Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb

03 Dekabr 2019, 10:21 (GMT +4)

Bakı, 2 dekabr, SalamNews.Nazirlər Kabinetində (NK) aparılan struktur dəyişikliklərinin detalları məlum olub.

SalamNews xəbər verir ki, dəyişikliklərdən sonra NK-da Baş Nazirin I müavininin xidməti, Baş Nazirin müavinlərinin xidmətləri, Aparat rəhbərinin xidməti yaradılıb.

Bundan başqa, İqtisadiyyat, Xarici iqtisadi əlaqələr, Beynəlxalq əməkdaşlıq şöbələri təsis olunub.

Hüquq şöbəsi ləğv edilərək onun yerində Hüquq və qanunvericilik şöbəsi yaradılıb. Həmçinin Humanitar və sosial məsələlər şöbəsi iki ayrı şöbəyə ayrılaraq onun yerində Sosial məsələlər və Humanitar məsələlər şöbələri təsis olunub.

NK-nın Beynəlxalq əlaqələr şöbəsinin adı dəyişdirilərək Beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.

NK-nın Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi də ləğv olunub. Onun yerində Aqrar və ekologiya şöbəsi və Regionların inkişafı şöbəsi təsis edilib.

Sənaye və energetika məsələləri şöbəsinin adı dəyişdirilərək Sənaye və energetika şöbəsi adlandırılıb.

NK-nın Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi də ləğv olunub. Onun yerində isə Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi təsis edilib.

Kabinetin Təhlükəsizlik və müdafiə şöbəsinin adı da dəyişdirilib və əvəzinə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.

Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi də ləğv olunub. Bunun əvəzinə yeni Ümumi şöbə təsis edilib.

Nazirlər Kabinetinin İşlər müdirinin adı dəyişdirilib və İşlər İdarəsi adlandırılıb.

Yeni strukturda Mətbuat xidməti olduğu kimi saxlanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

Nazirlər Kabinetində yeni təyinat olub

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub

Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik edib

Lukaşenko yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib

Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

Nazirlər Kabineti: Metronun fəaliyyətinin bərpası məsələsi müzakirə olunur

Nazirlər Kabineti: Təcrid qaydalarının sərtləşdirilməsi günün tələbinə çevrilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib

Nazirlər Kabineti: Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edilib

Nazirlər Kabineti: Süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək

Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

Nazirlər Kabineti vergi və gömrük güzəştlərin tətbiqi qaydasını izah edib

Nazirlər Kabinetində müşavirə keçirilib

06 Avqust 2020, 10:25 (GMT +4)
ABŞ İrana qarşı silah enbarqosunu gələn həftə BMT TŞ-a çıxaracağını bildirib

06 Avqust 2020, 09:56 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi 35 dəfə pozub

06 Avqust 2020, 09:46 (GMT +4)
Politoloq: Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcək

06 Avqust 2020, 09:31 (GMT +4)
Ayətullah Xamenei Livan hökuməti və xalqına başsağlığı verib

06 Avqust 2020, 09:31 (GMT +4)
KİVDF-nin icraçı direktoruna ağır itki üz verib

06 Avqust 2020, 09:16 (GMT +4)
Beyrut limanının rəhbərliyi ev dustağı edilib

06 Avqust 2020, 09:00 (GMT +4)
Dövlət orqanlarındakı boş yerlərin tutulması üçün müsahibə elan edilib

05 Avqust 2020, 18:07 (GMT +4)
AQTA sədrinə yeni müavin təyin olunub

05 Avqust 2020, 17:55 (GMT +4)
Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

05 Avqust 2020, 17:48 (GMT +4)
DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

05 Avqust 2020, 17:36 (GMT +4)
Roma Papası Livan xalqına başsağlığı verib

05 Avqust 2020, 17:21 (GMT +4)
Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb (FOTO)

05 Avqust 2020, 17:15 (GMT +4)
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinə dəyişiklik qəbul edilib

05 Avqust 2020, 17:06 (GMT +4)
Zelenski ilə Lukaşenko saxlanılan rusiyalıların ekstradisiyası məsələsini müzakirə edib

05 Avqust 2020, 16:57 (GMT +4)
Azərbaycan Livana maliyyə yardımı göstərəcək

05 Avqust 2020, 16:51 (GMT +4)
Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:36 (GMT +4)
Beyrut partlayışının vurduğu ziyanın ilkin məbləği açıqlanıb

05 Avqust 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-dən aşağı düşüb

05 Avqust 2020, 16:20 (GMT +4)
Rusiyada hərbi təlimlər zamanı 18 nəfər yaralanıb

05 Avqust 2020, 16:08 (GMT +4)
Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

05 Avqust 2020, 16:05 (GMT +4)
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

05 Avqust 2020, 15:50 (GMT +4)
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşlara xidmət edir

05 Avqust 2020, 15:43 (GMT +4)
Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib

05 Avqust 2020, 15:37 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 18,7 milyonu keçib

05 Avqust 2020, 15:28 (GMT +4)
Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

05 Avqust 2020, 15:22 (GMT +4)
"CNN"in Pentaqondakı mənbələri Trampın açıqlamasını təkzib edib

05 Avqust 2020, 15:20 (GMT +4)
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

05 Avqust 2020, 15:20 (GMT +4)
Əfqanıstanın şimalında Talibanın hücumu nəticəsində bir partiyanın 12 üzvü həlak olub

05 Avqust 2020, 14:48 (GMT +4)
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Ümumrespublika Forumu başlayıb

05 Avqust 2020, 14:43 (GMT +4)
Livan hökuməti azərbaycanlı dənizçiləri təxliyə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66