Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

KOBİA-nın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur

03 Dekabr 2019, 17:47 (GMT +4)

Bakı, 3 dekabr, SalamNews. Dekabrın 3-də Bakı Ekspo Mərkəzində öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilk dəfə olaraq “KOB Virtual Müəssisə”ni təqdim edir.

SalamNews xəbər verir ki, “Deloitte” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan virtual müəssisə istehsal xəttini əhatə edir. “KOB Virtual Müəssisə” yeni məhsulun hazırlanmasını və istehsalın qurulması prosesini simulyasiya edir. Məqsəd real müəssisə mühitini canlandırmaqla istifadəçilərə iş rejimi ilə tanış olmaq, müvafiq idarəetmə və əmək vərdişlərinə yiyələnmək və inkişaf etdirmək imkanının yaradılmasıdır. “KOB Virtual Müəssisə” istehsal prosesi zamanı aktivlərin idarə edilməsi, işçi heyətinin təlimləri, keyfiyyətə nəzarət və proseslərin vahid mərkəzdən idarə edilməsini sınaqdan keçirməyə imkan verməklə, bu istiqamətlərdə xərclərə qənaət edir. Burada istehsal prosesinə onlayn rejimdə nəzarət olunur və məlumatlar dərhal əldə edilir ki, bu da menecerlər üçün idarəetmə prosesini daha çevik edir.

Sərgidə həmçinin, KOBİA-nın təşkilatçılığı, magistral internet provayderi «AzerTelecom» şirkəti və «Paşa Holding»in dəstəyi ilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş olunur. İKT sahəsində fəaliyyət göstərən startap və sahibkarlara dəstək məqsədilə yaradılmış xüsusi stenddə tibbi müayinə üçün proqram təminatı və avadanlıqlar, ingilis dili öyrənmə proqramı, kiber təhlükəsizlik xidmətləri, səsli oyuncaq detalları, reklam, otel xidmətləri və internet saytlarının yaradılması ilə bağlı portallar, məişət tullantılarının idarə edilməsi qurğusu, kənd təsərrüfatı sahəsində onlayn aqronom və digər xidmətlər təqdim edilir.

Sərgi çərçivəsində KOBİA və «AzerTelecom» arasaında kiçik və orta biznesə dəstək məqsədilə Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və «AzerTelecom» şirkətinin baş direktoru Fuad Allahverdiyev imzalayıblar. Sənəddə KOB-lara dəstək məqsədilə birgə əməkdaşlıq və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Bakutel” Sərgisi dekabrın 6-dək davam edəcəkdir


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

KOBİA da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

KOBİA sahibkarlara çağırış edib

KOBİA koronavirus infeksiyasına qarşı kompleks tədbirlər görür

KOBİA-da koronavirusun turizm sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib

11 Avqust 2020, 13:16 (GMT +4)
İran ölkə nazirliklərində beş cəsusun ələ keçdiyini bildirib

11 Avqust 2020, 13:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir

11 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 Avqust 2020, 12:40 (GMT +4)
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

11 Avqust 2020, 12:40 (GMT +4)
Türkiyənin hərbi gəmiləri ölkənin kəşfiyyat-axtarış gəmisini Aralıq dənizində müşayiət etməyə başlayıblar

11 Avqust 2020, 12:30 (GMT +4)
Tramp koronavirusun siyasiləşdirilməsinə son qoymağa çağırıb

11 Avqust 2020, 12:15 (GMT +4)
«Əshabi-Kəhf» İraqda ABŞ hərbi maşınlarını partlatdığını bildirib (VİDEO)

11 Avqust 2020, 12:15 (GMT +4)
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11 Avqust 2020, 12:00 (GMT +4)
Qusara istirahətə gələn 18 nəfər cərimələnib

11 Avqust 2020, 11:54 (GMT +4)
Seçkidə Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Belarusu tərk edib

11 Avqust 2020, 11:50 (GMT +4)
Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək göstərilib

11 Avqust 2020, 11:38 (GMT +4)
Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş keçirilir (FOTO)

11 Avqust 2020, 11:30 (GMT +4)
Azərbaycan şahmatçıları Türkiyə millisinə qalib gəlib

11 Avqust 2020, 11:16 (GMT +4)
Son 18 ay ərzində “Azercell”in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

11 Avqust 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olunub

11 Avqust 2020, 10:30 (GMT +4)
Azərbaycan-Türkiyə təlimləri Quru Qoşunlarının iştirakı ilə davam edir (FOTO)

11 Avqust 2020, 10:24 (GMT +4)
ABŞ-da bir məhkəmə Səudiyyə vəliəhdini məsuliyyətə cəlb edib

11 Avqust 2020, 10:20 (GMT +4)
“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlanıb

11 Avqust 2020, 10:10 (GMT +4)
Azərbaycanda yoxlama oyunları qapalı keçiriləcək

11 Avqust 2020, 10:00 (GMT +4)
Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə gedib

11 Avqust 2020, 09:45 (GMT +4)
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub (FOTO)

11 Avqust 2020, 09:36 (GMT +4)
Tramp Ağ Ev ətrafında güllə səsinə görə mətbuat konfransını tərk edib (VİDEO)

11 Avqust 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

11 Avqust 2020, 09:16 (GMT +4)
Livanın istefa verən hökumət başçısı ölkənin gələcəyilə bağlı xəbərdarlıq edib

11 Avqust 2020, 09:11 (GMT +4)
Buraxılış imtahanlarının nəticələri elan olunub

11 Avqust 2020, 09:00 (GMT +4)
Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq

10 Avqust 2020, 18:00 (GMT +4)
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

10 Avqust 2020, 17:36 (GMT +4)
Livanın baş naziri istefa verib - KİV

10 Avqust 2020, 17:17 (GMT +4)
Neftçalada içməli su problemi aradan qaldırılır

10 Avqust 2020, 17:12 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 79-ə qədər azalıb, 278 nəfər isə sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66