Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib

29 Noyabr 2019, 16:15 (GMT +4)

Bakı, 29 noyabr, SalamNews. Azərbaycan Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin (Əlavə maliyyələşdirmə) alt komponenti olan Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinə yekun vurulub. 

Bu münasibətlə noyabrın 29-da Gəncə şəhərindəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dünya Bankının, digər aidiyyəti orqanların və media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçılarına məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərə dövlət qayğısının artırılması, həmçinin özəl sektorun bu sahədəki problemlərin həllini dəstəkləməsi istiqamətində işlər aparılır.

Qeyd olunub ki, ilk mərhələsi başa çatan proqram üzrə ölkədə 2500 məcburi köçkün gəncin peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat və avadanlıqlar alması nəzərdə tutulub.
Layihəninşərtlərinə uyğun olaraq, proqram3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri 6 ay peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük “Biznesin idarə olunması” təlimlərinə cəlb edilib.

Layihə çərçivəsində məcburi köçkün gənclər 40-dan çox istiqamət – mühasib, dərzi, çilingər, dülgər, bərbər, plastik qapı-pəncərə ustası, dizayner, mebel ustası, xalçaçı, videooperator, fotoqraf, şirniyyatçı, rəngsaz, qaynaqçı, qaz operatoru, kompüter operatoru və s. peşələr üzrə təlimlərdə iştirak ediblər.
Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları layihənin İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclərə, öz bizneslərini formalaşdırmaq üçün, bu il noyabr ayının 19-dan etibarənalət və avadanlıqların verilməsinə başlanılıb.
Gəncədə keçirilən tədbirdə də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Fevral 2020, 12:07 (GMT +4)
Bakıda növbəti "HR Meetup" tədbiri keçirilib (FOTOLAR)

17 Fevral 2020, 12:00 (GMT +4)
BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb

17 Fevral 2020, 11:32 (GMT +4)
Tovuzda gənc müəllimlər üçün təlim proqramı keçirilib

17 Fevral 2020, 11:26 (GMT +4)
Əli Laricani: İran Suriyaya dəyişməz dəstəyini bir da yeniləyir 

17 Fevral 2020, 11:23 (GMT +4)
Azərbaycanın göndərdiyi yardım Çinin koronavirus yayılan şəhərinə çatıb

17 Fevral 2020, 11:10 (GMT +4)
"Yeni Üfüq” Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbiri keçirib

17 Fevral 2020, 11:00 (GMT +4)
Balakənda 40 km-lik yolun yenidən qurulmasına başlanılıb

17 Fevral 2020, 10:41 (GMT +4)
Tramp Liviyaya müdaxilənin davam etməsinin vəziyyəti gərginləşdirəcəyini açıqlayıb

17 Fevral 2020, 10:38 (GMT +4)
Bakıda yol qəzası baş verib

17 Fevral 2020, 10:30 (GMT +4)
Salyanda raket başlığı tapılıb

17 Fevral 2020, 10:26 (GMT +4)
Həsən Ruhani: ABŞ-ın İrana təzyiq siyasəti uğursuz oldu

17 Fevral 2020, 10:18 (GMT +4)
“Sağlam Könüllüyük Bİz” adlı forum keçirilib (FOTOLAR)

17 Fevral 2020, 10:11 (GMT +4)
ARGTMŞ-ın təşkilatçılığı ilə növbəti layihə baş tutub

17 Fevral 2020, 09:50 (GMT +4)
AB XİN rəhbərləri Liviyadakı vəziyyəti müzakirə edəcəklər

17 Fevral 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

17 Fevral 2020, 09:40 (GMT +4)
Şamaxıda zəlzələ olub

17 Fevral 2020, 09:25 (GMT +4)
Qaradağlı faciəsindən 28 il ötür

17 Fevral 2020, 09:17 (GMT +4)
Elmar Məmmədyarov Belçika Krallığına gedib

17 Fevral 2020, 09:11 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatıb

15 Fevral 2020, 18:27 (GMT +4)
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

15 Fevral 2020, 17:57 (GMT +4)
Hərbi qulluqçumuz şəhid olub

15 Fevral 2020, 17:00 (GMT +4)
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

15 Fevral 2020, 16:53 (GMT +4)
Səudiyyənin Yəmənin əl-Couf əyalətinə aviazərbələrində ölənlərin sayı 41-ə çatıb

15 Fevral 2020, 16:53 (GMT +4)
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

15 Fevral 2020, 16:46 (GMT +4)
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

15 Fevral 2020, 16:37 (GMT +4)
Trampın məsləhətçisi koronavirusun ABŞ iqtisadiyyatına təsirindən danışıb

15 Fevral 2020, 16:27 (GMT +4)
Gömrükdə külli miqdarda xarici valyuta aşkarlanıb

15 Fevral 2020, 16:15 (GMT +4)
Mövlud Çavuşoğlu: Türkiyə nümayəndə heyəti fevralın 17-də Rusiyaya gedəcək

15 Fevral 2020, 16:06 (GMT +4)
MSK sədri: Pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq

15 Fevral 2020, 15:47 (GMT +4)
İran Ukrayna təyyarəsinin qara qutusunu xarici dövlətlərə verməyəcəyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66