Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda aparılan islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır

04 Dekabr 2019, 09:06 (GMT +4)

Bakı, 4 dekabr, SalamNews.Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycanın dünyadakı nüfuzunu artırmaqla yanaşı inkişafın yeni keyfiyyət mərhələsini şərtləndirir.Ona görə də Azərbaycanda çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi prioritet məqsədlər sırasındadır.

Bu gün ölkədə aparılan çoxşaxəli islahatlar təkcə neqativlərin aradan qaldırılmasına yox, həm də daha üstün sosial rifah, daha mobil və effektiv idarəçilik, bir sözlə, yeniləşən Azərbaycanda yeni hədəflərə hesablanıb.İnqilabi xarakterli islahatlar paketinin, ölkənin bütün regionları ilə birgə paytaxt Bakıda həyata keçirilən nəhəng infrastruktur və sosialyönümlü layihələrin də birbaşa məqsədi məhz budur. Qısası dövlət inkişaf tendensiyanı dərinləşdirmək niyyətindədir və bu səbəbdən struktur, kadr islahatları, çevik mexanizmlərin işə salınması təbiidir. Dəyişikliklər modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların prosesə qoşulmasını özündə ehtiva edir. Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir. Ümumilikdə, gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir.Axı gənclər daim yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağı üstün tutur,fəaliyyətlərində yeni yanaşmaları tətbiq edir.Bu da bilavasitə ölkənin və cəmiyyətin xeyrinə xidmət edir. Burada diqqət edilməli mühüm məqamlardan biri yaşlı nəslin təcrübəsindən istifadə etməklə gəncliyin müasir intellektual biliklərinin harmoniyasına nail olmaqdır.Bu da öz növbəsində faktor idarəçiliyi üçün ciddi önəm daşıyır. Dövlət başçısının diqqət yetirdiyi məsələlər sırasında ugurlu gəncləşmə siyasətinin aparılması və bu prosesin sınanmış, təcrübəli, lakin bir qədər yaşlı insanlara qarşı kampaniyaçılıga gətirib çıxarmaması xüsusi yer tutur.Ölkə başçısı da bu məsələ ilə bağlı münasibət bildirərkən deyib:

“İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik”.

Prezident İlham Əliyev Azərbaycan xalqına verdiyi vədləri ardıcıl şəkildə yerinə yetirir. Ölkə bütün inkişaf reallıqları ilə dünya miqyasında nümunə kimi qəbul olunur. Mürəkkəb geosiyasi region, müxtəlif maraqların kəsişdiyi coğrafiyada belə uğura imza atmaq, əslində o qədər də asan məsələ deyil.Elə bütün bunların nəticəsi olaraq hazırda Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edir.Makroiqtisadi sabitliyin təmin olunması nəticəsində ötən müddətdə ümumi daxili məhsul 3, sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları isə 24 dəfə artıb. Bu göstəricilər uğurla reallaşdırılan islahatların məntiqi davamı olmaqla yanaşı perspektivlər üçün də əlverişli təminat yaradır.Təkcə cari ilin əvvəlindən idarəçilik sahəsində aparılan islahatlar, pensiya və müavinətlərin, müvafiq kateqoriyadan olan vətəndaşların təqaüdlərinin artırılması dövlət başçısının əhalinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürüdür. Reallıq isə odur ki, istər daxili, istərsə də diplomatik müstəvidə Prezident İlham Əliyevin qazandığı hər bir uğur bu tipli insanların siyasi iflasını dərinləşdirir, onların əsaslandığı arqumentlərin sıradan çıxmasını şərtləndirir. Ümumiyyətlə ölkədə həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. İslahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə edirdisə, sonrakı mərhələdə struktural və kadr islahatları aparılmaga başladı. Bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun məqsədyönlülüyündən xəbər verir. Son kadr islahatlarının daha çox yuxarı idarəetmə strukturlarını əhatə etməsi bu prosesin daha da dərinləşməsi kimi dəyərləndirilə bilər. Bu prosesə sadəcə kadrların dəyişməsi kimi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirmək olar. Azərbaycan iqtisadiyyatını idarə edə bilən və qlobal iqtisadi çağrışlara adekvat cavab verən intelektual səviyyəli gənc kadrlara geniş yer verilməsi bu baxımdan önəmli addımlardandır.

Yazı “Səlis ” jurnalist müsabiqəsinə təqdim edilir.

Aytən Abdulova


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Fransa hökuməti pensiya islahatlarında güzəştə gedib

Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb

Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək

Ekspert: İcbari tibbi sığortanın tətbiqi 2020-ci ilin ən böyük sosial islahatlarından biri olacaq

Azərbaycanlı iş adamı: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

Dövlət Departamenti: Vaşinqton Azərbaycanda aparılan iqtisadi islahatları müsbət qiymətləndirir

Ölkədə aparılan islahatlar həmdə insan hüquq və azadlıqlarının qorunmasına yönəlib

Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb

Prezident: Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər

BMT-nin islahatlara ehtiyacı var - Ərdoğan

“Elektron məhkəmə” islahatlarına dair müzakirə aparılıb

DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

Fermerlər Şurasının üzvləri aqrar islahatlarla bağlı məlumatlandırıblar

Aİ-də idarəetmədə islahatlar aparılmalıdır - Makron

Sosial islahatlarda ABŞ-la əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir

Novruz Məmmədov: Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır

Energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib

23 Yanvar 2020, 18:02 (GMT +4)
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib

23 Yanvar 2020, 17:52 (GMT +4)
Daha 2 rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb

23 Yanvar 2020, 17:47 (GMT +4)
KİV: Tramp Twitter-dəki yazılarının sayına görə rekordunu yeniləyib

23 Yanvar 2020, 17:45 (GMT +4)
Dövlət Komitəsində kollegiya iclası keçirilib

23 Yanvar 2020, 17:28 (GMT +4)
Türkiyə C-400-ün NATO-nun müdafiə sisteminə daxil edilməsi təklif edib

23 Yanvar 2020, 17:12 (GMT +4)
Azərbaycanda 83 əcnəbi dövlət tərəfindən verilmiş qaçqın statusu əsasında yaşayır

23 Yanvar 2020, 17:12 (GMT +4)
Putinin İsrail rəsmilərilə görüşləri Qüds şəhərində baş tutub (FOTO)

23 Yanvar 2020, 16:58 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

23 Yanvar 2020, 16:51 (GMT +4)
İrəvanın mərkəzində atışma baş verib

23 Yanvar 2020, 16:41 (GMT +4)
Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

23 Yanvar 2020, 16:24 (GMT +4)
Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir

23 Yanvar 2020, 16:20 (GMT +4)
Almaniyada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

23 Yanvar 2020, 16:12 (GMT +4)
Bakı Beynəlxalq Avtovağzalında “LIBRAFF”ın oxu məntəqələri yaradılıb

23 Yanvar 2020, 16:06 (GMT +4)
ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başlayıb

23 Yanvar 2020, 15:57 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

23 Yanvar 2020, 15:56 (GMT +4)
Pentaqon mənbələri İraqda havadan müdafiə sistemlərin yerləşdiriləcəyini bildiriblər

23 Yanvar 2020, 15:49 (GMT +4)
Füzulidə məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb

23 Yanvar 2020, 15:43 (GMT +4)
Türkiyə Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır

23 Yanvar 2020, 15:30 (GMT +4)
Doktoranturaya və dissertanturaya xarici dil üzrə imtahan verəcək namizədlərin sayı açıqlanıb

23 Yanvar 2020, 15:20 (GMT +4)
Pompeo Rusiya və Kubanı tənqid edib

23 Yanvar 2020, 15:12 (GMT +4)
“Mastercard” yeni platforma yaradıb

23 Yanvar 2020, 15:08 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində görüş keçirilib

23 Yanvar 2020, 15:06 (GMT +4)
Suriyada partlayış nəticəsində bir neçə türk əsgəri həlak olub və yaralanıb

23 Yanvar 2020, 14:54 (GMT +4)
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq

23 Yanvar 2020, 14:48 (GMT +4)
BDU-da imtahanlara ictimai baxış keçirilib

23 Yanvar 2020, 14:46 (GMT +4)
Çində yeni koronavirusa yoluxanların sayı 610-u keçib

23 Yanvar 2020, 14:32 (GMT +4)
Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

23 Yanvar 2020, 14:06 (GMT +4)
El Mundo: İspaniyada fırtına nəticəsində on nəfər ölüb

23 Yanvar 2020, 14:02 (GMT +4)
Səudiyyə Yəmənin Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib, ölənlər var

23 Yanvar 2020, 13:50 (GMT +4)
Şəhid Cavanşir İbrahimovun təltif olunduğu medal oğluna təqdim edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66