Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Dövlət şirkətlərində korporativ idarəetmə: Beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib

22 Noyabr 2019, 19:15 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews. Noyabrın 22-də Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu jurnalistlər üçün seminar təşkil edib. Seminarın əsas müzakirə mövzusu "Dövlət şirkətlərində korporativ idarəetmə: Beynəlxalq təcrübə" olub.

SalamNews xəbər verir ki, seminarı giriş sözü ilə Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov açıb. O bildirib ki, Dünya Bankının hazırladığı sonuncu hesabatlardan biri Azərbaycandakı dövlət müəssisələrinə həsr edilib: “Dünya Bankı dövlət müəssisələrində idarəçilik, səmərəliliyin səviyyəsini araşdırıb və müəyyən tövsiyələrlə çıxış edib. Təbii ki, bu tövsiyələr Azərbaycan hökumətinin sifarişi ilə hazırlanıb”.

Sabit Bağırov layihə çərçivəsində jurnalistlər üçün növbəti seminarın təşkil olunacağını da diqqətə çatdırıb.

O qeyd edib ki, yerli ekspertlər Azərbaycanın böyük dövlət müəssisələrini nəzərdən keçirəcək: “Bu ekspertlər həmin müəssisələrin dövlət büdcəsinə nə dərəcədə böyük yük olaraq qalması, eyni zamanda korporativ idarəetmə üzrə müəyyən təkliflər hazırlayacaqlar. SOCAR və onun tərkibində olan “Azəriqaz”, “Azərenerji”, eləcə də Azərbaycan Dəmir Yolları QSC, AZAL, “Azəsu” ASC və digər bu kimi böyük dövlət şirkətləri var ki, dövlət büdcəsinə divident vermək əvəzinə dotasiyalar alırlar. Bu mühüm layihənin sonunda müəyyən tövsiyələrlə çıxış edəcəyik və aidiyyəti dövlət qurumlarına təqdim edəcəyik”.

Seminarı daha sonra ekspert İrina Gordeladze davam etdirib. O bildirib ki, dövlət şirkətlərində korporativ idarəetmə bütün dünyada çox aktual mövzudur: “Korporativ idarəetmə vasitəsilə həm idarəçilik həyata keçirilir, həm də nəzarət kampaniyaları. Bütün şirkətlər üçün həm idarəetmə, həm də nəzarət lazımdır. Korporativ idarəetmə üç oyunçu var, səhmdarlar, rəhbərlik və müşahidə şurası.

Səhmdarlar menecerlərə kapital təqdim edirlər ki, onlar bu kapitalı daha da artırsınlar. Menecerlər bu kapitaldan istifadə edirlər, amma gərək onlar səhmdarlar qarşısında hesabat versinlər ki, bu kapitaldan necə istifadə ediblər. Səhmdarlar müşahidə şurasını təyin edirlər ki, bu şura menecment üzərində nəzarəti həyata keçirsin. Hər üç tərəfin öz maraqları var. Bir çox hallarda bu maraqlar ziddiyyət təşkil edir. Səhmdarlar şirkətin gəlirliliyinin artmasına, menecerlər isə öz qazanclarının, bonuslarının artmasında maraqlıdırlar. Kiçik paya sahib olan səhmdarlar və böyük paya sahib olan səhmdarlar arasında da fərqli maraqlar ola bilər. Eyni zamanda direktorlar şurasının üzvləri arasında da fərli maraqlar ola bilər. Korporativ idarəetmənin məqsədi ondan ibarətdir ki, bütün bu fərqli maraqları tənzimləsin. Yəni toqquşmalar mümkün qədər yumşaq olsun. Klassik korporativ idarəetmə sistemində mütləq hesabatlılıq, ədalətlilik, şəffaflıq və məsuliyyət olmalıdır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66