Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Jurnalistlər Astara postunda gömrük işinin fəaliyyəti ilə tanış olublar (FOTOLAR)

30 Noyabr 2019, 08:00 (GMT +4)

Bakı, 30 noyabr, SalamNews, K.Orxan. Lənkəran şəhərində "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda keçirilən təlim çərçivəsində kütləvi informasiya vasitələri nümayəndələrinin Cənub Ərazi Baş Gömrük İdarəsinin İran ilə sərhəddə yerləşən Astara gömrük postuna səfəri təşkil olunub.

SalamNewsun əməkdaşının iştirak etdiyi media turda məlumat verilib ki, səfərdə məqsəd media nümayəndələrinə gömrük sistemində aparılan islahatları, əldə edilən nəticələri əyani şəkildə nümayiş etdirmək olub. Səfər zamanı media nümayəndələri ixrac və idxal gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatları izləyib, sərnişin keçid xətlərində gömrük nəzarətinin təşkili prosesi ilə tanış olublar.

Astara gömrük postunun rəisi Habil Mehdiyev jurnalistlərə məlumat verib ki, gün ərzində 8 minədək sərnişin və 300-dən çox yük nəqliyyat vasitəsinin, eyni zamanda, 50-dək yüngül minik nəqliyyat vasitəsinin bu gömrük postu vasitəsilə keçidi təmin olunur.

Gömrük sistemində kadr və struktur islahatları hesabına dinamik idarəçilik mexanizminin tətbiq olunduğunu bildirən H.Mehdiyev artıq sərhədkeçmə proseslərində intensivliyin təmin olunduğunu, vətəndaş-məmur münasibətlərinin minimuma endirildiyini, vaxt və vəsait itkisinin aradan qaldırıldığını diqqətə çatdırıb.

Eyni zamanda, media nümayəndələrinə müvəqqəti saxlanc anbarlarının təyinatı, bu anbarlarda malların saxlanılması qaydaları, mobil gömrük nəzarətinin tətbiqi, "Yaşıl dəhliz" buraxılış sistemi ilə malların və nəqliyyat vasitələrinin hərəkəti və qeydiyyatı ilə bağlı məlumat verilib.

Günün ikinci yarısında isə təlim çərçivəsində təqdimatlar nümayiş etdirilib.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı "İslahatlar prosesindən sonra qaçaqmalçılıqla mübarizə fəaliyyətində baş verən dəyişikliklər", Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin böyük inspektoru Elmin Allahverdiyev "İslahatlar prosesində gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması ilə bağlı tətbiq edilən yeniliklər", Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin Operativ araşdırmalar şöbəsinin böyük inspektoru Orxan Vahabov "Gömrük sistemində həyata keçirilən şəffaflıq fəaliyyəti çərçivəsində bəyanetmə prosesində meydana çıxan problemlər, onların həlli yolları", Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə "İslahatlar çərçivəsində gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən tədbirlər və bu tədbirlərin sərhədkeçmə prosesindəki rolu" mövzusunda təqdimatla çıxış ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK 7,6 mln manatdan çox dəyərində tibbi vasitələri orduya təhvil verib - VİDEO

DGK sədri ÜGT-yə üzv dövlətlərin gömrük xidməti rəhbərlərinə müraciət edib

DGK: Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısı alınıb

DGK bəyan olunmayan məhsulların ölkəyə keçirilməsinin qarşısını alıb

DGK elektron xidmətlərinin sayını artıracaq

DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

DGK: Altı ayda dəniz nəqliyyatı ilə 470,8 min ton yük daşınıb

DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

DGK: Meyvə-tərəvəz idxalı artıb

DGK: Keçən ay dəmir yolu ilə 225 milyon dollarlıq yük daşınıb

DGK: Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb

DGK mayda ölkəyə gətirilən avtomobillərin sayını açıqlayıb

DGK: Keçən ay avtomobil nəqliyyatı ilə ölkədən 147,1 min ton yük göndərilib

DGK: Tomat ixracı artıb

DGK: Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olunub

DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

DGK: Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz

DGK sədri Ümumdünya Gömrük Təşkilatının videokonfransına qatılıb

DGK-də vətəndaşların qəbulunda müəyyən məhdudiyyətlər olacaq

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

25 Yanvar 2021, 11:14 (GMT +4)
"SinoVac" peyvəndinin yeni partiyası Türkiyəyə gətirilib

25 Yanvar 2021, 11:08 (GMT +4)
Sudan və Efiopiya orduları bir-birini top və mərmilərdən hədəfə alıblar

25 Yanvar 2021, 10:57 (GMT +4)
Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxıb

25 Yanvar 2021, 10:45 (GMT +4)
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib

25 Yanvar 2021, 10:27 (GMT +4)
İsrail və BƏƏ qarşılıqlı şəkildə səfirliklərin inşası və açılmasını təsdiqləyiblər

25 Yanvar 2021, 10:23 (GMT +4)
Dünyada 577 mindən çox koronavirusa yoluxma aşkar edilib 

25 Yanvar 2021, 10:15 (GMT +4)
Sabunçuda birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib

25 Yanvar 2021, 10:00 (GMT +4)
Xəzərdə suyun enməsi daha da intensivləşib

25 Yanvar 2021, 09:56 (GMT +4)
Rusiyada keçirilən mitinqlərdə 3400-dən çox adam saxlanılıb

25 Yanvar 2021, 09:44 (GMT +4)
İŞİD Suriya səhrasında orduya hücum edib, üç ölü və 10 yaralı var

25 Yanvar 2021, 09:30 (GMT +4)
ANAMA: Cəbhəyanı ərazilərdə ermənilərin basdırdıqları minalar zərərsizləşdirilib

25 Yanvar 2021, 09:26 (GMT +4)
Türkiyə prezidenti hücuma məruz qalan gəminin kapitanı ilə danışıb

25 Yanvar 2021, 09:20 (GMT +4)
Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olunub

25 Yanvar 2021, 09:15 (GMT +4)
Ticarət obyektlərinin fəaliyyəti bərpa olunub

25 Yanvar 2021, 09:00 (GMT +4)
Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

25 Yanvar 2021, 08:42 (GMT +4)
Azərbaycan Respublikasının ərazilərini geri alması sevindirici haldır – Cavad Zərif (VİDEO)

24 Yanvar 2021, 23:35 (GMT +4)
İranın xarici işlər naziri Bakıya gəlib (FOTO)

24 Yanvar 2021, 15:04 (GMT +4)
Türkiyə dəniz quldurları tərəfindən qaçırılan dənizçilərin xilas edilməsi üçün hərəkətə keçib

24 Yanvar 2021, 14:28 (GMT +4)
Nigeriyalı dəniz quldurları Türkiyə gəmisinə hücum edib, bir azərbaycanlı öldürülüb

24 Yanvar 2021, 10:19 (GMT +4)
İŞİD İraqda Haşd-Şabi təhlükəsizlik qüvvələrinə hücum edib, 11 hərbçi həlak olub

24 Yanvar 2021, 10:06 (GMT +4)
AMEA prezidentinin Nadir Şah haqda kitabı Moskvada nəşr edilib

23 Yanvar 2021, 18:19 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı ikinci dünya müharibəsində ölənlərin sayından çoxdur

23 Yanvar 2021, 17:06 (GMT +4)
Rusiya DİN Moskvada keçirilən icazəsiz aksiyalarla bağlı açıqlama yayıb

23 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycanda neft hasilatı artacaq

23 Yanvar 2021, 16:58 (GMT +4)
Moskvada müxalifətçilərin həbsləri başlayıb (VİDEO)

23 Yanvar 2021, 16:50 (GMT +4)
Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

23 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb

23 Yanvar 2021, 16:45 (GMT +4)
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

23 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sabah Strasburqa yola düşəcək

23 Yanvar 2021, 16:30 (GMT +4)
Rusiya fondu “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66