Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərişıq”: Sahibkarların obyektlərinin şəbəkəyə qoşulması ilə bağlı müraciətləri 25% artıb

27 Noyabr 2019, 11:58 (GMT +4)

Bakı, 27 noyabr, SalamNews."Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2018-ci il tarixində “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanına əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib".

SalamNews xəbər verir ki, bunu mətbuat konfransında “Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli bildirib.

E.Rüstəmlinin sözlərinə görə, həmin fərmanın 2.4-cü bəndinin icrası ilə əlaqədar olaraq qoşulma haqqı Nazirlər Kabinetinin 27 aprel 2018-ci il 180 nömrəli qərarı ilə müəyyən olunub və bu da sahibkar müraciətlərinin daha da sadələşdirilməsinə gətirib çıxarıb: “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sisteminin “Elektron hökumət” portalı üzərində bir çox dövlət qurumlarının elektron sistemlərinə inteqrasiya edilməsi sahibkarların onlayn qaydada, bir neçə dəqiqə ərzində müraciət etməsinə şərait yaradıb.

Depatamentinin direktoru qeyd edib ki, sahibkarların müraciətlərinin sayında sürətli artımın müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır: "Əlavə olaraq bildirmək istəyirik ki, 20-dən çox biznes mərkəzlərdə və əhalinin intensiv olduğu mərkəzi küçə və prospektlərdə reklam lövhələri yerləşdirilib, bəzi KİV-lərdə reklam çarxları yayımlanıb. Aparılan islahatların nəticəsində keçən ilin ilk 10 ayı ərzində 2600- ə yaxın müraciət daxil olduğu halda bu ilin yanvar-oktyabr aylarında 3800-ə yaxın müraciət olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım deməkdir".

"Azərişıq" rəsmisi bildirib ki, Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək: "İndi “www.azerishiq.az” saytına, ordan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki ( HYPERLINK "https://www.e-gov.az/az/services/readwidenew/3774" https://www.e-gov.az/az/services/readwidenew/3774) vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür. Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkar elektrik enerjisi ilə təmin olunur".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azərişıq" hüquqa zidd hərəkətlərə yol verən istehlakçılara xəbərdarlıq edib

“Azərişıq” ASC daha bir yenilik edib

“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

“Azərişıq” istehlakçıları xəbərdar edib

"Azərişıq” gücləndirilmiş iş rejimində çalışır

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq”: Seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq

“Azərişıq” sosial şəbəkələr vasitəsilə sorğuların qəbuluna başlayıb

“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

“Azərişıq” ASC-yə 5 ildə yarım milyonadək müraciət daxil olub

“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

“Azərişıq” mənimsəmə iddialarına münasibət bildirib

“Azərişıq” ASC-yə yeni sədr təyin edilib

“Azərişıq” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərişıq” 2019-cu il üzrə nəticələrini açıqlayıb

“Azərişıq” abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

27 Fevral 2020, 18:33 (GMT +4)
İranın vitse-prezidenti koronavirusa yoluxub

27 Fevral 2020, 18:10 (GMT +4)
Bakıdakı elektrik enerjisi problemi aradan qaldırılıb (RƏSMİ)

27 Fevral 2020, 18:00 (GMT +4)
Azərbaycanda müəllimlərin işə qəbulu başlayır

27 Fevral 2020, 17:45 (GMT +4)
Yüz minlərlə suriyalının qatili Türkiyənin dostu ola bilməz - Ərdoğan

27 Fevral 2020, 17:38 (GMT +4)
Astara Rayon Mərkəzi xəstəxanasının baş həkimi işdən azad olunub

27 Fevral 2020, 17:30 (GMT +4)
İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

27 Fevral 2020, 17:25 (GMT +4)
Prezident Artur Rasi-zadəyə “Vətənə xidmətə görə” ordenini təqdim edib (FOTO)

27 Fevral 2020, 17:23 (GMT +4)
İranda tanınmış azərbaycanlı din alimi koronavirusdan vəfat edib (FOTO)

27 Fevral 2020, 17:22 (GMT +4)
“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq Forum keçirilir

27 Fevral 2020, 17:19 (GMT +4)
Yaponiyada koronavirus səbəbiylə bütün məktəblər bağlanır

27 Fevral 2020, 17:18 (GMT +4)
Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

27 Fevral 2020, 17:10 (GMT +4)
"Azərişıq" hüquqa zidd hərəkətlərə yol verən istehlakçılara xəbərdarlıq edib

27 Fevral 2020, 16:56 (GMT +4)
Nazir Muxtar Babayev Kağızın Təkrar Emalı Fabrikində olub (FOTOLAR)

27 Fevral 2020, 16:55 (GMT +4)
AB və İngiltərə "Brexit" razılaşmasına nəzarət komitəsi qurub

27 Fevral 2020, 16:42 (GMT +4)
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur (YENİLƏNİB)

27 Fevral 2020, 16:27 (GMT +4)
ƏƏSMN növbəti “DOST xonçası” kampaniyasına start verir

27 Fevral 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev 3 generalın istefaya göndərilməsi haqqında sərəncam imzalayıb

27 Fevral 2020, 16:18 (GMT +4)
Avtovağzalın qarşısından keçən magistral yol genişləndiriləcək

27 Fevral 2020, 16:15 (GMT +4)
Tramp Viskonsin ştatında atışma nəticəsində ölənlərin sayını açıqlayıb

27 Fevral 2020, 16:02 (GMT +4)
İraqın baş naziri Britaniya vətəndaşlığından imtina edib

27 Fevral 2020, 15:55 (GMT +4)
“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa edib

27 Fevral 2020, 15:40 (GMT +4)
Qaradağ rayonunun Xəzər sahili ərazilərində monitorinq keçirilib

27 Fevral 2020, 15:22 (GMT +4)
Məktəblərdə tədris müddətinin dəyişə biləcəyi hallar açıqlanıb

27 Fevral 2020, 15:12 (GMT +4)
Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı təsdiqlənib

27 Fevral 2020, 15:11 (GMT +4)
Gürcüstan koronavirus səbəbindən İrandan gələn vətəndaşların girişini məhdudlaşdırıb

27 Fevral 2020, 14:56 (GMT +4)
AzTU-nun tələbə-rektoru ilin idmançısı seçilib

27 Fevral 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb, yoluxanlar 245 nəfərdir

27 Fevral 2020, 14:47 (GMT +4)
Almaniyada koronavirusa yoluxmaların sayı artıb

27 Fevral 2020, 14:45 (GMT +4)
Azərbaycan Türkiyə ilə aqrar sığortaya dair Niyyət Bəyannaməsi imzalayıb (FOTO)

27 Fevral 2020, 14:20 (GMT +4)
Nazir: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66