Ayətullah Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb22 Noyabr 2019, 17:31 (GMT +4) Bakı, 22 noyabr, SalamNews, B.Samid. “İraqda seçkilər və seçki komisarlığı ilə bağlı qanunun islahı mövcud böhrandan çıxmağa şərait yaradacaq.”
SalamNews Sumariya Agentliyinə istyinadla xəbər verir ki, bunu Ayətullah Sistaninin rəsmi nümayəndəsi Şeyx Əhməd əs-Safi bu gün Kərbəlada müctəhidin dəftərxanasının ölkədəki cari məsələlər haqda bəyanatını oxuyarkən deyib.
Şeyx Əhməd əs-Safi cümə namazı xütbələrində deyib ki, seçki və seçki komisarlığı ilə bağlı qanunların islahı və ərsəyə gətirilməsi mövcud böhranın bitməsinə münbit şərait yaradacaq.
Aksiyaların dinc şəkildə keçirilməsinin davam etməsini istəyən Ə.əs-Safi etirazçılara qarşı zorakılığın da yolverilməz olduğunu bildirib.
Qeyd edək ki, 2004-cü ildən İraqda 3 hakimiyyət qurumunun ölkədəki mövcud konfessiyalar və irqlər arasında bölünməsi və hər seçkilərdə bu bölgünün siyasi dəb halında həyata keçirilməsi hazırda İraqda bir çoxları tərəfindən tənqid edilir. İraqda son dövrlərdə peşəkar və teknokrat hökumətin iş başına gəlməsi üçün sözgedən siyasi ənənənin ləğvi tələb edilir.
|