Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

05 Dekabr 2019, 15:38 (GMT +4)

Bakı, 5 dekabr, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti dekabrın 3-6 tarixlərində Bakıda keçirilən “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq barədə Niyyət Protokolu imzalayıb.

SalamNews xəbər verir ki, sənədi AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Sənəd kiçik və orta biznesin inkişafının dəstəklənməsi çərçivəsində qarşılıqlı fəaliyyətin təşkili, dövlət və özəl sektor arasında praktik fəaliyyətin genişləndirilməsi, innovativ təşəbbüslərin realizasiyası, innovasiya infrastrukturundan birgə istifadə edilməsi, startapların, kiçik və orta biznes subyektlərinin potensialının artırılması ilə bağlı dəstəyin göstərilməsi, AzerTelecom şirkətinin icra etdiyi Azerbaijan Digital Hub proqramı çərçivəsində birgə tədbirlərin təşkili və digər əlaqəli fəaliyyəti özündə əks etdirir.

Qeyd edək ki, “Bakutel-2019” sərgisində həmçinin, KOBİA-nın təşkilatçılığı, magistral internet provayderi AzerTelecom şirkətinin dəstəyi ilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş olunur.Sərgi dekabrın 6-dək davam edəcək.
AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur.

Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq imkanları müzakirə olunub

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

22 Yanvar 2020, 18:10 (GMT +4)
İradə İbrahimova: Havanın dəyişəcəyi ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq

22 Yanvar 2020, 18:00 (GMT +4)
Azərbaycan və Polşa prezidentləri Davosda görüşüb

22 Yanvar 2020, 17:54 (GMT +4)
Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

22 Yanvar 2020, 17:50 (GMT +4)
Paraqvay prezidenti denge xəstəliyinə yoluxub

22 Yanvar 2020, 17:48 (GMT +4)
Səudiyyə Ərəbistanı İranla danışıqlara hazır olduğunu bildirib

22 Yanvar 2020, 17:48 (GMT +4)
Britaniyanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

22 Yanvar 2020, 17:43 (GMT +4)
Azərbaycan və Monqolustan prezidentlərinin Davosda görüşü olub

22 Yanvar 2020, 17:33 (GMT +4)
Donald Tramp orta sinif insanlara vergi endirimləri söz verib

22 Yanvar 2020, 17:23 (GMT +4)
Netanyahu İordan vadisinin İsrailə əlavə edilməsi üçün ABŞ-dan «yaşıl işıq» gözləyir

22 Yanvar 2020, 17:23 (GMT +4)
Azərbaycanda ali məktəblərə qəbul imtahanların vaxtı açıqlanıb

22 Yanvar 2020, 17:13 (GMT +4)
Türkiyə Rusiyanı İdlibə dair öhdəliklərini yerinə yetirməyə çağırır

22 Yanvar 2020, 17:10 (GMT +4)
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub

22 Yanvar 2020, 16:55 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub

22 Yanvar 2020, 16:52 (GMT +4)
KİV: Zelenski Ukrayna rəhbərliyində ən az maaş alan məmurdur

22 Yanvar 2020, 16:34 (GMT +4)
"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

22 Yanvar 2020, 16:29 (GMT +4)
ABŞ Dövlət Katibi ilk dəfə Belarusa səfər edəcək

22 Yanvar 2020, 16:25 (GMT +4)
Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

22 Yanvar 2020, 16:20 (GMT +4)
AzTU məzunları Abşeron Logistika Mərkəzində işlə təmin olunacaq

22 Yanvar 2020, 16:00 (GMT +4)
Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin yeni modeli hazırlanır

22 Yanvar 2020, 15:58 (GMT +4)
Tramp AB-ni avtomobil rüsumu tətbiq etməklə hədələyib

22 Yanvar 2020, 15:49 (GMT +4)
İraq və ABŞ prezidentləri görüşüblər

22 Yanvar 2020, 15:44 (GMT +4)
Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq

22 Yanvar 2020, 15:32 (GMT +4)
Yunanıstanın prezidenti ilk dəfə qadın olacaq

22 Yanvar 2020, 15:27 (GMT +4)
AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

22 Yanvar 2020, 15:10 (GMT +4)
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2020, 15:02 (GMT +4)
Gürcüstanın ikinci Baş naziri Tengiz Siqua vəfat edib

22 Yanvar 2020, 14:53 (GMT +4)
Haşd-Şabi ABŞ-in terror etdiyi Mehdi əl-Mühəndisin yerinə kimsənin təyin edilmədiyini bildirib

22 Yanvar 2020, 14:33 (GMT +4)
Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

22 Yanvar 2020, 14:18 (GMT +4)
Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib

22 Yanvar 2020, 14:09 (GMT +4)
AQTA növbəti reyd keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66