İranın Qızıl Aypara Cəmiyyətinin sədri həbs edilib04 Dekabr 2019, 09:48 (GMT +4) Bakı, 4 dekabr, SalamNews, B.Samid. İranın Qızıl Aypara Cəmiyyətinin sədri istefa verdikdən bir neçə saat sonra həbs edilib.
SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyəti mənbələri məlumat veriblər.
Bildirlib ki, Qızıl Aypara Cəmiyyətinin sədri Əli-Əsğər Peyvəndi həbs edilib.
O ötən gün şəxsi məsələlərə görə istefasını prezident Həsən Ruhaniyə təqdim etmişdi.
Qeyd edək ki, İranda Məhkəmə Hakimiyyətinin rəhbərliyi dəyişdikdən sonra ölkədə korrupsiya məsələlərilə bağlı bır sıra məmurlar həbs edilib.
|