Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

29 Noyabr 2019, 11:34 (GMT +4)

Bakı, 29 noyabr, SalamNews.Noyabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavitlunq ilə görüşüb.

SalamNews DGK-YA istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrindən söhbət açaraq Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatlar gömrük orqanlarının da dinamik və çevik inkişafına şərait yaradıb. Eyni zamanda, gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin yaxşılaşdırıldığı, qısa idxal bəyannamələrinin, risk analizlərinin və "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə təkan verdiyi qeyd edilib.

Səfər Mehdiyev Azərbaycan və Hindistan arasında əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini, həmçinin ticarət əməkdaşlığının genişləndiyini, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən də bəhs edən Komitə sədri əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

"Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsi bizi qane etməsə də, artan dinamika ilə inkişaf edir. Hesab edirəm ki, hər iki dövlətin potensialı - idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı yetərincə potensialı var", - deyə Səfər Mehdiyev onu da əlavə edib ki, Hindistan Gömrük Xidmətinin rəhbərliyi ilə aparılan ilkin danışıqlar nəticəsində gələcəkdə bu sahədə potensialın daha da ikişaf etdirilməsi istiqamətində görüşlər keçirmək qərara alınıb.

Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycan və Hindistanın tarixi əlaqələrə malik olduğunu vurğulayıb.

İki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndiyini deyən səfir bu əməkdaşlığın bir çox sahədə, eləcə də gömrük sahəsində böyük potensiala malik olduğunu söyləyib. Qonaq Azərbaycan gömrüyünün sürətlə inkişaf etdiyini, xüsusilə son dövrdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.

Vanlalvavna Bavitlunq ikitərəfli münasibətlərin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib, iqtisadi sahədə, eləcə də gömrük işi sahəsində Hindistan-Azərbaycan əməkdaşlığına dair fikirlərini bölüşüb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

DGK ilə CEC-nin birgə işçi qrupunun toplantısı keçirilib

DGK rəhbərliyi Xaçmaz, Qusar və Şabranda vətəndaşları qəbul edib

DGK və “Caspian European Club” B2G Forum təşkil edib

DGK sədri: Bu il 800 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DGK gömrük postunda yaranan sıxlıqla bağlı məlumat yayıb

DGK bəzi KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib

DGK sədri Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək

Zeynab Kazımovaya DGK rəhbərliyi tərəfindən təşəkkür edilib

DGK sədri Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

DGK sədri: Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

DGK ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısını alıb

DGK külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

DGK vətəndaş qəbulu prosesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DGK ölkəyə qanunsuz ehtiyat hissələri və siqaret gətirilməsinin qarşısını alıb (FOTO)

DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

28 Yanvar 2020, 18:00 (GMT +4)
“Azərenerji” ilə “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib

28 Yanvar 2020, 17:54 (GMT +4)
Ağ Ev "green card"ın verilmə qaydalarını sərtləşdirmək hüququ əldə edib

28 Yanvar 2020, 17:49 (GMT +4)
Fələstin Trampın “Əsrin sazişi” planına görə ərəb dövlətlərini təcili toplantıya çağırıb

28 Yanvar 2020, 17:33 (GMT +4)
Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlanıb

28 Yanvar 2020, 17:22 (GMT +4)
AB bəzi rusiyalı məmurlara qarşı sanksiya tətbiq edə bilər

28 Yanvar 2020, 17:00 (GMT +4)
Azərbaycan yığması Şimali Makedoniyaya yenə qalib gəlib

28 Yanvar 2020, 16:35 (GMT +4)
Peskov mayın 9-da Moskvaya dəvət olunan qonaqlarla bağlı məlumat verib

28 Yanvar 2020, 16:30 (GMT +4)
Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

28 Yanvar 2020, 16:29 (GMT +4)
Suriya Ordusu strateji Məarrat-Numan qəsəbəsini mühasirəyə alıb

28 Yanvar 2020, 16:13 (GMT +4)
Quş qripinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

28 Yanvar 2020, 15:58 (GMT +4)
Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib

28 Yanvar 2020, 15:51 (GMT +4)
Ötən il hazır metal məmulatlarının istehsalı artıb

28 Yanvar 2020, 15:44 (GMT +4)
Türkiyədə 5.1 bal gücündə zəlzələ baş verib

28 Yanvar 2020, 15:32 (GMT +4)
İndiyədək "ASAN Viza" vasitəsilə 1 milyon 877 min 835 viza verilib

28 Yanvar 2020, 15:16 (GMT +4)
Lənkəranda general Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib

28 Yanvar 2020, 15:04 (GMT +4)
Azərbaycanın Baş naziri Qazaxıstana səfər edəcək

28 Yanvar 2020, 15:02 (GMT +4)
Əlcəzairdə Su-30 hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub

28 Yanvar 2020, 14:59 (GMT +4)
Azərbaycanda taksi xidməti ilə bağlı baza yaradılacaq

28 Yanvar 2020, 14:33 (GMT +4)
Lavrov: İdlibdəki terrorçulara mərhəmət göstərilməyəcək

28 Yanvar 2020, 14:33 (GMT +4)
Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır

28 Yanvar 2020, 14:21 (GMT +4)
Bakıdan qaçırılan avtomobil Göyçayda tapılıb

28 Yanvar 2020, 14:02 (GMT +4)
Fələstinli hərəkatlar Trampın planı haqda çağırış ediblər

28 Yanvar 2020, 14:00 (GMT +4)
Mingəçevirdə avtobusda içərisində 2180 manat olan çanta oğurlanıb

28 Yanvar 2020, 13:41 (GMT +4)
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub

28 Yanvar 2020, 13:25 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Yanvar 2020, 13:15 (GMT +4)
Braziliyanın cənub-şərqində leysan yağışları 47 nəfərin ölümünə səbəb olub

28 Yanvar 2020, 13:11 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın bir pilotsuz təyyarəsini vuraraq salıblar

28 Yanvar 2020, 13:08 (GMT +4)
Çingiz Abdullayevin iştirakı ilə ilk CEO Brunch Baku təşkil olunub

28 Yanvar 2020, 12:51 (GMT +4)
Səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb

28 Yanvar 2020, 12:48 (GMT +4)
Türkiyədə koronavirusla bağlı 12 nəfər xəstəxanaya yerləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66