Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Şamaxıda əkinlərin bəyan edilməsi prosesi ilə bağlı maarifləndirici görüş keçirilib

02 Dekabr 2019, 16:53 (GMT +4)

Bakı, 2 dekabr, SalamNews.2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar fermerlər subsidiya almaq üçün EKTİS-də şəxsi kabinet yaratmalı, öz aqrar fəaliyyətlərinə dair məlumatları və müvafiq sənədləri sistemə daxil etməlidir. Bu ilin əvvəlindən etibarən EKTİS-də fermerlərin qeydiyyatı prosesinə start verilib, hazırda 350 mindən çox fermer yeni sistemdə qeydiyyatdan keçib.

SalamNews xəbər verir ki, noyabr ayından etibarən EKTİS-in tətbiqi ilə əlaqədar növbəti mərhələyə start verilib. Bu mərhələdə fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkdikləri məhsulları bəyan etməlidirlər. Hazırda 100 mindən çox fermer payızlıq əkin dövründə əkdiyi məhsul barədə məlumatı EKTİS-ə daxil edib. Proses hazırda davam edir və Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə yeni subsidiya mexanizminə keçid və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə maarifləndirici görüşlər keçirir. Artıq Masallı, Cəlilabad, Salyan, Kürdəmir və Ağsu rayonlarında müvafiq görüşlər keçirilib. Bu gün isə Şamaxıda nazirlik rəsmilərinin, rayon icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti tədbir keçirilib.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, nazirlik aparatının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən görüşdə əkinlərin bəyan edilməsi prosesi müzakirə olunub.

Tahir Məmmədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə, o cümlədən Şamaxı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri, əsaslı infrastruktur layihələri barədə ətraflı məlumat verib. Ölkədə kənd təsərrüfatının inkişafına toxunan icra başçısı bildirib ki, aparılan islahatlar və dövlət dəstəyinin genişləndirilməsi aqrar sahənin dinamik inkişafına səbəb olub.

İlham Quliyev çıxışında deyib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Hazırda dövlət tərəfindən kənd təsərrüfatına çox böyük dəstək tədbirləri həyata keçirilir. Yeni subsidiya mexanizminin tətbiqi dövlət dəstəyinin təmin olunmasında operativliyi və şəffaflığı təmin edəcək. Bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsinin tətbiqi istiqamətində mühüm irəliləyiş əldə olunub. Sistemdə qeydiyyatdan keçmiş fermerlər artıq öz əkinlərini bəyan etməyə başlayıblar. Fermerləri və onlara informasiya-məsləhət xidməti göstərən bütün qurumları payızlıq əkinlərin bəyan edilməsi prosesində daha fəal olmağa çağırırıq. Kənd təsərrüfatı istehsalçılarının gələn il subsidiya alması üçün payızlıq əkinləri bəyan etməsi vacibdir”.

Nazir müavini qeyd edib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək.

Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif məhsullar üzrə müəyyənləşmiş əmsallar, fermerlərə veriləcək subsidiyaların aqrar sahənin inkişafına göstərəcəyi müsbət təsir ətrafında fikir mübadiləsi aparılıb, EKTİS-in tətbiqi ilə əlaqədar yerli icra orqanlarının nümayəndələri və bələdiyyə təmsilçilərinin sualları cavablandırılıb.

Qeyd edək ki, bu silsilədən növbəti tədbir dekabrın 2-də Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarında keçiriləcək.

Fermerlərin payızlıq əkinləri bəyan etməsi prosesinə kömək göstərmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərində, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri yaradılıb. Bundan başqa, nazirliyin nümayəndələrindən ibarət səyyar qruplar bölgələrdə fermerlərə müvafiq informasiya-məsləhət xidmətləri göstərirlər. Eyni zamanda, EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 435 min nəfəri keçib (FOTO)

İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

Kənd Təsərrüfatı Nazirliyi sisteminə EKTİS-in tətbiqi ilə əlaqədar 38 nəfər işə qəbul olunub

Masallıda EKTİS-in tətbiqinə start verilib

EKTİS-də 181 mindən çox fermer qeydiyyatdan keçib

28 Oktyabr 2020, 13:06 (GMT +4)
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri davam etdirilir

28 Oktyabr 2020, 13:00 (GMT +4)
Pərviz Şahbazov: Ermənistan Azərbaycanın enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirilib

28 Oktyabr 2020, 12:30 (GMT +4)
Daxili İşlər Nazirliyi yenidən terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

28 Oktyabr 2020, 12:28 (GMT +4)
İngiltərədə COVID-19 xəstələrinin sayı son gündə təxminən 23 min nəfər artıb

28 Oktyabr 2020, 12:15 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" agentliyinə müsahibə verib

28 Oktyabr 2020, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarının siyahısını yayımlayıb

28 Oktyabr 2020, 11:52 (GMT +4)
ÜST son həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb

28 Oktyabr 2020, 11:50 (GMT +4)
Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)

28 Oktyabr 2020, 11:40 (GMT +4)
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb

28 Oktyabr 2020, 11:26 (GMT +4)
MN: Düşmən Tərtəri raket atəşinə məruz qoyub

28 Oktyabr 2020, 11:22 (GMT +4)
Baş Prokurorluq: Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində ölənlərin sayı 69-a çatıb

28 Oktyabr 2020, 11:20 (GMT +4)
Gürcüstanda son sutkada 1.731 nəfər koronavirusa yoluxub

28 Oktyabr 2020, 11:05 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

28 Oktyabr 2020, 11:00 (GMT +4)
Məhərrəm Əliyev: Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir

28 Oktyabr 2020, 10:51 (GMT +4)
ABŞ-da polis şiddətinə qarşı etirazlar davam edir

28 Oktyabr 2020, 10:45 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər bahalaşıb

28 Oktyabr 2020, 10:30 (GMT +4)
Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

28 Oktyabr 2020, 10:22 (GMT +4)
Tramp Dağlıq Qarabağda atəşkəsin pozulmasına reaksiya verib

28 Oktyabr 2020, 10:15 (GMT +4)
Azərbaycan və Türkiyənin XİN başçıları cəhbədəki son vəziyyəti müzakirə ediblər

28 Oktyabr 2020, 10:05 (GMT +4)
MN: Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədini atəşə tutub

28 Oktyabr 2020, 10:00 (GMT +4)
Cəbhəboyu ərazilərdə top mərmiləri, raket, piyada əleyhinə minalar aşkarlanıb

28 Oktyabr 2020, 09:44 (GMT +4)
Türkiyə XİN Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarına hücumunu pisləyib

28 Oktyabr 2020, 09:40 (GMT +4)
Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verib

28 Oktyabr 2020, 09:30 (GMT +4)
Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub

28 Oktyabr 2020, 09:15 (GMT +4)
MN: Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər

28 Oktyabr 2020, 09:11 (GMT +4)
Ərdoğan və Putin Qarabağ münaqişəsi bölgəsindəki son vəziyyəti müzakirə edib

28 Oktyabr 2020, 09:08 (GMT +4)
Mis filizləri və konsentratlarının istehsalı artıb

28 Oktyabr 2020, 09:00 (GMT +4)
MN: Düşmənin məhv edilən və sıradan çıxarılan texnikasının sayı açıqlanıb

28 Oktyabr 2020, 08:50 (GMT +4)
Müdafiə Naizliriyi cəbhədə oktyabrın 28-nə olan son vəziyyəti açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66