Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azad Rəhimov Baş Assambleyaların məhz Zirvə Toplantılarından öncə keçirilməsini təklif etdi (FOTOLAR)

29 Noyabr 2019, 13:22 (GMT +4)

Bakı, 29 noyabr, SalamNews.29 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Şurası Gənclər və İdman nazirlərinin 4-cü iclası öz işinə başlayıb. Qırğızıstanın Gənclərlə Iş, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin direktoru, Qırğızıstanın İnformasiya və Sosial İnkişaf naziri, Türkiyənin Gənclər və idman naziri, Özbəkistanın Bədən Tərbiyəsi və idman nazirlərinin qatıldığı tədbirdə, Azərbaycan Respublikasını Gənclər və İdman naziri Azad Rəhimovun rəhbirlik etdiyi nümayəndə heyəti təmsil edir.

SalamNews xəbər verir ki, Türk Şurasına üzv Dövlətlərin gənclər sahəsindəki əməkdaşlığı, Gənclər Platformasının 2-ci Baş Assambleyası Forumunun, 3-cü Türk Şurası Gənc Liderlərin Forumunun tarixlərinin müəyyən olunması və digər mühüm məsələlər iclas zamanı gənclər sahəsində aparılan müzakirələr sırasında olub. 2020-ci ildə Qazaxıstanda gerçəkləşdiriləcək 2-ci İdman Oyunları Türk Universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq 4-cü Dünya Köçəri oyunları, Türk Şurasına üzv dövlətlərin dopiqnlə mübarizə məsələsi, Türkiyə Anti- Dopinq Komissiyasının təcrübə mübadiləsi və bu sahəni əhatə edən digər mühüm mövzular idman sahəsinin müzakirə mərkəzində olub.

İclasda çıxış edən nazir Azad Rəhimov bildirib ki, hal hazırda Bişkekdə baş tutan iclasdan öncə İstanbul, Bakı və Astanada toplantılar keçirilib. Eyni zamanda, daimi olaraq Türk Şurasında bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Nazir Türk Şurası çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığımızın düzgün istiqamətdə getdiyini bildirib.

Çıxışının davamında Azad Rəhimov deyib: “Qeyd edim ki, Azərbaycan 2016-2019-cu illərdə Türk Şurasının 3 gənclər, 2 idman tədbirlərinə və 1 dəfə nazirlərin iclasına ev sahibliyi edib. Eyni zamanda, Türkiyə, Qazaxıstan və Qırğızıstanda keçirilmiş forum, festival, düşərgə və idman yarışlarında Azərbaycan gəncləri və idmançılarının iştrakı təmin edilib.” Ölkə başçısı cənab İlham Əliyevin istər gənclər, istərsə də, idman sahələrinə xüsusi diqqət və qayğı göstərdiyini bildirən nazir, bu gün ölkəmizdə 40-a yaxın gənclər evi və mərkəzlərin inşa edilib, gənclərin ixtiyarına verildiyini, artıq Azərbaycanda 45 olimpiya idman kompleksinin fəaliyyət göstərdiyini də diqqətə çatdırdı. Azad Rəhimov Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və digər idman qurğularında ən yüksək idman yarışlarının təşkil olunduğunu da qonaqlara bildirdi.

Azad Rəhimov çıxışının davamında əlavə etdi: “Bildiyiniz kimi, keçən ay Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası Bakıda təşkil edilmişdi. Baş Assambleyanın Türk Şurası Zirvə Toplantısı ərəfəsində keçirildiyini nəzərə alsaq yaxşı bir ənənənin qoyulduğunu görərik. Təklif edirəm ki, Baş Assambleyalar məhz Zirvə Toplantıları öncəsi keçirlisin.” Nazir Türk Şurası Gənclər Platformasının beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olduğunu, hazırda Platformaya Azərbaycanın sədrlik etdiyini və mövcud əlaqələrimizdən və təcrübədən istifadə edərək Platformanın inkişafına öz töhfələrimizi verəcəyimizi bildirdi. Çıxışının sonunda nazir Azad Rəhimov 2020-ci ilin yay aylarında Türk Şurası beşinci Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif etdi.

Səfər çərçivəsində Azərbaycan Respublikası Gənclər və idman naziri Azad Rəhimov və Qırğızıstan Respublikası Hökuməti yanında Gənclər, bədən tərbiyəsi və idman direktoru Kanat Amankulov arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş və Gənclər siyasəti sahəsində 2020-2021-ci illəri əhatə edən Tədbirlər planı imzalanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanlayıb

Azad Rəhimov İƏT Gənclər paytaxtı Dəkkəni təbrik edib

Nazir Azad Rəhimov Zirvə Toplantısında çıxış edib

Nazir Azad Rəhimov gənc liderlərlə görüşüb

Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov: Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi böyük sınaqdır

Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

Azad Rəhimov Druskininkay şəhər meri ilə görüşüb

Azad Rəhimov Beynəlxalq idman forumuna dəvət edilib

Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

Gənclər və İdman naziri Azad Rəhimov xüsusi mükafata layiq görülüb (FOTO)

Azad Rəhimov Strasburqa işgüzar səfərdədədir

Nazir Azad Rəhimov müsəlman gəncləri təbrik edib

Nazir Azad Rəhimov gənc şahmatçıları təbrik edib

Azad Rəhimov: İdmançılarımızın qazandığı medalların sayı bizi qane edir

Azad Rəhimov ordenlə təltif edilib

Azad Rəhimov media nümayəndələrini təbrik edib

Azad Rəhimov: İdman obyektləri və Atletlər kəndi festivala tam hazırdır

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

Nazir Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşüb

21 Yanvar 2021, 18:06 (GMT +4)
Cavad Zərif yanvarın 24-ü Bakıya səfər edərək Azərbaycan Respublikasının prezidenti ilə görüşəcək

21 Yanvar 2021, 18:00 (GMT +4)
Azərbaycan ötən il Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını 18% artırıb

21 Yanvar 2021, 17:50 (GMT +4)
Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbçisi bu gün şəhid olub

21 Yanvar 2021, 17:47 (GMT +4)
Tacikistanda yenidən məscidlərdə namaz qılınmasına icazə verilib

21 Yanvar 2021, 17:42 (GMT +4)
Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb

21 Yanvar 2021, 17:32 (GMT +4)
Almaniyada son sutkada 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 17:28 (GMT +4)
Azərbaycanda 84 xarici ölkədən tələbə təhsil alır

21 Yanvar 2021, 17:19 (GMT +4)
Tərtərdə karantin rejimini pozan kafe aşkarlanıb

21 Yanvar 2021, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 9 nəfər vəfat edib

21 Yanvar 2021, 17:03 (GMT +4)
Region və dünya dövlətləri İraqda baş verən silsilə terror aktlarını kəskin pisləyiblər

21 Yanvar 2021, 17:02 (GMT +4)
Prezident: “Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq”

21 Yanvar 2021, 16:58 (GMT +4)
İngiltərə vətəndaşlarının AB ölkələrinə girişinə qadağa qoyula bilər 

21 Yanvar 2021, 16:52 (GMT +4)
Nazirlik: Yanvarın 27-də məktəblilərin qış tətili başlayır

21 Yanvar 2021, 16:42 (GMT +4)
​​​​​​​“AzerGold" 1,4 milyon manatlıq tenderə yekun vurub

21 Yanvar 2021, 16:32 (GMT +4)
"Nar" Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

21 Yanvar 2021, 16:28 (GMT +4)
Yaponiya 300 milyondan çox COVID-19 peyvənd dozası alacaq

21 Yanvar 2021, 16:25 (GMT +4)
MN Füzuli rayonunun Dördçinar kəndindən videogörüntülər yayıb

21 Yanvar 2021, 16:15 (GMT +4)
Hərbi Prokurorluq: Cinayətlərin 99,5 faizi açılıb

21 Yanvar 2021, 16:06 (GMT +4)
Şabranda karantini pozan kafe sahibi və müştəriləri cərimələnib

21 Yanvar 2021, 15:56 (GMT +4)
Hərbi Prokurorluq: Vətən müharibəsində həlak olan 2 858 nəfərin şəxsiyyəti tam müəyyənləşib

21 Yanvar 2021, 15:46 (GMT +4)
Dövlət başçısı: Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir

21 Yanvar 2021, 15:45 (GMT +4)
Baydenin andiçmə mərasimindən sonra Sietl və Portlenddə iğtişaşlar olub

21 Yanvar 2021, 15:36 (GMT +4)
DİN: Postlardan icazə almadan keçməyə cəhd göstərən 2 315 nəqliyyat vasitəsi geri qaytarılıb

21 Yanvar 2021, 15:25 (GMT +4)
Gəncədə “Eliş” ləqəbli narkotacir saxlanılıb

21 Yanvar 2021, 15:22 (GMT +4)
ABŞ 100 gün müddətinə deportasiyanı dayandırıb

21 Yanvar 2021, 15:16 (GMT +4)
İsraildə bir günə 8,174 nəfərin koronavirusa yoluxması qeydə alınıb

21 Yanvar 2021, 15:03 (GMT +4)
İcra başçısı vaksinasiya prosesinə hazırlıq işləri ilə tanş olub (FOTO)

21 Yanvar 2021, 14:52 (GMT +4)
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

21 Yanvar 2021, 14:42 (GMT +4)
Çində son sutkada 144 yeni koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 14:33 (GMT +4)
Ötən il Azərbaycanda metanol istehsalı 24 %-dən çox artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66