Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

22 Noyabr 2019, 16:05 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanda Memarlıq təhsilinin 100 illiyinə həsr edilmiş kurs və buraxılış işlərindən ibarət sərgisinin açılışı mərasimi olub. Tədbirdə dövlət və özəl qurumlardan nümayəndələr, ölkəmizin nüfuzlu universitetlərinin rektorları, partnyor təşkilatların rəhbərləri iştirak edib.

SalamNews xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə sərgi işə tanış olublar. Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova sərgidə nümayiş olunan işlərlə bağlı qonaqlara məlumat verib. Dekan vurğulayıb ki, sərgiyə Memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası, landşaft ixtisasları üzrə 30-a yaxın buraxılış işi və 100 kurs işi təqdim olunub. Həmin işlər sırasında bu il MOOCAO-nun Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən XXVIII müsabiqənin qalibləri olmuş işlər də nümayiş olunur.

Sərgiyə baxışdan sonra AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, Azərbaycanda memarlıq ali təhsilinin tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Məlum olub ki, respublikamızda Memarlıq ixtisası üzrə kadr hazırlığı işinə 1920-ci ildən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutu adlanan təhsil ocağının İnşaat fakültəsinin Memarlıq bölməsində başlanılıb, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq bölməsində davam etdirilib. 1968-ci ildə bu bölmənin əsasında ayrıca Memarlıq fakültəsi yaradılıb. Rektor vurğulayıb ki, 100 ilə yaxın tarixi olan Memarlıq fakültəsi öz ənənələrinə görə həm Universitetin digər fakültələri, həm də memarlıq ixtisası tədris olunan digər ali məktəblər arasında həmişə seçilib. Mikayil Useynov, Ənvər Qasımzadə, Leonid Bretanitski, Qəzənfər Əlizadə, Davud Axundov, Boris Revazov, Həsənağa Məcidov, Eldar Kanukov, Mürsəl Nəcəfov, Fikrət Hüseynov kimi memarlıq üzrə alim və mütəxəssislər uzun illər bu fakültədə pedaqoji fəaliyyətlə məşğul olublar.

G.Məmmədova Memarlıq fakültəsinin bu günündən də danışıb. “Fakültə memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır və təhsilin hər iki pilləsində 1100-dən artıq tələbə təhsil alır, onlardan 300-ə yaxını əcnəbidir. Fakültənin professor-müəllim heyətinin böyük qismi memarlıq layihələndirilməsi - şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 11 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəri “Şərəf”, 2 nəfəri “Şöhrət” ordeni laureatı, 14 nəfəri “Əməkdar memar”, 1 nəfəri “Əməkdar müəllim”, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb.
Rektorun çıxışından sonra təbriklər səsləndirilib. Təhsil Nazirliyiin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Bakı şəhərinin Baş memarı Akif Abdullayev, MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov, Dövlət Turizm Agentliyinin nümayəndəsi yubiley münasibəti ilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik ediblər.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə qonaqları salamlayıb Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə 19 bakalavr işi və 4 magistr dissertasiyasının fəxri diplomlara layiq görülməsi, 14 nəfərin I dərəcəli, 9 nəfərin isə II dərəcəli diplom qazanması münasibəti ilə universitet və fakültə rəhbərliyini təbrik edib. E.Qasımzadə qeyd edib ki, görülən işlər uğurlu nəticədir və eyni zamanda tanınmış memarlıq məktəbləriylə yarışmağa qadir olmağımızın gözəl nümunəsidir.
Təbrik çıxışlarından sonra qonaqlar Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə işləri qalib olan tələbə və məzunlara, onların rəhbərlərinə diplomlar təqdim ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzMİU-da qabiliyyət imtahanı başlayıb

AzMİU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

AzMİU-da qabiliyyət imtahanları sentyabrın 16-dan başlayacaq

AzMİU-nun Enactus komandası mükafatlandırılıb

AzMİU-da onlayn “Məzun günü” keçirilib

AzMİU tələbələrindən italyanlara dəstək

AzMİU-da onlayn dərslərin təşkili uğurla davam edir

AzMİU Prezidentin çağırışına qoşularaq 50 min manat yardım edir

AzMİU-da güclü dezinfeksiya işləri aparılıb

AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

AzMİU-da əlaçı tələbələrə pul mükafatı veriləcək

AzMİU-da tədrisdə PBL metodu tətbiq olunacaq

Səfir AzMİU-nun RİBA-nın 5 illik akkreditasiyasını alması münasibəti ilə rəsmi qəbul keçirib

AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzMİU-da “Audiokitab” layihəsinin təqdimatı olub

AzMİU beynəlxalq əlaqələrini genişləndirir

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da olub

AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Yeni tədris ilində AzMİU-nun Elmi Şurasının ilk iclası keçirilib

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66