Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycandakı xarici diplomatlar Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar

27 Noyabr 2019, 17:41 (GMT +4)

Bakı, 27 noyabr, SalamNews. "Qaçqınlıq problemi bu gün bir çox ölkələr üçün aktualdır və bu sahədə beynəlxalq müstəvidə aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir, bununla belə məcburi köçkünlərlə bağlı məsələlərə daha az yer ayrılması narahatlıq doğurur".

SalamNews xəbər verir kİ, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universitetində qaçqın və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti haqqında xarici diplomatlara mühazirəsi zamanı deyib.

Diplomatlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verilib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsi, eyni zamanda digər beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməmiş qalır.

Diplomatlara məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün kompleks tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və çağırışı ilə özəl sektor bu işə qoşulub və artıq onlar tərəfindən bir neçə yaşayış kompleksi tikilərək məcburi köçkünlərin istifadəsinə verilib.

Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız ölkəmizin işğal altındakı ərazilərinin azad edilməsi və beləliklə, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə, beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkünlüyü vurğulanıb.

Sonda iştirakçıların Azərbaycana və dünyanın digər ölkələrinə aid beynəlxalq siyasət və humanitar hüquq məsələləri ilə bağlı sualları cavablandırılıb.

İnkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin ADA Universiteti ilə birgə həyata keçirdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” (“Advanced foreign service program for foreign diplomats") ixtisasartırma kursu çərçivəsində təşkil olunmuş mühazirə saatında Yəmən, Bosniya və Hersoqovina, Ekvador, Efiopiya, Banqladeş, Ruanda, Fələstin, Laos, Seneqal, Pakistan, Vyetnam, Serbiya, Argentina, Uruqvay və Əfqanıstandan olan diplomatlar iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

17 Fevral 2020, 13:50 (GMT +4)
Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

17 Fevral 2020, 13:47 (GMT +4)
Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

17 Fevral 2020, 13:42 (GMT +4)
Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

17 Fevral 2020, 13:25 (GMT +4)
Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

17 Fevral 2020, 13:09 (GMT +4)
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

17 Fevral 2020, 13:00 (GMT +4)
Xəzərin sahili sintetik torlardan təmizlənib

17 Fevral 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Fevral 2020, 12:31 (GMT +4)
Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17 Fevral 2020, 12:21 (GMT +4)
Dövlət Agentliyinin sədri «GəncLİK» proqramının iştirakçıları ilə görüşüb (FOTOLAR)

17 Fevral 2020, 12:09 (GMT +4)
Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66