Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıldığını elan edib21 Noyabr 2019, 17:48 (GMT +4) Bakı, 21 noyabr, SalamNews. Suriyanın şimalında uzunluğu 145 kilometr və eni 30 kilometr olan təhlükəsizlik zonası yaradılıb.
SalamNews "NTV"yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar elan edib.
Onun sözlərinə görə, hazırda uzunluğu 145 kilometr və eni 30 kilometr olan təhlükəsizlik zonası yaradılıb: "Barış Pınarı" əməliyyatı olan bölgədə şərqdən və qərbdən hücumlar davam edir. Onların qarşısını almaq üçün rusiyalı həmkarlarımızla danışıqlar aparırıq".
|