Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb

23 Noyabr 2019, 12:19 (GMT +4)

Bakı, 23 noyabr, SalamNews.Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxış edib.

SalamNews Energetika Nazirliyinə istinadən xəbər verir ki, Nazir çox mürəkkəb bir dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”nin ölkəmizi transmilli enerji və kommunikasiya layihələrinin müəllifinə, qlobal enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaşa çevirən, Xəzər dənizində beynəlxalq əməkdaşlığı və uzunmüddətli inkişafı təmin edən geosiyasi və geoiqtisadi əhəmiyyətindən bəhs edib. Ölkənin neft sektoruna yeni texnologiyaların, 100 milyard ABŞ dollarından çox sərmayənin cəlbi, yeni neft-qaz layihələrinin işlənilməsi, 146 milyard ABŞ dollarından çox gəlir əldə edilməsi və neft gəlirlərinin sosial məsələlərə, xalqın rifahına, insan kapitalının və iqtisadiyyatın inkişafına yönəldilməsi 25 ilin nailiyyətləri kimi qeyd edilib. Bildirilib ki, indiyə kimi 496 milyon ton neft və 163 milyard kubmetr qazın hasil olunduğu Azəri-Çıraq-Günəşli yataqları üzrə bu müqavilənin töhfələri bir əsrlə məhdudlaşmır. Müddətinin daha 30 il uzadılması ilə “iki əsrin müqaviləsi” statusunu qazanan bu tarixi razılaşma gələcəkdə də Azərbaycanın inkişafında, beynəlxalq tərədaşlarla münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Nazir Pərviz Şahbazov deyib: ““Əsrin müqaviləsi”nin bu ardıcıl nəticələri Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə doğru addımlarını möhkəmləndirir. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda həyata keçirilən çoxşaxəli dərin islahatlar kursu ölkənin gələcəkdə də hərtərəfli və davamlı inkişafına güclü dəstəyi təmin edir.”

Energetika naziri Azərbaycanın enerji siyasəti kursunun həyata keçirilməsində xarici enerji şirkətləri ilə tərəfdaşlıq münasibətlərini və ABŞ-ın davamlı dəstəyini yüksək qiymətləndirib. ABŞ ilə münasibətlərdə enerji sektorunun həmişə strateji əhəmiyyət daşıdığını vurğulayan nazir bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji ilə bağlı bütün təşəbbüslərində qətiyyətli tərəfdaşı olub: “Qlobal enerji təhlükəsizlik layihəsi “Cənub Qaz Dəhlizi”nin reallaşmasında da ABŞ-ın güclü siyasi dəstəyi mühüm rol oynayıb. Cənub Qaz Dəhlizi Prezident Donald Trampın da ifadə etdiyi kimi enerji sahəsində əməkdaşlığımızın zirvəsidir. Gələn il “Cənub Qaz Dəhlizi”nin tam işə düşməsi ilə birgə əməkdaşlığımızın daha bir uğuruna nail olacağıq”, deyə nazir əlavə edib.

Qeyd edək ki, tədbirdə ABŞ Dövlət Katibinin Enerji Ehtiyatları üzrə köməkçisi Frensis Fannon, ABŞ Enerji Katibinin muavini Mark Menezes, digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri və enerji şirkətlərinin nümayəndələri iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1763 müraciət daxil olub

Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

İlin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211 müraciət daxil olub

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb

2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 86 icazə verilib

Bu ilin 6 ayı ərzində Energetika Nazirliyinə 830 müraciət daxil olub

Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Energetika Nazirliyində “Refex” qrupunun icraçı direktoru Anil Jain ilə görüş keçirilib

Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Bu il Energetika Nazirliyində 795 vətəndaş müraciətinə baxılıb

Energetika Nazirliyinin Çağrı Mərkəzinə I rübdə 548 müraciət daxil olub

Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb

Energetika Nazirliyi tərəfindən I rübdə 34 icazə verilib

Energetika Nazirliyində peyk müşahidəsi xidmətlərinin imkanları müzakirə edilib

Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb

Energetika Nazirliyi və Total Anlaşma Memorandumu imzalayıb

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

22 Yanvar 2020, 10:35 (GMT +4)
“Naxçıvan” və “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub

22 Yanvar 2020, 10:27 (GMT +4)
Beni Qants qalib gələcəyi təqdirdə İordan vadisini İsrailə əlavə edəcəyini bildirib

22 Yanvar 2020, 10:15 (GMT +4)
Rusiya Federasiyası yeni hökumətinin tərkibi açıqlanıb

22 Yanvar 2020, 09:58 (GMT +4)
İran Cənubi Koreyanın Hörmüzə hərbi gəmi göndərməsinə münasibət bildirib

22 Yanvar 2020, 09:56 (GMT +4)
Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak edib

22 Yanvar 2020, 09:44 (GMT +4)
Stoltenberq NATO-nun Yaxın Şərqdəki rolunu genişləndirməyə çağırıb

22 Yanvar 2020, 09:30 (GMT +4)
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılacaq

22 Yanvar 2020, 09:25 (GMT +4)
KXDR yeni koronavirus  səbəbindən Çin ilə sərhədi bağlayır

22 Yanvar 2020, 09:18 (GMT +4)
Livanda yeni hökumət elan edilib, altı nazir qadındır

22 Yanvar 2020, 09:11 (GMT +4)
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə konteyner daşımaları rekord dərəcədə artıb

22 Yanvar 2020, 09:01 (GMT +4)
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub

21 Yanvar 2020, 18:45 (GMT +4)
Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

21 Yanvar 2020, 18:00 (GMT +4)
Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

21 Yanvar 2020, 17:48 (GMT +4)
Türkiyə İtaliya, Almaniya və Yunanıstanla birgə hərbi təlimlər keçirir

21 Yanvar 2020, 17:46 (GMT +4)
«Ən-Nusra» Hələbin qərb rayonlarına raket və mərmi atıb, ölənlər var

21 Yanvar 2020, 17:20 (GMT +4)
Türkiyə XİN rəhbəri: Ərdoğan Putini İdlibdəki hücumların dayandırılmasına kömək etməyə çağırıb

21 Yanvar 2020, 17:05 (GMT +4)
Generallar «Qırmızı Körpü» gömrük-sərhəd buraxılış məntəqəsində olublar

21 Yanvar 2020, 16:59 (GMT +4)
İran Ukrayna təyyarəsini vuran havadan müdafiə raketinin növünü açıqlayıb

21 Yanvar 2020, 16:52 (GMT +4)
Hindistanda cütlük toy hədiyyəsini açarkən partlayış baş verib 

21 Yanvar 2020, 16:45 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsullarının BƏƏ-nin ixracı imkanları müzakirə edilib

21 Yanvar 2020, 16:25 (GMT +4)
AzTU-da vorkşop keçirilib

21 Yanvar 2020, 16:13 (GMT +4)
İtaliyada evlər 1 avroya satışa çıxarılıb

21 Yanvar 2020, 16:00 (GMT +4)
Nazir müavini: Ölkəmizdə media təhsili üçün maneə yoxdur

21 Yanvar 2020, 15:58 (GMT +4)
Oman Sultanlığının XİN rəhbəri son iki həftədə ikinci dəfə olaraq Tehrana gedib

21 Yanvar 2020, 15:43 (GMT +4)
“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

21 Yanvar 2020, 15:25 (GMT +4)
Tramp iqtisadi forumda iştirak etmək üçün Davosa gedib

21 Yanvar 2020, 15:07 (GMT +4)
Nazirlik: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21 Yanvar 2020, 14:58 (GMT +4)
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub

21 Yanvar 2020, 14:50 (GMT +4)
Ərəblərə qalib gəldik, indi əsas hədəfimiz İrana qalib gəlməkdir - Netanyahu

21 Yanvar 2020, 14:50 (GMT +4)
ÜST Çində yayılan yeni koronavirus səbəbiylə təcili iclas keçirəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66