Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: Paşinyan anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT-yə heç bir aidiyyəti yoxdur

29 Noyabr 2019, 16:24 (GMT +4)

Bakı, 29 noyabr, SalamNews. Ermənistanın baş naziri N.Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən iclası zamanı səsləndirdiyi fikirlər onun növbəti dəfə yalan və militarist ritorikadan çıxış etdiyini bariz şəkildə göstərir. Əslində bu kimi ritorika ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqları pozan elə N.Paşinyanın özüdür. Cari ilin avqust ayında Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır.” fikri danışıqlar prosesinə çox ciddi zərbə vurmuşdur. Əgər N.Paşinyan bu fikrini dəyişibsə o, bunu açıq şəkildə bildirməlidir, yox əgər baş nazir bu fikrində hələ də qalırsa, bu, danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə və mandatına ciddi zərbədir.

SalamNews xəbər verir ki, bu fikri Ermənistan baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkekdə keçirilən görüşündə çıxışını şərh edən Azərbaycanın Xarici İşlər Nazirinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva deyib: “Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan, o cümlədən bu il oktyabrın 3-də azərbaycanlı ekskavatorçunu qətlə yetirən Ermənistan tərəfi bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir. KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 30-da Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunu, noyabrın 26-da isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib və hər iki görüşdə 2020-ci ildə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Vurğulamaq istərdik ki, bu məsələnin Ermənistan baş nazirinə hər hansı aidiyyəti yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, Njde Qaregin adlı faşist cəlladına abidənin ucaldılması barəsində konkret sənədlərə və dəlilərə istinad edərək çıxış etdi. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Paşinyanın gülünc və cəfəng fikirləri Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. İndi Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə gülüş və məsxərə obyektinə çevrilib. Baş nazir Paşinyanın SSRİ xarici işlər naziri V.Molotovun da Hitler ilə görüşdüyünü qeyd etməsi, həmçinin Njde Qaregini A.Soljenitse ilə eyniləşdirməsi tarixi savadsızlıq və sinizmin nümunəsidir.

Ermənistan baş naziri anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT-yə heç bir aidiyyəti yoxdur”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KİV: Paşinyan prezidentlik sistemini qaytarmaq niyyətindədir

İlham Əliyev: "Mən baş nazir Paşinyana bir növ imkan verdim ki, o, bu çirkin əməli öz boynuna almasın"

Paşinyan: Qarabağ nizamlanması ilə bağlı danışıqlarda dinamika var

Putin İrəvanda Ruhani və Paşinyan ilə görüşəcək

Hikmət Hacıyev Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışına münasibət bildirib

Paşinyan: Sarkisyan və Koçaryanın ailəsi talan edilmiş milyonları geri qaytaracaq

Paşinyanın Los-Ancelesə səfəri zamanı havaya "Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!" şüarını daşıyan təyyarələr qaldırılıb

Azərbaycan XİN: Nikol Paşinyan hüquqi baxımdan savadsızdır və yalana əl atır

BMTM-in sədri: "Paşinyanın və XİN-in bəyanatı həmsədrlərin fəaliyyətinə hörmətsizliyin təzahürüdür"

Putinlə Paşinyan arasında telefon danışığı keçirilib

Dmitri Peskov: Putinlə Paşinyan arasında keçirilən görüşdə Qarabağ münaqişəsi müzakirə olunmayıb

Paşinyan tərəfdarlarını məhkəmə binalarının giriş-çıxışlarını açmağa çağırıb

Paşinyanın tərəfdarları İrəvanda bütün məhkəmələrə giriş-çıxışları bağlayıb

Paşinyan Ermənistanda "inqilabın ikinci mərhələsini" elan edib

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Rəsmi Bakı Nikol Paşinyana cavab verib

Paşinyan Putinə Azərbaycan prezidenti ilə keçirilən görüşün nəticələri barədə məlumat verib

Nikol Paşinyan: Vyanadakı danışıqlar müsbət keçdi,  amma irəliləyiş yoxdur

Rəsmi Bakı Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüşünün keçirilməsi ilə bağlı məlumat yayıb

İlham Əliyev və Nikol Paşinyan Vyanada Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlar aparacaq

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

25 Yanvar 2020, 11:23 (GMT +4)
İraqdakı bazaların atəşə tutulması nəticəsində 34 ABŞ əsgəri xəsarət alıb

25 Yanvar 2020, 11:10 (GMT +4)
Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

25 Yanvar 2020, 11:00 (GMT +4)
“Milli KSM mükafatı 2019” müsabiqəsinə yekun vurulub

25 Yanvar 2020, 10:41 (GMT +4)
Çində koronavirus xəstələrinin sayı artaraq 1330-a çatıb

25 Yanvar 2020, 10:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

25 Yanvar 2020, 10:11 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib, ölən və yaralananlar var

24 Yanvar 2020, 21:11 (GMT +4)
Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb

24 Yanvar 2020, 18:00 (GMT +4)
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

24 Yanvar 2020, 17:45 (GMT +4)
Böyük Çin Səddi turistlər üçün bağlanıb

24 Yanvar 2020, 17:42 (GMT +4)
"Gənclər Paytaxtı 2020" müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb

24 Yanvar 2020, 17:26 (GMT +4)
Biləsuvar gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər

24 Yanvar 2020, 17:20 (GMT +4)
XİN koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

24 Yanvar 2020, 17:18 (GMT +4)
Texasda binada partlayış baş verib

24 Yanvar 2020, 17:13 (GMT +4)
CinemaPlus-da “Pis oğlanlar” nümayiş olunub

24 Yanvar 2020, 17:08 (GMT +4)
Təhsil naziri Salyan məktəbində olub

24 Yanvar 2020, 16:43 (GMT +4)
Kreml: Rusiya "beşlik" liderlərinə ətraflı təkliflər göndərəcək

24 Yanvar 2020, 16:17 (GMT +4)
Parisdə Eyfel Qülləsi bağlanıb

24 Yanvar 2020, 16:01 (GMT +4)
Bərdədə ingilis dilli Resurs və Təlim Mərkəzinin açılışı olub

24 Yanvar 2020, 15:43 (GMT +4)
Qırx əsgərinin ölümündən sonra Suriya Ordusu İdlibdə əks hücuma keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66