Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək

04 Dekabr 2019, 16:52 (GMT +4)

Bakı, 4 dekabr, SalamNews.Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir ediləcək.

Аzərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən SalamNews-a verilən məlumata görə, layihənin təqdim edilməsi mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan və Çin arasında tarixən formalaşmış dostluq əlaqələrindən danışıb və bu gün ikitərəfli əlaqələrimizin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındaki səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsini şərtləndirdiyini vurğulayan səfir, bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və ölkənin Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Çinin müxtəlif şəhərlərində, o cümlədən Pekində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlərin təşkil edildiyini, gənclər arasında qarşılıqlı mübadilələrin həyata keçirildiyini qeyd edən səfir Ə.Zeynallı vurğulayıb ki, Yunnan əyalətinin Malipo və Cinpin qəsəbələrində yoxsulluğun aradan qaldırılması proqramı çərçivəsində oktyabrın 27-də Çinin Xarici İşlər Nazirliyi tərəfindən Pekin şəhərində təşkil olunmuş beynəlxalq xeyriyyə yarmarkasında da, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Çindəki Səfirliyi fəal iştirak edib və yarmarkanın uğurlu keçməsinə xüsusi töhfə verib.

Humanitar sahədə əməkdaşlığımızın davamı olaraq, Malipo qəsəbəsində yoxsulluğun aradan qaldırılması tədbirləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 2 saylı ibtidai məktəbin idman sahəsinin əsaslı təmir edilməsinin qərara alındığını bildirən səfir, Malipo qəsəbəsində həyata keçiriləcək bu layihənin uğurla başa çatmasını arzulayıb.

Tədbirdə çıxış edən Çin Kommunist Partiyasının Malipo qəsəbəsi Partiya Komitəsinin katibi Lyo Yan Heydər Əliyev Fondu tərəfindən göstərilən bu nəcib təşəbbüsə görə Malipo əhalisi adından minnətdarlığını bildirmiş, Malipo qəsəbəsinin Çinin Vyetnam ilə sərhəddində yerləşdiyini və ölkənin ən yoxsul qəsəbələrindən biri hesab olduğunu vurğulamışdır. O, bu qəsəbədə 280 min nəfər əhalinin yaşadığını və sözügedən 2 saylı ibtidai məktəbdə 1500 nəfər şagirdin təhsil aldığını qeyd edərək, Çinin yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramı çərçivəsində görülmüş işlərdən danışmış, Azərbaycanın dəstəyinin proqram çərçivəsində xüsusi əhəmiyyətli olduğunu bildirmiş və bunu Azərbaycan-Çin dostluğunun bariz nümunəsi kimi qiymətləndirmişdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir

Aztəminatlı ailələr Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

Heydər Əliyev Fondunun vitse-prezidenti  tələbələrlə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum tarixidir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə müsabiqə həyata keçiriləcək

Heydər Əliyev Fondu Şəkidə və Pirallahıda iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu tərəfindən Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə olunub 

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Heydər Əliyev Fondu iftar süfrəsi açıb

Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib

Heydər Əliyev Fondu aztəminatlı ailələrə ənənəvi Novruz sovqatları paylayıb

Heydər Əliyev Fondu Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün məşğələlər təşkil edib

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib

20 Fevral 2020, 18:33 (GMT +4)
İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

20 Fevral 2020, 18:08 (GMT +4)
AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

20 Fevral 2020, 17:47 (GMT +4)
Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:43 (GMT +4)
“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

20 Fevral 2020, 17:41 (GMT +4)
Türkiyə Almaniyada baş vermiş terror aktını pisləyib

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

20 Fevral 2020, 17:20 (GMT +4)
Türkiyə Ordusu İdlibdə Suriya Ordusunun mövqelərinə hücuma keçib

20 Fevral 2020, 17:10 (GMT +4)
Ərdoğan: Türkiyə Almaniyadakı terror hücumunun araşdırılmasını yaxından izləyir

20 Fevral 2020, 17:08 (GMT +4)
Gömrük əməkdaşları daha bir uğurlu əməliyyat keçirib (VİDEO)

20 Fevral 2020, 16:52 (GMT +4)
Azərbaycanda bir neçə qida əlavəsinin satışı və istifadəsi qadağan edilib (SİYAHI)

20 Fevral 2020, 16:51 (GMT +4)
Türkiyə AB-nin altı ölkəsinin vətəndaşları üçün viza rejimini sadələşdirib

20 Fevral 2020, 16:45 (GMT +4)
ATU daha bir əməkdaşlığa imza atıb

20 Fevral 2020, 16:38 (GMT +4)
İsrail Ermənistanın bu ölkədə səfirlik açmaq planını alqışlayıb

20 Fevral 2020, 16:38 (GMT +4)
Avstraliyada sərnişin qatarı relsdən çıxıb

20 Fevral 2020, 16:30 (GMT +4)
Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir

20 Fevral 2020, 16:24 (GMT +4)
Azərbaycan taekvondoçusu Helsinqborqda qızıl medal qazanıb

20 Fevral 2020, 16:05 (GMT +4)
Merkel Hanaudakı atışma səbəbiylə Halleyə ziyarətini ləğv edib

20 Fevral 2020, 16:02 (GMT +4)
Bakı metrosu koronavirusa görə dezinfeksiya ediləcək

20 Fevral 2020, 15:54 (GMT +4)
Azərbaycanda 4-cü dəfə Satış Forum keçirilib (FOTOLAR)

20 Fevral 2020, 15:51 (GMT +4)
Türkiyə-Azərbaycan oyunu Alanyadakı Oba stadionunda keçiriləcək

20 Fevral 2020, 15:40 (GMT +4)
Avstraliya Çindən gələnlərin ölkəyə giriş qadağasını uzadıb

20 Fevral 2020, 15:26 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 15:20 (GMT +4)
Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə kralı ilə görüşüb

20 Fevral 2020, 15:18 (GMT +4)
Maduro ABŞ-ın sanksiyaları səbəbiylə milli neft sənayesində fövqəladə vəziyyət elan edib

20 Fevral 2020, 15:17 (GMT +4)
Azərbaycan və İtaliya Prezidentlərinin geniş tərkibdə görüşü olub

20 Fevral 2020, 15:11 (GMT +4)
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

20 Fevral 2020, 15:00 (GMT +4)
DTX Neftçalada keçirilən əməliyyatla bağlı açıqlama yayıb

20 Fevral 2020, 14:57 (GMT +4)
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

20 Fevral 2020, 14:43 (GMT +4)
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

20 Fevral 2020, 14:32 (GMT +4)
ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66