Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Aysel Fərziyeva: Qida ilə bağlı əsassız fikir söyləyənləri ifşa edəcəyik

04 Dekabr 2019, 16:15 (GMT +4)

Bakı, 4 dekabr, SalamNews. Qida sahəsi üzrə heç bir peşəkar fəaliyyəti olmayan “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı mediaya müsahibəsində iddia edir ki, guya Azərbaycanda “tərəvəzlərin 100 %-i, meyvələrin isə 50 %-dən çoxu GMO-dur”. Görünür ekspertin xəbəri yoxdur ki, dünyada cəmi 30 adda GMO məhsulu var və bu məhsullar ABŞ, Yaponiya, Avropa Birliyi və bir sıra ölkələr tərəfindən istehsal edilir. GMO məhsuların təqribən 90%-i iqtisadi əhəmiyyətə malik olan yem və texniki bitkilərdir. Meyvə və tərəvəzlərdən yalnız pomidor, badımcan və almaya biotexnoloji metod tətbiq edilir.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.

AQTA rəsmisinin sözlərinə görə, Elçin Bayramlı verdiyi müsahibədə iddia edir ki, guya ölkədə 1 ilə yetişən qoz tingləri mövcuddur və hamısı GMO-dur. Amma bu məlumatın da heç bir elmi əsası yoxdur. Hətta qozun dünyada geninin dəyişdirilməsi təcrübəsi belə mövcud deyil.

"Mediaya bu mövuzda şərh verən iqtisadçı düşünmür və ya bilmirmi ki, bir GMO məhsulunun istehsalı yüz milyonlarla dollar vəsait tələb edir? Ona görə də bazarda ciddi ehtiyac duyulmayan bir məhsulun GMO üsulu ilə yetişdirilməsi və artırılması nə ölkə, nə də biotexnoloji şirkətlər üçün sərfəli deyil.

E.Bayramlı verdiyi açıqlamalardan məlum olur ki, onun dünyada min illərdir aparılan genetik seleksiya metodu ilə yeni bitkinin alınmasından ümumiyyətlə heç xəbəri yoxdur. Ümumi mətnlərin içinə, “GMO”, transgen kimi terminləri yerləşdirərək cəmiyyətin diqqətini çəkməyə çalışan amma verdiyi məlumatların heç bir elmi istinadı olmayan ekspertin diqqətinə çatdıraq ki, bir şəxsin bir neçə mövzuda ekspert rəyi verməsi doğru deyil. Fitosanitar, baytarlıq və qida məhsulları nəzarəti bir-birindən ayrı mütəxəssislər tərəfindən dəyərləndirilməli olan məsələlərdir. Eyni zamanda hər hansı bir mövzuda açıqlama verərkən ümumiləşdirmə etmək də peşəkarlığa ziddir. Bu tip qeyri-peşəkar açıqlamalar cəmiyyətimizdə yanlış fikirlər yarada bilər".

"Bundan sonra dediyi fikirdə fakta əsaslanmayan, qeyri-peşəkar bəyanatlar səsləndirən “qida ekspert”lərini sosial şəbəkələrdə elə söylədikləri əsassız fikirləri göstərməklə ifşa edəcəyik. Hər kəs, xüsusilə özünü ekspert adlandıran şəxslər səsləndirdikləri fikirlərin məsuliyyətini dərk etməlidirlər", deyə mətbuat katibi vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA növbəti reyd keçirib

Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

2019-cu ildə AQTA beynəlxalq qurumlarla əməkdaşlığı genişləndirib

AQTA vətəndaşlara çağırış edib

AQTA: Bəzi xəbər saytları ucuz reytinq əldə etmək üçün təhrif edilmiş məlumatlar yayırlar

AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"

AQTA tələbələrin zəhərlənməsi ilə bağlı açıqlama yayıb

AQTA Gəncədə süd və süd məhsullarının istehsalı sexinin fəaliyyətini məhdudlaşdırıb

AQTA pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib

AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb

AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66