Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gömrük Hospitalında dünyada ilk dəfə icra olunan unikal əməliyyat uğurla həyata keçirilib

04 Dekabr 2019, 17:27 (GMT +4)

Bakı, 4 dekabr, SalamNews.Dekabrın 4-də Mərkəzi Gömrük Hospitalında dünyada ilk dəfə icra edilən nadir əməliyyata həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi 5 yaşlı uşaq üzərində icra etdikləri unikal əməliyyat haqqında mətbuat nümayəndələrinə ətraflı məlumat veriblər.

Tədbirdə qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalında Dr. Mircəlal Kazımi tərəfindən aparılan müayinə nəticəsində 5 yaşlı pasiyentdə hiperlipidemiya diaqnozunun olması təsdiqlənib. Bir müddət öncə bu pasiyentə həmin diaqnoz Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Uşaq xəstəlikləri və metabolizm şöbəsində də qoyulub.

Hiperlipidemiya diaqnozu zamanı qaraciyərdəki lipidlərin, yəni yağların mübadilə pozğunluğu əmələ gəlir və bu mübadilə pozğunluğu nəticəsində xəstələrin qanında zərərli lipidlərin, xolesterinin miqdarı artır. Bu tip xəstələrdə lipoproteinin də miqdarı yüksəlir və bu damar divarında zədə əmələ gətirir. Damar divarlarında əmələ gələn kirəcləşmə, yəni həmin yağ depozitlərinin damar divarlarında yığılması nəticəsində bu xəstələrdə ürək xəstəliyi yaranır. Xəstələrin ürəyində olan tac damarlarında tıxanıqlıq əmələ gəlir və bu cür xəstələr maksimum 11-12 yaşa qədər yaşayırlar. Adətən, belə xəstəliyi olar uşaqlar kəskin miokard infarktından dünyalarını dəyişirlər.

Bu günlərdə 5 yaşlı pasiyent qaraciyər transplantasiyası əməliyyatına hazırlandı. Xəstənin valideyinlərində xolesterinin yüksək səviyyədə olması səbəbindən əmisi balaca pasiyentin donoru oldu.

Əməliyyatdan öncə pasiyentin ürəyinin koronar angioqrafiyası zamanı damarlarda 90 faizə qədər darlıq aşkarlanıb. Bu isə o demək idi ki, xəstə hər an dünyasını dəyişə, eyni zamanda qaraciyər transplantasiyası əməliyyatı zamanı da xəstənin ölümünə səbəb ola bilərdi. Beləliklə, xəstədə ürəyin tac damarlarının dəyişilməsi, yəni koronar by-pass əməliyyatının mütləq icrasına göstəriş olduğu aşkarlandı.

Mərkəzi Gömrük Hospitalı yüksək ixtisaslı həkimləri və maddi-texniki bazası ilə istənilən mürəkkəb əməliyyatları icra edə biləcək qüvvəyə malikdir. Ona görə Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahları ilə birgə, eyni seansda iki mürəkkəb əməliyyat - 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı icra olunması qərara alındı.

Beləliklə, 13 noyabr 2019-cu il tarixində dünyada ilk dəfə azyaşlı xəstə üzərində eyni seansda Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahları tərəfindən koronar by-pass əməliyyatı və Dr. Mircəlal Kazıminin komandası tərəfindən qaraciyər transplantasiyası əməliyyatı həyata keçirildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Könüllü gömrükçülər onlayn rejimdə fəaliyyət göstərirlər

Gömrükçülər siqaret müsadirə edib

Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib

Gömrükçülər dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edib

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

Gömrük Akademiyasına tələbə qəbulu üçün plan yeri artırılıb

Avqustda Gömrük Komitəsinə 5915 müraciət daxil olub

Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb

"Könüllü gömrükçü" dəstəsinin əhatəsi getdikcə genişlənir

Gömrük Komitəsində iri kuryer və poçt daşımaları şirkətləri ilə görüş keçirilib

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb (FOTO)

Gömrükçülər külli miqdarda siqaretin dövriyyəsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsi risk qiymətləndirməsini tam avtomatlaşdıracaq

Gömrük Əməkdaşlıq Şurasının videokonfrans formatında iclası keçirilib

Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olunub

İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

Gömrük Akademiyası onlayn kompozisiya təqdim edib

Koronavirusa yoluxan Gömrük Komitəsinin 170 əməkdaşı sağalıb

Səfər Mehdiyev: Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb

29 Sentyabr 2020, 22:26 (GMT +4)
Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

29 Sentyabr 2020, 22:13 (GMT +4)
Prezident İlham Əliyev “Rossiya 1” telekanalında vacib çıxış edib (VİDEO)

29 Sentyabr 2020, 20:41 (GMT +4)
MN: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması barədə məlumatlar yalandır

29 Sentyabr 2020, 18:02 (GMT +4)
Küveytin əmiri Şeyx Sabah əl-Əhməd vəfat edib

29 Sentyabr 2020, 18:00 (GMT +4)
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb

29 Sentyabr 2020, 17:58 (GMT +4)
ATƏT Daimi Şurası bu gün Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək

29 Sentyabr 2020, 17:53 (GMT +4)
Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

29 Sentyabr 2020, 17:50 (GMT +4)
Əfqanıstanda minanın partlaması nəticəsində 14 mülki şəxs həyatını itirib

29 Sentyabr 2020, 17:42 (GMT +4)
“ASAN Məktub” çərçivəsində 50 şagirdə məktəb ləvazimatları təqdim edilib

29 Sentyabr 2020, 17:22 (GMT +4)
Azərbaycanda daha 58 yeni yoluxma faktı qeydə alınıb

29 Sentyabr 2020, 17:16 (GMT +4)
ANAMA cəbhəboyu ərazilərdə yaşayan sakinlərə müraciət edib

29 Sentyabr 2020, 17:09 (GMT +4)
MN: Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

29 Sentyabr 2020, 16:49 (GMT +4)
Təbriz Qubernatorluğu rus kamazlarının İran-Ermənistan sərhədində saxlanıldığını bildirib

29 Sentyabr 2020, 16:47 (GMT +4)
Kreml Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı mövqeyinə münasibət bildirib

29 Sentyabr 2020, 16:43 (GMT +4)
Millət vəkili Jalə Əhmədova estonliyalı həmkarlarına müraciət edib

29 Sentyabr 2020, 16:40 (GMT +4)
Düşmən dinc əhalini hədəfə alır - FOTOREPORTAJ

29 Sentyabr 2020, 16:40 (GMT +4)
MN: Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir

29 Sentyabr 2020, 16:30 (GMT +4)
Ermənilərin təxribatı nəticəsində yaralanan mülki şəxslərin sayı 33-ə çatıb

29 Sentyabr 2020, 16:28 (GMT +4)
Türkiyə XİN başçısı və AKP rəsmisi Azərbaycan səfirliyini ziyarət edib

29 Sentyabr 2020, 16:20 (GMT +4)
Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırıb

29 Sentyabr 2020, 16:03 (GMT +4)
Azərbaycan XİN başçısı dəstəyə görə Pakistana təşəkkür edib

29 Sentyabr 2020, 15:55 (GMT +4)
İranın üç neft tankeri Venesuela sahillərinə çatıb

29 Sentyabr 2020, 15:49 (GMT +4)
Hikmət Hacıyev xarici jurnalistləri Azərbaycana dəvət edib

29 Sentyabr 2020, 15:42 (GMT +4)
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir

29 Sentyabr 2020, 15:40 (GMT +4)
Pompeo: Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır

29 Sentyabr 2020, 15:28 (GMT +4)
MN: Ermənistandan hərəkət edən S-300-lər anında məhv ediləcək

29 Sentyabr 2020, 15:20 (GMT +4)
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları ilə bağlı müzakirələr aparılıb

29 Sentyabr 2020, 15:04 (GMT +4)
Biz Dağlıq Qarabağ məsələsini kökündən həll etmək istəyirik - Çavuşoğlu

29 Sentyabr 2020, 15:00 (GMT +4)
Millət vəkili beynəlxalq debatda erməni təxribatı barədə tutarlı məlumatlar verib (VİDEO)

29 Sentyabr 2020, 14:36 (GMT +4)
MN: Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66