çox ərazi minalardan təmizlənib

26 Yanvar 2021, 12:21 (GMT +4)
Yeni ABŞ hökuməti Yəmənin Ənsarulla hərəkatı ilə müamilələlərin həyata keçirilməsinə icazə verib

26 Yanvar 2021, 12:15 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub

26 Yanvar 2021, 12:06 (GMT +4)
Hollandiyada iğtişaşlar zamanı 150-dən çox adam saxlanılıb

26 Yanvar 2021, 12:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

26 Yanvar 2021, 11:49 (GMT +4)
Taliban nümayəndə heyətini Tehrana göndərib

26 Yanvar 2021, 11:45 (GMT +4)
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edib

26 Yanvar 2021, 11:36 (GMT +4)
MN Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini yayıb

26 Yanvar 2021, 11:30 (GMT +4)
BMT Baş katibi COVID-19 peyvəndinin istehsalını artırmağa çağırıb

26 Yanvar 2021, 11:26 (GMT +4)
Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

26 Yanvar 2021, 11:12 (GMT +4)
Xırdalanda partlayışda xəsarət alanlardan 5-i evə buraxılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66