Rusiya XİN rəhbəri Bakıda Dağlıq Qarabağ tənzimlənməsi və ikitərəfli münasibətləri müzakirə edəcək02 Dekabr 2019, 11:50 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Bakıya rəsmi səfər edəcək.
SalamNews xəbər verir ki, səfər proqramı çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və xarici işlər naziri Elmar Məmmədyarov ilə danışıqları nəzərdə tutulur.
"Xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirəsi planlaşdırılır. Görüşdə beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılacaq", məlumatda deyilir.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Rusiya və Azərbaycan xarici işlər nazirlikləri arasında 2020-ci il üçün məsləhətləşmə planının da imzalanması planlaşdırılır.
|