Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

05 Dekabr 2019, 18:01 (GMT +4)

Bakı, 5 dekabr, SalamNews. Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin anadan olmasının 140 illiyinin qeyd olunması ilə başlı Sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlanıb həyata keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.

Sərəncamda qeyd olunur ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) anadan olmasının 140 illiyi tamam olur. Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərib. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr edib. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Məhəmməd Hadi küçəsinin 2.8 km-lik hissəsi təmir edildi

Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq

22 Yanvar 2020, 18:10 (GMT +4)
İradə İbrahimova: Havanın dəyişəcəyi ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq

22 Yanvar 2020, 18:00 (GMT +4)
Azərbaycan və Polşa prezidentləri Davosda görüşüb

22 Yanvar 2020, 17:54 (GMT +4)
Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

22 Yanvar 2020, 17:50 (GMT +4)
Paraqvay prezidenti denge xəstəliyinə yoluxub

22 Yanvar 2020, 17:48 (GMT +4)
Səudiyyə Ərəbistanı İranla danışıqlara hazır olduğunu bildirib

22 Yanvar 2020, 17:48 (GMT +4)
Britaniyanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

22 Yanvar 2020, 17:43 (GMT +4)
Azərbaycan və Monqolustan prezidentlərinin Davosda görüşü olub

22 Yanvar 2020, 17:33 (GMT +4)
Donald Tramp orta sinif insanlara vergi endirimləri söz verib

22 Yanvar 2020, 17:23 (GMT +4)
Netanyahu İordan vadisinin İsrailə əlavə edilməsi üçün ABŞ-dan «yaşıl işıq» gözləyir

22 Yanvar 2020, 17:23 (GMT +4)
Azərbaycanda ali məktəblərə qəbul imtahanların vaxtı açıqlanıb

22 Yanvar 2020, 17:13 (GMT +4)
Türkiyə Rusiyanı İdlibə dair öhdəliklərini yerinə yetirməyə çağırır

22 Yanvar 2020, 17:10 (GMT +4)
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub

22 Yanvar 2020, 16:55 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub

22 Yanvar 2020, 16:52 (GMT +4)
KİV: Zelenski Ukrayna rəhbərliyində ən az maaş alan məmurdur

22 Yanvar 2020, 16:34 (GMT +4)
"Azərişıq" "28 may" qəsəbəsində yeni şəbəkə qurur

22 Yanvar 2020, 16:29 (GMT +4)
ABŞ Dövlət Katibi ilk dəfə Belarusa səfər edəcək

22 Yanvar 2020, 16:25 (GMT +4)
Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

22 Yanvar 2020, 16:20 (GMT +4)
AzTU məzunları Abşeron Logistika Mərkəzində işlə təmin olunacaq

22 Yanvar 2020, 16:00 (GMT +4)
Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin yeni modeli hazırlanır

22 Yanvar 2020, 15:58 (GMT +4)
Tramp AB-ni avtomobil rüsumu tətbiq etməklə hədələyib

22 Yanvar 2020, 15:49 (GMT +4)
İraq və ABŞ prezidentləri görüşüblər

22 Yanvar 2020, 15:44 (GMT +4)
Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq

22 Yanvar 2020, 15:32 (GMT +4)
Yunanıstanın prezidenti ilk dəfə qadın olacaq

22 Yanvar 2020, 15:27 (GMT +4)
AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

22 Yanvar 2020, 15:10 (GMT +4)
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

22 Yanvar 2020, 15:02 (GMT +4)
Gürcüstanın ikinci Baş naziri Tengiz Siqua vəfat edib

22 Yanvar 2020, 14:53 (GMT +4)
Haşd-Şabi ABŞ-in terror etdiyi Mehdi əl-Mühəndisin yerinə kimsənin təyin edilmədiyini bildirib

22 Yanvar 2020, 14:33 (GMT +4)
Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

22 Yanvar 2020, 14:18 (GMT +4)
Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib

22 Yanvar 2020, 14:09 (GMT +4)
AQTA növbəti reyd keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66