Türkiyə XİN: Yunanıstan hökuməti miqrantlara qarşı qeyri-insani davranır21 Noyabr 2019, 14:04 (GMT +4) Bakı, 21 noyabr, SalamNews. Türkiyə Xarici İşlər Nazirliyi bəzi ölkələrin, əsasən də Yunanıstanın qanunsuz miqrantlarla bağlı siyasətini tənqid edib.
"Əsasən Yunanıstan olmaqla ölkələrin miqrantlara münasibətdə "sıfır dözümlülük" siyasətinin tətbiqi, miqrantların hüquqlarının pozulması qeyri-insani haldır", Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin Türkiyə ilə bağlı açıqlamasını şərh edərkən deyib.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, diplomat Yunanıstan hökumətini beynəlxalq hüquqa zidd bir şəkildə miqrantları ölkədən çıxarılmasını dayandırmağa, onlarala qarşı silah və qeyri-insani tədbirlərdən istifadə etməməyə çağırıb.
Onun sözlərinə görə, Mitsotakisin "uğursuz və əsassız" açıqlamaları Yunanıstanın Türkiyə ilə bağlı yanlış təsəvvür yaratmaq və onun həqiqətlərini təhrif etmək cəhdlərinin son nümunəsidir.
|