Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Yaşıl Strategiya”-ya keçir

03 Dekabr 2019, 17:49 (GMT +4)

Bakı, 3 dekabr, SalamNews.Formula 1 Azərbaycan Qran Prisinin promouteri bütün fəaliyyətlərində dayanıqlıq təşəbbüsünü özünə rəhbər edəcək

Formula 1 Azərbaycan Qran Prisinin promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, şirkət “Yaşıl Strategiya”-ya keçməklə bundan sonrakı bütün fəaliyyətini daha yaxşı və daha yaşıl gələcək naminə dayanıqlılıq çərçivəsində quracaq. Paytaxt Bakının evsahibliyi edəcəyi növbəti yarış həftəsonu 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq.

Aylarla davam edən intensiv hazırlıq işlərindən sonra əməliyyat şirkəti ərsəyə gətirdiyi yeni yaşıl proqramını şirkətin bütün fəaliyyətinə yaymağa çalışacaq. Bununla da Bakı yarışının promouteri bu ayın əvvəlində Formula 1 şirkətinin ictimaiyyətə təqdim etdiyi və 2025-ci ilədək bütün yarışların tam dayanıqlı çərçivədə keçirilməsini nəzərdə tutan dayanıqlılıq proqramını yerli miqyasda icra etməyə səy göstərəcək.

Yeni strategiya çərçivəsində əməliyyat şirkəti gələcək yarış həftəsonlarında dayanıqlı materialların istifadəsini genişləndirəcək, birdəfəlik istifadəyə yararlı plastik materiallardan istifadəni əhəmiyyətli dərəcədə azaldacaq və yarış məkanında yaranan tullantıların yenidən istifadə və emala göndərmək məqsədilə toplanması üçün bu məkanın hər bir tərəfinə tullantı çeşidinə uyğun xüsusi qutular yerləşdirəcək. Əməliyyat şirkəti yeni strategiyadan yola çıxaraq əməkdaşlıq etdiyi şirkətlərə və digər əlaqədar qurumlara paytaxt Bakıda baş tutacaq növbəti Formula 1 yarışına qədər və həmçinin yarış həftəsonu ərzində bu təşəbbüsdə iştirak etmək imkanı yaradacaq. Atılan bu addımlar eyni zamanda Formula 1 şirkətinin dayanıqlılıq proqramında yerli promouterlərlə daha dayanıqlı gələcək naminə görüləcək işlər arasında yer alır.

Qeyd edək ki, əməliyyat şirkəti yaşıl təşəbbüs çərçivəsində toplanmış tullantıları Bakı Autizm Mərkəzinə təhvil verəcək və mərkəz də öz növbəsində bu tullantıları əlaqədar emal müəssisələrinə verərək əldə olunan vəsaiti bu mərkəzdə xidmət görən aztəminatlı autizm uşaqlarının reabilitasiyasına sərf edəcək.

Həmçinin əməliyyat şirkəti dayanıqlılıq təşəbbüsü istiqamətində öz ofisində “Yaşıl Qaydalar”-a tam riayət olunmasını təmin etməklə bu strategiyanın şirkətdaxili mədəniyyətin ayrılmaz bir hissəsinə çevrilməsini həyata keçirməyə çalışacaq. Bu proses çərçivəsində kağız, enerji və suya qənaət olunacaq və həmçinin əməliyyat şirkətinin ofisində tullantıların çeşidlənməsi üçün xüsusi qutular yerləşdiriləcək. Bundan başqa, “Qış Bağçası” layihəsi çərçivəsində işçilərin şirkət ofisinə bitkilər gətirməsi tövsiyə olunacaq.

Nəzərdə tutulan bütün fəaliyyətləri tam reallaşdırmaq üçün əməliyyat şirkəti daxilində öz işçilərindən ibarət “Yaşıl Komitə” qurulub. Bu komitədə şirkətin bütün şöbələri təmsil olunur və komitə “Yaşıl Strategiya” ilə əlaqədar bütün ekoloji layihələrin və kampaniyaların şirkət daxilində ən yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.

BŞH-nin icraçı direktoru Arif Rəhimov hamını yaşıl hərəkata qoşulmağa çağırır: “Bu sirr deyil ki, indiki dövrdə insanlığın üzləşdiyi ən böyük təhlükəyə səbəb yenə insanın özüdür. Buna görə əməliyyat şirkəti olaraq inanırıq ki, iqlim dəyişikliyinin gözəl planetimizə verdiyi zərəri azaltmaq üçün öz üzərimizə düşəni etmək olduqca əhəmiyyətlidir. Mən buna tam əminəm ki, hərəkətlər sözlərdən daha təsirlidir və ona görə də yeni təşəbbüsümüzdən yola çıxaraq deyə bilərəm ki, bu gündən etibarən şirkətimiz üçün yalnız yaşıl düşünmək yox, həm də yaşıl hərəkət etmək böyük önəm daşıyır. Biz Formula 1 ictimaiyyətinin tərkib hissəsi olan bütün dostlarımızı və tərəfdaşlarımızı, eynilə Formula 1 azarkeşlərini tullantılara qarşı birgə mübarizəyə və gələcək nəsillərə daha parlaq gələcək bəxş etmək üçün var gücümüzlə çalışmağa dəvət edirəm”.

Formula 1 Azərbaycan Qran Prisi 2020-yə biletlər satışdadır və 4 günlük biletlər 15 yanvar 2020-ci il tarixinədək 20 % endirimlə təklif olunur. Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. Bu kampaniya ilə yanaşı yalnız yerli sakinlərə əlavə 25 % endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlərə tətbiq olunan endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim olunur. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Bundan başqa, yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan birgünlük biletlərə endirim şamil olunmur və bu biletlər tam qiymətlə satılır.

Dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 AZN arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 AZN təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 110-190 AZN aralığındadır.

Formula 1 Azərbaycan Qran Prisi 2020-ni yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər ətraflı məlumatı vebsaytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələrimedia@bakugp.az
elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Şəhər Halqası karyera yarmarkasına 2-ci dəfə ev sahibliyi edir

Bakı Şəhər Halqası Akademiyasında karyera yarmarkası açılıb (FOTOLAR)

Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir

Bakı Şəhər Halqasında tikinti-quraşdırma işlərinə start verilir

Bakı Şəhər Halqası kimsəsiz uşaqlara dəstək olur (FOTO)

Bakı Şəhər Halqasının dəstəyi ilə peşəkar fotoqraflar üçün təlim keçirilib

Bakı Şəhər Halqası SalamNews İA-nın əməkdaşını təltif edib

Bakı şəhər halqasının unikal xüsusiyyətləri var - Çarli Vaytinq

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası ölkədə biznesin inkişafı üçün daha bir addım atıb

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

“Bakı Şəhər Halqası” yerli jurnalistlər üçün təlim təşkil edəcək

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Devid Kulthard: Bakı Şəhər Halqası yarış iştirakçıları üçün əsl sınaq yeridir (MÜSAHİBƏ)

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası sürücülərə müraciət edib

Dünya şöhrətli Formula 1 pilotu Bakı Şəhər Halqası ilə yaxından tanış olub (FOTO)

Bakı Şəhər Halqası xanımları 8 Mart Qadınlar günü münasibətilə təbrik edib

Daniil Kvyat: Bakı Şəhər Halqası digər treklərdən çox seçilir (MÜSAHİBƏ)

26 Noyabr 2020, 10:31 (GMT +4)
Səudiyyə Ərəbistanı sahilində bir neft tankeri partlayışa məruz qalıb

26 Noyabr 2020, 10:15 (GMT +4)
Cəbhəyanı ərazilərdə onlarla tank və piyada əleyhinə mina, bombacıqlar aşkarlanıb

26 Noyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan XİN: Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

26 Noyabr 2020, 09:49 (GMT +4)
İran bir İsrail «cəsusu» qarşılığında üç vətəndaşını azad etdiyini bildirib

26 Noyabr 2020, 09:47 (GMT +4)
Maradonnanın oğlu reanimasiyaya düşüb

26 Noyabr 2020, 09:45 (GMT +4)
Bu gün Milli Məclisin iclası keçiriləcək

26 Noyabr 2020, 09:30 (GMT +4)
Xocavənd rayonunun Tsakuri kəndi Hünərli kəndi adlandırılıb

26 Noyabr 2020, 09:18 (GMT +4)
Tramp seçkilərdə qazandığını açıqlayıb

26 Noyabr 2020, 09:15 (GMT +4)
Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

26 Noyabr 2020, 09:00 (GMT +4)
MN işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb (VİDEO)

26 Noyabr 2020, 08:50 (GMT +4)
Azərbaycanın xarici işlər naziri iranlı həmkarına təşəkkür edib

25 Noyabr 2020, 22:17 (GMT +4)
Fransa Senatı “Dağlıq Qarabağ”ı tanımağa çağıran qərarı qəbul edib

25 Noyabr 2020, 21:48 (GMT +4)
Dieqo Armando Maradona dünyasını dəyişib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi bilinib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib

25 Noyabr 2020, 18:03 (GMT +4)
ƏƏSMN müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikilməsini öhdəsinə götürüb

25 Noyabr 2020, 17:53 (GMT +4)
BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

25 Noyabr 2020, 17:43 (GMT +4)
Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırılıb

25 Noyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanın azad edilmiş ərazilərindəki aeroportlar ICAO reyestrinə daxil ediləcək

25 Noyabr 2020, 17:09 (GMT +4)
Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

25 Noyabr 2020, 16:55 (GMT +4)
Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:48 (GMT +4)
BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb

25 Noyabr 2020, 16:40 (GMT +4)
Astarada çayda batan şəxsin meyiti tapılıb

25 Noyabr 2020, 16:25 (GMT +4)
Qubada postda saxlanılan şəxsdən narkotik götürülüb

25 Noyabr 2020, 16:17 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020, 15:57 (GMT +4)
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri yayılıb (VIDEO)

25 Noyabr 2020, 15:47 (GMT +4)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb

25 Noyabr 2020, 15:40 (GMT +4)
Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66