Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

06 Dekabr 2019, 17:10 (GMT +4)

Bakı, 6 dekabr, SalamNews.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstanda səfərdədir. AQTA sədri Qoşqar Təhməzli dekabrın 6-da Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Büstün önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub. Agentliyin sədrini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.

Gürcüstana səfəri çərçivəsində Agentlik sədri Qoşqar Təhməzli Gürcüstanın Kənd Təsərrüfatı və ətraf mühit naziri Levan Davitaşvili ilə görüşüb. Q.Təhməzli bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlət və hökumət başçılarımızın xüsusi rolu olub. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. AQTA-nın geniş tərkibli nümayəndə heyətinin Gürcüstana səfəri də bunu sübut edir.

Q.Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri ilə bağlı iştirakçılara geniş məlumat verib. Əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, AQTA ölkədə qida təhlükəsizliyinin, insanların sağlam və təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində çox mühüm işlər həyata keçirməkdədir. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirib. Avropa Qida Təhlükəsizliyi Agentliyi və bir sıra digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. AQTA qida sahəsində idxal-ixrac məsələlərinə, ticarət dövriyyəsində qida təhlükəsizliyinə böyük əhmiyyət verir. Aşağı, orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində nəzarət də AQTA-nın fəaliyyət dairəsindədir. Səfərin əsas məqsədlərindən biri də bu işlərlə bağlı gürcü həmkarlar və müvafiq dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə fikir və təcrübə mübadiləsi aparmaq, bu sahədə əməkdaşlığı gücləndirməkdir.

Levan Davitaşvili bildirib ki, Gürcüstan bütün sahələrdə dost Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır: «Bu gün biz kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan ilə sıx əməkdaşlıq edirik. Azərbaycanlı həmkarlarımla tez-tez əlaqə saxlayırıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirik. İnanıram ki, AQTA nümayəndə heyətinin Gürcüstana səfəri bizim əməkdaşlıq dairəmizi daha genişləndirəcək və bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq». L.Davitaşvili nazirliyin tərkibində fəaliyyət göstərən Milli Qida Agentliyinin fəaliyyəti, ölkəsində əhalinin təhlükəsiz qida və kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində görülən işlər, bu sahədə Avropa İttifaqı ilə imzalanmış sənədlər barədə məlumat verib. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə də əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanaraq imzalanması imkanları nəzərdən keçirilib, xəstəlik və zərərvericilərdən azad zonaların yaradılması, sərhədyanı ərazilərdə fitosanitar monitorinqlərin keçirilməsi və zərərvericilərə qarşı birgə mübarizənin aparılması, sertifikatların elektron mübadiləsi mexanizminin təşkili və sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı digər dövlətlərlə əməkdaşlıq mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli Gürcüstanın Milli Qida Agentliyində olub.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstanda qida təhlükəsizliyi, ziyanvericilərə qarşı mübarizə və digər məqsədlər üçün nəzərdə tutulmuş avadanlığa baxış keçiriblər. Sonra Gürcüstan Milli Qida Agentliyində görüş olub. Q.Təhməzli rəhbərlik etdiyi qurumun fəaliyyəti, gördüyü işlər və beynəlxalq əməkdaşlığı barədə məlumat verib. Görüşdə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin təşkili üzrə təcrübə mübadiləsinin aparılması, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Tərəflər qida təhlükəsizliyinin müxtəlif xidmətləri üzrə mütəxəssislərin mübadiləsi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatının tətbiqi, kadr hazırlığının gücləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Bundan başqa AQTA sədri Q. Təhməzli Gürcüstan Ətraf mühit və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyasına baş çəkib. Həmin laboratoriyanın iş fəaliyyəti ilə yaxından tanış olub. Eyni zamanda Azərbaycan nümayəndə heyəti Gürcüstanda ət emalı müəssisəsində dövlət nəzarətinin həyata keçirilməsi prosesini izləyib. Bu sahədə görülən işlərlə yaxından tanış olub, təcrübə mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nümayəndə heyəti “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində olub. İdxal-ixrac əməliyyatlatlarının həyata keçirilməsi prosesini izləyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA sahibkarlara xəbərdarlıq edib

AQTA sahibkarlara müraciət edib

AQTA yanında İctimai Şuranın üzvlüyünə seçkilər keçiriləcək

AQTA: Kafe-restoranlarda dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici yerləşdirilməlidir (FOTO)

AQTA kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar haqqında açıqlama yayıb (FOTO)

AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

AQTA ictimai iaşə müəssisələrinə çağırış edib

AQTA sədrinə yeni müavin təyin olunub

AQTA iaşə müəssisələrinə müraciət edib

AQTA fındıq istehsalçıları və ixracatçıları ilə onlayn görüş keçirib

AQTA yeni sistem yaradıb

AQTA 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıb

AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını alıb

AQTA: Daha 111 obyektdə qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb

AQTA 98 müəssisədə kobud pozuntular aşkarlayıb

AQTA könüllü qəbulu elan edib

AQTA yoxlamalarla bağlı yeni elektron sistemin tətbiqinə başlayıb

AQTA qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrlə bağlı tövsiyələr verib

23 Sentyabr 2020, 13:02 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Sentyabr 2020, 13:00 (GMT +4)
Bu il Azərbaycanda 4 mln ton neft emal edilib

23 Sentyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib

23 Sentyabr 2020, 12:43 (GMT +4)
ABŞ və İsrail müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

23 Sentyabr 2020, 12:30 (GMT +4)
Almaniya və Fransa Fələstin Muxtariyyətinə 80 milyon avro yardım ayırıb

23 Sentyabr 2020, 12:30 (GMT +4)
Şəmkirdə top mərmiləri aşkarlanıb

23 Sentyabr 2020, 12:20 (GMT +4)
CNN: ABŞ vitse-prezidentinin təyyarəsi uçuş zamanı quşla toqquşub

23 Sentyabr 2020, 12:02 (GMT +4)
VXSİDA BMT-nin ekspert toplantısında təmsil olunub

23 Sentyabr 2020, 12:00 (GMT +4)
Kabildə iki təhlükəli partlayışın qarşısı alınıb

23 Sentyabr 2020, 11:45 (GMT +4)
Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib

23 Sentyabr 2020, 11:44 (GMT +4)
Tramp COVID-19 pandemiyasına görə Çini yenidən ittiham edib

23 Sentyabr 2020, 11:30 (GMT +4)
ETSN ətrafa tullantılar atan istixana ilə bağlı qərar verib

23 Sentyabr 2020, 11:30 (GMT +4)
İran üç yeni PUA-sını nümayiş etdirib

23 Sentyabr 2020, 11:15 (GMT +4)
Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

23 Sentyabr 2020, 11:10 (GMT +4)
Putin: BMT öz funksiyalarını ləyaqətlə yerinə yetirir

23 Sentyabr 2020, 11:02 (GMT +4)
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb

23 Sentyabr 2020, 10:45 (GMT +4)
Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb

23 Sentyabr 2020, 10:40 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

23 Sentyabr 2020, 10:38 (GMT +4)
Qətərin əmiri İsraillə sazişin şərtini açıqlayıb (VİDEO)

23 Sentyabr 2020, 10:30 (GMT +4)
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb (FOTO)

23 Sentyabr 2020, 10:27 (GMT +4)
Trampı zəhərləməyə çalışan qadınla bağlı yeni faktlar məlum olub

23 Sentyabr 2020, 10:20 (GMT +4)
Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq

23 Sentyabr 2020, 10:15 (GMT +4)
Makron ABŞ-ın İrana qarşı yeni sanksiya planının əleyhinə olduğunu bildirib

23 Sentyabr 2020, 10:10 (GMT +4)
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

23 Sentyabr 2020, 10:00 (GMT +4)
FHN Akademiyasında abituriyentlər üçün toplanış elan olunub

23 Sentyabr 2020, 09:58 (GMT +4)
Ərdoğan: Peyvənd bəşəriyyətin ümumi istifadəsinə verilməlidir

23 Sentyabr 2020, 09:45 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 49 dəfə pozub

23 Sentyabr 2020, 09:36 (GMT +4)
Putin və Makronun Navalnı haqqında etdikləri söhbətin məzmunu məlum olub

23 Sentyabr 2020, 09:31 (GMT +4)
Səudiyyə Ərəbistanı gələn aydan ümrə ziyarətlərinə icazə verəcək

23 Sentyabr 2020, 09:30 (GMT +4)
Azərbaycan və Ukrayna Prezidentləri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66