Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində (FOTOLAR)

06 Dekabr 2019, 13:26 (GMT +4)

Bakı, 6 dekabr, SalamNews. Dünyanın ən az ziyarətçisi olan yerlərinə səfərləri ilə daim öz oxucularını təəccübləndirən bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu bu dəfə dünyanın yaşayış olmayan, buzlar ölkəsinə – Antarktidaya yola düşüb. Noyabrın 21-də yola çıxmış yazıçı, öz rəsmi sosial hesabında paylaşdığı məlumata görə, artıq Antarktidadadır.

SalamNews xəbər verir ki, səfər müddətində Argentinanın paytaxtı Buenos Ayresdə və bir çox başqa şəhərlərində olmuş yazıçı bir çox tarixi abidələri, muzeyləri, dinozavrların qədim məskənlərindən olan İsçiqualasto və Talampaya Milli parklarını da ziyarət edib. Ümumi ərazisi 2800 kv.km olan, bir zamanlar tamamilə yaşıllıqlarla, gur sulu çaylar və sıx meşəliklərlə örtülmüş Talampaya vadisi müxtəlif dinozavrların məskəni olub, hazırda isə bu vadi hündürlüyü 145 metrə qədər olan qayalıqlardan, daşlıqlardan ibarət susuz, quraq bir səhradır. Milli parkın nəzdində olan muzeylərdə yaşı 300 milyon il əvvələ gedib çıxan çox qiymətli arxeoloji və paleontolji qazıntılar, milyonlarla il əvvəl yaşamış dinozavr qalıqları saxlanılır. Xatırladaq ki, hər iki milli park YUNESKO-nun Dünya İrsinə daxil edilib.

Argentina ilə Braziliyanın sərhədində yerləşən, ümumi eni üç kilometr, hündürlüyü səksən metrə çatan yüzlərlə ayrı-ayrı şəlalənin birləşməsindən yaranmış möcüzəvi İquasu şəlaləsindən də maraqlı paylaşımlar edən yazar daha sonra Argentinanın və ümumiyyətlə yarımkürənin ən cənub şəhəri, “dünyanın sonu” adı ilə məşhur olan Uşuayaya yola düşüb. Odlu Torpaq arxipelaqında yerləşən və bir zamanlar hindu tayfalarının məskəni olan bu kiçik şəhər hazırda səyyahlar üçün Antarktidaya açılan qapı rolunu oynayır. Buradan səyyahlar, araşdırmaçılar gəmi yolu ilə Dreyk boğazından keçib pinqvinlərin vətəni olan Antarktidaya yola düşürlər.

Xatırladaq ki, Antarktida barədə qəbul edilmiş beynəlxalq sazişə görə, materik heç bir dövlətin ərazisi sayılmır və orada yalnız bir neçə ölkənin elmi-araşdırma stansiyaları yerləşir. Yer kürəsində təbiəti ibtidai formasını qoruyub saxlamış yeganə böyük ərazi olan Antarktidada ibtidai mühitin qorunması son dərəcə önəmli olduğundan gəmini kənarda saxlayıb buzlu torpağa xüsusi ekspedisiya qayıqlarında gedirlər. Hətta motorlu qayıqlara yanacaq belə yalnız gəminin özündə doldurulur ki, suya bir damcı da olsun yanacaq tökülməsin. Antarktik stansiyalara getmək, onların elmi fəaliyyəti ilə yaxından tanış olmaq da yazıçının səfər planına daxildir.

Antarktidaya səfər edənlərin bir şüarı olur: ˝Antarktidadan özünüzlə şəkildən, xoş təəssüratlardan, şirin xatirələrdən və gözəl əhval-ruhiyyədən başqa heç nə götürməyin”. Lakin yazıçı qayıtdıqdan sonra öz səfəri barədə geniş məqalə və foto-müsahibələr paylaşacağına söz verib. Biz də ona bu maraqlı və təhlükəli səfərdə uğurlar arzu edirik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rövşən Abdullaoğlunun kitabı Türkiyədə böyük marağa səbəb olub

Rövşən Abdullaoğlunun kitabı Türkiyədə nəşr olunub

Rövşən Abdullaoğlu: Cəmiyyətdə kitaba sevgi olsa, çox problemlər kökündən həll olunar

Rövşən Abdullaoğlunun kitabından əldə olunan gəlir şəhid ailələrinə ianə ediləcək

Rövşən Abdullaoğlunun yeni romanı işıq üzü görüb

Rövşən Abdullaoğlunun yeni psixoloji romanı işıq üzü görüb

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

19 Fevral 2020, 15:30 (GMT +4)
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

19 Fevral 2020, 15:13 (GMT +4)
İranda iki nəfərin koronavirusa yoluxması ilə bağlı testlər müsbət çıxıb

19 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ-dan olan nümayəndələr Bakı Limanına səfər ediblər

19 Fevral 2020, 14:56 (GMT +4)
Lavrov Rusiyanın Türkiyə ilə danışıqlarda İdliblə bağlı nəticə əldə edilmədiyini təsdiqləyib

19 Fevral 2020, 14:48 (GMT +4)
Hələb sakinləri ordunun uğurlu əməliyyatına görə şənlik mərasimi keçiriblər (VİDEO)

19 Fevral 2020, 14:46 (GMT +4)
Ötən il Azərbaycanda qaz istehlakı artıb

19 Fevral 2020, 14:33 (GMT +4)
Kreml Türkiyənin İdlibdə əməliyyat keçirmə ehtimalını şərh edib

19 Fevral 2020, 14:28 (GMT +4)
"Azərbaycan Dəmir Yolları"nın rəsmiləri Avropada görüşlər keçirib

19 Fevral 2020, 14:11 (GMT +4)
AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19 Fevral 2020, 13:58 (GMT +4)
Ərdoğan: İdlibdəki əməliyyat istənilən vaxt başlaya bilər

19 Fevral 2020, 13:47 (GMT +4)
Bakıda uşaqlara siqaret satanlar cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66