Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

22 Noyabr 2019, 14:18 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews.Azərbaycan Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinov ölkəmizə rəsmi səfərə gəlib.

DİN-dən SalamNews-a bildirilib ki, noyabrın 21-də cənab Mladen Marinov və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bolqarıstan Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

V. Eyvazov M. Marinovun Sofiya şəhəri Daxili İşlər Direktoratlığının rəisi vəzifəsində çalışarkən Avropa paytaxt polis rəislərinin 2015-ci il avqust ayında Bakıda keçirilmiş 37-ci konfransında iştirakını məmnunluqla xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli inkişaf və tərəqqi yolu keçdiyini, beynəlxalq nüfuzunun yüksəldiyini, respublikamızda əsrlər boyu müxtəlif dinlərə, millətlərə mənsub insanların qarşılıqlı ehtiram və həmrəylik şəraitində yaşadıqlarını diqqətə çatdıran nazir son illər əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib, belə qarşılıqlı səfərlər və təmasların əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyini bildirib.

Daha sonra V. Eyvazov müstəqilliyin ilk illərində ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi, yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayişin, əmin-amanlığın bərpa edilməsi, kriminogen durumun nəzarət altına alınması, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər barədə qısa məlumat verib.

Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə məlumat verən nazir əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlər barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Bolqarıstanın verdiyi dəstəyin respublikamızda yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir V.Eyvazov siyasi, iqtisadi-ticari əlaqələrin dinamik inkişafının təhlükəsizliyin etibarlı təmini ilə birbaşa əlaqəsi olduğunu qeyd edib, hazırkı səfərin ölkələrimizin Daxil İşlər nazirlikləri arasındakı əməkdaşlığın möhkəmləndirilməsində önəmli mərhələ olacağına əminliyini ifadə edib. Bu gün dünyadakı mövcud təhdid və çağırışların terrorizmlə, ekstremizmlə, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın bütün növləri ilə mübarizədə səylərin
birləşdirilməsinin zəruriliyi, belə qlobal xarakterli təhlükələrə qarşı kəsərli tədbirlərin görülməsində operativ informasiya və qabaqcıl təcrübə mübadiləsinin, əməkdaşlığın müqavilə-hüquqi bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra general-polkovnik V.Eyvazov bu yöndə ekspertlərin iştirakı ilə 27 aprel 2012-ci tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolun hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldığını, ölkəmizin Avropa İttifaqının üzvü olan bir dövlətlə ilk dəfə imzalanması
nəzərdə tutulan həmin sənəddə hər iki tərəfin maraq və mənafelərinin, beynəlxalq öhdəliklərinin nəzərə alındığını qeyd edib, onun cinayətkarlığa qarşı mübarizə sahəsində birgə işbirliyinin səmərəliyinin daha da artırılmasına xidmət edəcəyinə əminliyini bildirib.

Mladen Marinov Bolqarıstanın ilk Daxili İşlər naziri kimi respublikamıza rəsmi səfər etməsindən fəxarət duyduğunu, dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb, rəhbərlik etdiyi qurumun çoxşaxəli funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəsindəki mövcud kriminogen durum, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün sonunda Daxili İşlər nazirləri “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolu imzalayıblar.

Qəbulda ölkəmizin Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

Vilayət Eyvazov Fransa səfirini qəbul edib

Vilayət Eyvazov Türkiyənin Daxili İşlər nazirinin müavinini qəbul edib

Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsini qəbul edib

Vilayət Eyvazov “N” saylı hərbi hissədə olub (FOTO)

Vilayət Eyvazov vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov sıra baxışı keçirəcək

Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib (FOTO)

Vilayət Eyvazov Çevik Polis Alayına yeni polis əməkdaşları seçəcək

Vilayət Eyvazov: Hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməlidir

Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilib

Nazir Vilayət Eyvazovun sədrliyi ilə əməliyyat müşavirəsi keçirilib

Vilayət Eyvazov nazir kimi Qubada ilk qəbulunu keçirib

Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib

General-leytenantı Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov pakistanlı generalla görüşüb

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66