Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

29 Noyabr 2019, 15:35 (GMT +4)

Bakı, 29 noyabr, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yerli məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub.

SalamNews xəbər verir ki, “Mobil Elektron Məhkəmə” yeni proqram təminatını ölkə prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu hazırlayıb.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda hakimiyyətin hər üç qolu – qanunverici, icra və məhkəmə - üzrə sistemli islahatlar aparılır: ““Mobil Elektron Məhkəmə” proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirəcək, məhkəməyə müraciət imkanlarını genişləndirəcək və ədalət mühakiməsi mexanizmlərinin effektivliyini artıracaq. Beləliklə, “Mobil Elektron Məhkəmə” proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdırcaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq. Nəzərə alanda ki, Azərbaycan qeyri-rezidentlərə m-rezidentlik təqdim edir, onda bütün dünyada Azərbaycanın “Mobil Elektron Məhkəmə” tətbiqindən istifadə etmək olacaq.”

İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov isə bildirib ki, bu gün əlamətdar günə çevrilir, çünki artıq vətəndaşlar və sahibkarlar istifadəyə verilən yeni mobil tətbiq vasitəsi ilə “Elektron məhkəmə” informasiya sisteminin, o cümlədən Vahid Məhkəmə Portalının bütün imkanlarından daha mobil qaydada faydalana bilərlər.

“Mobil Elektron Məhkəmə” vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə ümumi məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və s. müasir imkanlarda istifadə etmək mümkündür.

R.Qurbanov əlavə edib ki, dünyada və Avropada mobil elektron məhkəmə tətbiqlərinə az rast gəlinir. Bunun səbəbi isə bu növ proqram təminatlarının hazırlanması üçün xüsusi yanaşmanın və eyni zamanda böyük intellektual resursların tələb olunmasıdır. Qürurverici haldır ki, Azərbaycanda fəaliyyət göstərən milli mütəxəssislərimiz, o cümlədən hakim və məhkəmə aparatı işçiləri bu missiyanı layigincə yerinə yetirə biliblər.

Təqdimat zamanı Dünya Bankı ilə birlikdə hazırlanan “Mobil Elektron məhkəmə”nin üstünlükləri barədə geniş məlumat verilib və bildirilib ki, tətbiq ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması yolunda növbəti bir addımdır. Çünki sahibkar və ya vətəndaş istənilən yerdə stasionar kompüterə bağlı olmadan aidiyyəti iş üzrə operativ məlumat əldə edə bilər, təyin olunan məhkəmə iclası barədə vaxtın məlumat öyrənə bilər. Mobil tətbiq vasitəsi ilə məhkəmə işinin sənədləri (iddia ərizəsi, məhkəmə aktı və s.) ilə smartfonda tanış olmaq və endirmək, sahibkarlara ASAN imza ilə daxil olaraq sahib olduqları şirkətə aid işlər ilə tanış olmaq mümkündür.

Ədalət mühakiməsinə əlçatanlıq imkanlarını genişləndirmək məqsədi ilə proqram təminatı üç dildə – Azərbaycan, ingilis və rus dillərində yaradılıb.

Yeni elektron tətbiq ”Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün məhkəmə sistemi sahəsində islahatlarla bağlı” 2019-cu ilin ikinci yarım illiyini əhatə edən Tədbirlər Planı üzrə hazırlanıb. Qısa müddət ərzində ölkə başçısının rəhbərliyi ilə “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı dəyişikliklər aparılıb və daha təkmil funksionallıqlar yaradılıb. Bunun da nəticəsində Dünya Bankının “Doing Business 2020” hesabatının “Müqavilələrin icrası” göstəricisinə görə Azərbaycan 190 ölkə arasında 40-cı yerdən 28-ci yerə yüksəlib.

Tədbirdə Ali Məhkəmənin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi nümayəndələri iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Şirvanda iki yeni Elektron ATS istifadəyə verilib

Nazirlik: Ötən il 78 elektron dərslik yeniləri ilə əvəzlənib

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Azərbaycanda etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

Gömrük Akademiyasının əməkdaşları EBSCO elektron nəşrlər bazasından faydalanırlar

Azərbaycanda əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırılıb

Qida məhsullarının idxalının elektronlaşmasına start verilib

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

AQTA-da sahibkarlar üçün elektron sistem yaradılacaq

Elektron dərslik portalında 39 dərslik yenilənib

2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunur

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

Bakı Elektron Ticarət Forumu keçirilir

Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında yer alıb

Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

17 Fevral 2020, 13:50 (GMT +4)
Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

17 Fevral 2020, 13:47 (GMT +4)
Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

17 Fevral 2020, 13:42 (GMT +4)
Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

17 Fevral 2020, 13:25 (GMT +4)
Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

17 Fevral 2020, 13:09 (GMT +4)
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

17 Fevral 2020, 13:00 (GMT +4)
Xəzərin sahili sintetik torlardan təmizlənib

17 Fevral 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Fevral 2020, 12:31 (GMT +4)
Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17 Fevral 2020, 12:21 (GMT +4)
Dövlət Agentliyinin sədri «GəncLİK» proqramının iştirakçıları ilə görüşüb (FOTOLAR)

17 Fevral 2020, 12:09 (GMT +4)
Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66