Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Formula 1: Müsabiqədə qalib gələn jurnalist Barselonaya göndəriləcək

28 Noyabr 2019, 16:48 (GMT +4)

Bakı, 28 noyabr, SalamNews, K.Orxan. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 dünya çempionatının 70 illiyi və Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə yerli media nümayəndələri arasında multimedia müsabiqəsinə start verib.

BŞH-dən SalamNews-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının ölkəyə qazandırdığı avtoidman ənənəsi və mədəniyyətini hərtərəfli şəkildə işıqlandırmaqdır. Telereportaj, məqalə və foto olmaqla üç kateqoriya üzrə keçirilən multimedia müsabiqəsində yalnız yerli media nümayəndələri iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq multimedia işləri avtoidman, Formula 1 dünya çempionatı və ya Azərbaycan Qran-Prisi ilə bu və ya digər şəkildə əlaqəli olmalıdır.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələri üçün ilk dəfə bu səviyyədə irimiqyaslı bir müsabiqənin keçirildiyini bildirib: “Biz artıq ölkəmizdə 5-ci Formula 1 yarışının təşkilinə hazırlaşırıq. Bu, bizim üçün çox böyük uğurdur və bu baxımdan da çox qürurverici haldır. Qarşıdan gələn yarış mövsümünə hazırlıq çərçivəsində beşilliyimizlə bağlı keçirəcəyimiz tədbirlərin həm sayını, həm də əhatə dairəsini genişləndirmişik. İlk dəfədir ki, bizimlə sıx çalışan bütün media nümayəndələrini əhatə edəcək bir layihəyə start veririk. İnanıram ki, bu müsabiqədə hamı maraqla iştirak edərək ən gözəl işlərini təqdim etməyə çalışacaq”.

Müsabiqəyə müraciətlərin qəbulu dekabrın 1-dən gələn ilin yanvarın 15-dək aparılacaq.

Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı multimedia məhsulunun çap olunmuş və ya yayımlanmış nüsxəsini elektron formada və mümkünsə müvafiq veb-səhifəyə keçidlə birlikdə media@bakugp.az email ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

Qəbul olunan multimedia işləri hər bir kateqoriya üzrə əvvəlcədən müəyyənləşdirilmiş 3 münsifdən ibarət heyət tərəfindən uyğunluq, kreativlik və aktuallıqla yanaşı, digər zəruri texniki göstəricilər üzrə qiymətləndiriləcək. Nəticələr gələn il yanvarın 31-də elan olunacaq və müsabiqənin qalibləri növbəti Formula 1 yarış mövsümü öncəsi baş tutacaq sınaq yürüşlərini izləmək üçün əməliyyat şirkəti hesabına Barselonaya göndəriləcəklər. İkinci və üçüncü yerlərin sahiblərinə isə dəyərli hədiyyələr təqdim olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞH: Formula 1 üçün indiyədək alınmış biletlər keçərli sayılır 

BŞH qalib jurnalistləri təltif edib (FOTOLAR)

BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Mario İzola: BŞH təkər strategiyası baxımından düzgün proqnozlaşdırılması çətin trekdir

BŞH könüllülər arasında müsabiqə keçirir

BŞH: “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb

BŞH media nümayəndələrinin akkreditasiya prosesinin müddətini uzadıb

BŞH “Kommersant” qəzetində yayılan məlumata rəsmi aydınlıq gətirib

BŞH-nin əməkdaşı FIA-nın Baş Assambleyasında məruzə ilə çıxış edib

UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

BŞH bilet satışı ilə bağlı son məlumatları yayıb

BŞH jurnalistlərə müraciət edib

BŞH akkreditasiyadan keçməyən jurnalistlərə müraciət edib

BŞH media nümayəndələrinin akkreditasiyasına başlayıb

BŞH-nin mediadan gözləntiləri və çağırışları (FOTOLAR)

BŞH-nin təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü qeyd olunub

BŞH bir sıra ali təhsil müəssisələrində könüllülər proqramını təqdim edib

Bulvar tribunasına olan biletlərin hamısı satılıb - BŞH

BŞH “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

Bakıda keçiriləcək növbəti Formula 1 yarışına minlərlə turistin gələcəyi gözlənilir - BŞH

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

21 Oktyabr 2020, 13:45 (GMT +4)
Şəmkirdə 29 yaşlı kişi qonşusunu bıçaqlayıb

21 Oktyabr 2020, 13:34 (GMT +4)
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub

21 Oktyabr 2020, 13:28 (GMT +4)
Qırğızıstanda təkrar parlament seçkiləri 20 dekabrda keçiriləcək

21 Oktyabr 2020, 13:18 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 78 obyektdə epidemiya əleyhinə rejim pozulub

21 Oktyabr 2020, 13:02 (GMT +4)
Kaliforniyada ermənilər azərbaycanlılara qarşı vandalizm aktı törədib

21 Oktyabr 2020, 12:47 (GMT +4)
Valideynləri Suriyada ölən daha 16 uşaq Rusiyaya gətirilib

21 Oktyabr 2020, 12:40 (GMT +4)
ABŞ-ın keçmiş kəşfiyyatçıları Rusiyanı Baydenə qarşı kampaniya aparmaqda ittiham edir

21 Oktyabr 2020, 12:37 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın növbəti PUA-sı məhv edilib

21 Oktyabr 2020, 12:35 (GMT +4)
DİN: Emin Şəkinski xəstəxanada vəfat edib

21 Oktyabr 2020, 12:33 (GMT +4)
Ermənistanı qarşıda tam iflas gözləyir - ANALİTİKA

21 Oktyabr 2020, 12:26 (GMT +4)
Baş Prokurorluq muzdlu kimi döyüşən xarici vətəndaşlara müraciət edib (VİDEO)

21 Oktyabr 2020, 12:19 (GMT +4)
Taliban Əfqanıstanın Taxar əyalətində ordu və polis qüvvələrinə hücum edib, azı 25 ölü var

21 Oktyabr 2020, 12:15 (GMT +4)
ETSN: Ölkədə vəhşi heyvan və quş növlərinin ovu müvəqqəti dayandırılıb

21 Oktyabr 2020, 12:00 (GMT +4)
Azərbaycanın XİN başçısı Moskvaya gedib

21 Oktyabr 2020, 11:56 (GMT +4)
Ermənistan prezidenti Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Brüsselə yola düşüb

21 Oktyabr 2020, 11:46 (GMT +4)
Ayətullah Xamenei İsraillə əlaqələri rəsmiləşdirən ərəb dövlətlərini tənqid edib

21 Oktyabr 2020, 11:41 (GMT +4)
MN Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin görüntülərini yayıb (VİDEO)

21 Oktyabr 2020, 11:30 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatıb

21 Oktyabr 2020, 11:15 (GMT +4)
ABŞ HHQ qırıcısı Kaliforniyada qəzaya uğrayıb

21 Oktyabr 2020, 11:12 (GMT +4)
Yəmənin əd-Dali əyalətində qarşıdurmalar yenidən baş qaldırıb

21 Oktyabr 2020, 11:10 (GMT +4)
Hikmət Hacıyev: Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb

21 Oktyabr 2020, 10:51 (GMT +4)
Mnatsakanyan Moskvada işgüzar səfərdədir

21 Oktyabr 2020, 10:47 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

21 Oktyabr 2020, 10:43 (GMT +4)
Prezidentin köməkçisi: Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir

21 Oktyabr 2020, 10:38 (GMT +4)
SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə uşaq bağçası tikir

21 Oktyabr 2020, 10:24 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb

21 Oktyabr 2020, 10:15 (GMT +4)
Əfqanıstanda viza növbəsi zamanı izdihamdan 11 nəfər həlak olub

21 Oktyabr 2020, 10:15 (GMT +4)
Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66