Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

ADU-da Türkiyə Araşdırmaları Mərkəzi fəaliyyətə başlayıb

26 Noyabr 2019, 15:18 (GMT +4)

Bakı, 26 noyabr, SalamNews.Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin açılış və Türkiyənin Ali Təhsil Şurasının sədri, professor Yekta Saraçın ADU-nun fəxri doktoru adı ilə təltif olunması mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla professor Yekta Saraçın türkoloji aləmdə, elm quruculuğunda adı olan və bu işlərə öz həyatını, daxili enerjisini vermiş insan kimi nəinki Türkiyədə, həmçinin Azərbaycanda və bu ölkənin sərhədlərindən xeyli kənarda ciddi alim kimi tanındığını bildirib. ADU-nun fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən Kamal Abdulla Y.Saraçın ADU-nun tələbə, müəllim, gənc tədqiqatçılarını daim diqqət mərkəzində saxlayacağına, bu ali təhsil ocağının Türkiyə universitetləri ilə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inandığını deyib. Rektor 20-dən çox ölkənin universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən danışaraq, yeni mərkəzin – Türkiyə Araşdırmaları Mərkəzinin açıldığını qeyd edib.

Y.Saraç iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcud olduğunu qeyd edərək təhsil sahəsindəki əlaqələrin vacibliyindən danışıb. Dilin mədəniyyətin simvolu olduğunu deyən Y.Saraç ADU-nun dillərin öyrədilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, Türkiyədə Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verdiklərini vurğulayıb. Y.Saraç Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin qurulması və möhkəmləndirilməsinə xüsusi diqqət ayıracağını bildirib.

ADU-nun elmi şurasının qərarına əsasən, Y.Saraç Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin təhsil, mədəniyyət və elm istiqamətində əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə bu ali məktəbin fəxri doktoru adı ilə təltif olunub. Kamal Abdulla professor Y.Saraça ADU-nun fəxri doktoru diplomunu təqdim edib. Qonaq ADU-nun fəxri qonaqlar üçün xatirə dəftərinə ürək sözlərini yazıb.

Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Aynur Beşkonak, ADU-nun rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev universitetdə baş verən əlamətdar hadisələrlə bağlı xoş sözlərini ifadə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

ABŞ F-16 qırıcı təsadüfən Yaponiyaya raket atıb

El Mundo: Venesuelalıları yayındırmaq üçün Maduro Milad bayramının vaxtını irəli çəkib

Almaniya Bundestaqının nümayəndə heyəti ADU-da olub

Venesuelanın Prezidenti Nikolas Maduro Azərbaycana gəlib

ADU ilə Polis Akademiyası arasında protokol imzalanıb

Putin və Maduro arasında görüş başlayıb

Tramp təsadüfən Amerika hərbi peykinin varlığını açıqlayıb

Suriya Ordusu Xavin qəsəbəsini «Əcnadul-Qafqaz» radikal qruplaşmasından geri alıb

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

Maduro Putinə ismarıc göndərib

Maduro Venesuelanın ABŞ-la danışıqlar apardığını təsdiqləyib

Olimpiadanın gümüş medalçısı imtahan vermədən ADU-ya qəbul olunub

ADU-da “CLS Azərbaycan dili” proqramı uğurla yekunlaşıb

ABŞ Maduro gedənə qədər sakitləşməyəcək - Con Bolton

SalamNews-un əməkdaşı ADU tərəfindən mükafatlandırılıb (FOTOLAR)

ADU-da media nümayəndələri mükafatlandırılıb

Maduro müxalifətlə danışıqlar prosesinin başladığını açıqlayıb

Quaydo Maduro ilə dialoqa, Rusiya ilə isə əməkdaşlığa hazır olduğunu elan edib

Ayətullah Xameneinin dəftərxanası Fitr bayramının böyük ehtimalla ayın 5-ə təsadüf edəcəyini bildirib

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66