Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

TRACECA-ya sədrlik Azərbaycana keçib

07 Dekabr 2019, 11:39 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews.Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib və Komissiyaya sədrlik Azərbaycana ötürülüb.

Bu barədə SalamNews-a İqtisadiyyat Nazirliyindən bildirilib.

İclasda TRACECA-ya üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

İqtisadiyyat naziri, TRACECA Hökumətlərarası Komissiyasının yeni sədri Mikayıl Cabbarov Azərbaycanın sədrliyi dövründə qurumun daha da inkişaf edəcəyinə, TRACECA-nın regionda aparıcı nəqliyyat dəhlizi kimi güclənəcəyinə əminliyini ifadə edib.

Mikayıl Cabbarov “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası çərçivəsində aparılan müzakirələrin təşkilatın möhkəmlənməsində və üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb.

Bildirilib ki, TRACECA çərçivəsində görülən genişmiqyaslı işlər Avrasiyanın enerji və nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrilib və regionun nəqliyyat xəritəsini formalaşdırıb.

Sonra TRACECA-nın Baş katibi Mirça Çiopraqanın TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin 13-cü iclasından keçən dövr ərzində gördüyü işlər barədə hesabatı dinlənilib.

TRACECA-nın Azərbaycan üzrə Milli Katibi Akif Mustafayev Avropa-Qafqaz-Asiya dəhlizinin böyük imkanlarının olduğunu qeyd edib, ölkəmizdə nəqliyyatın inkişafı və şaxələndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Üzv və müşahidəçi ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Əsas Çoxtərəfli Saziş üzrə qərar və tövsiyələrin icrasına dair məlumat verib, üzv ölkələr tərəfindən həyata keçirilən qlobal miqyaslı təşəbbüslərin regionu mühüm nəqliyyat qovşağına çevirdiyini qeyd ediblər.

İclasda beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək TRACECA-nın strateji əhəmiyyətli layihələrin reallaşdırılması baxımından önəmli platforma olduğunu və regionun tranzit cəlbediciliyini artırdığını diqqətə çatdırıblar.

Tədbirdə Komissiyanın 2016-2026-cı illər üçün Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizinin inkişafı Strategiyasının 2018-2021 il üzrə Tədbirlər Planının icra vəziyyəti, 2018-ci il üzrə beynəlxalq avtomobil daşımalarına dair TRACECA-nın icazə sisteminin hesabatı, digər üzv ölkələrin TRACECA multimodal daşımalarının inkişafı haqqında Sazişə qoşulması və digər məsələlər barədə müzakirələr aparılıb.

Komissiyanın iclası çərçivəsində TRACECA-nın fəaliyyəti ilə bağlı bir sıra sənədlər təsdiq edilib və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş Katibliyinə seçkilər keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşımalar 11% artıb

29 Yanvar 2020, 18:00 (GMT +4)
AzTU tələbələri Moskva Energetika İnstitutunun beynəlxalq təcrübə proqramında iştirak edəcəklər

29 Yanvar 2020, 17:45 (GMT +4)
Putin koronavirusun qarşısının alınması ilə bağlı iclas keçirəcək

29 Yanvar 2020, 17:27 (GMT +4)
Rusiya XİN Ərdoğanın Suriya ilə bağlı açıqlamasını şərh edib

29 Yanvar 2020, 17:13 (GMT +4)
İraq Trampın Fələstin planına münasibət bildirib: Qüds və Fələstin azad edilməlidir

29 Yanvar 2020, 17:11 (GMT +4)
“ABAD” daha bir məhsulunu təqdim edib

29 Yanvar 2020, 17:04 (GMT +4)
Ərdoğan Rusiyanın Suriya üzrə öhdəliklərə əməl etmədiyini açıqlayıb

29 Yanvar 2020, 17:03 (GMT +4)
Ülvi Mehdiyev AmCham Azərbaycanın növbəti görüşündə iştirak edib

29 Yanvar 2020, 16:57 (GMT +4)
“Qala Sığorta” 2019-cu ili uğurla başa vurub

29 Yanvar 2020, 16:51 (GMT +4)
“KOB Dostu” şəbəkəsi genişləndiriləcək

29 Yanvar 2020, 16:44 (GMT +4)
Kür çayında batan şəxsin axtarışlarına FHN-in dalğıc-axtarış qrupu cəlb edilib

29 Yanvar 2020, 16:34 (GMT +4)
Jurnalistlər İmişli Şəkər zavodunu ziyarət ediblər

29 Yanvar 2020, 16:25 (GMT +4)
Kreml Fələstin üzrə "əsrin sövdələşməsinə" münasibət bildirib

29 Yanvar 2020, 16:13 (GMT +4)
Ayətullah Xameneinin ofisi Trampın Fələstin planına münasibət bildirib

29 Yanvar 2020, 16:11 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb 

29 Yanvar 2020, 15:44 (GMT +4)
Ermənistanın keçmiş prezidenti Sarkisyanın işi üzrə sənədlər məhkəməyə göndərilib

29 Yanvar 2020, 15:41 (GMT +4)
DİM: Ümumi müsahibədə iştirak etmək üçün indiyədək 95 nəfər ərizə verib

29 Yanvar 2020, 15:29 (GMT +4)
Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

29 Yanvar 2020, 15:13 (GMT +4)
Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilib

29 Yanvar 2020, 15:00 (GMT +4)
28 tələbə “Azercell” təqaüdçüsü” adına layiq görülüb

29 Yanvar 2020, 14:44 (GMT +4)
Hizbullah Trampın Fələstin planına münasibət bildirib: Bəzi ərəb rejimləri xəyanət edir

29 Yanvar 2020, 14:33 (GMT +4)
Qüds müsəlmanlar üçün müqəddəsdir, İsrailə verilməsi əsla qəbul edilə bilməz - Ərdoğan

29 Yanvar 2020, 14:16 (GMT +4)
ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Gömrük Akademiyasında olub

29 Yanvar 2020, 14:05 (GMT +4)
ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri önündə "əsrin sövdələşməsi"nə qarşı mitinqlər keçirilir

29 Yanvar 2020, 13:40 (GMT +4)
Burkino Fasoda terror hücumları nəticəsində 40 nəfər ölüb

29 Yanvar 2020, 13:23 (GMT +4)
İran «Zəfər» süni peykini orbitə göndərmək üçün kosmodroma yerləşdirib (FOTO)

29 Yanvar 2020, 13:23 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

29 Yanvar 2020, 13:11 (GMT +4)
Braziliyada leysan yağışları səbəbiylə 60-dan çox insan ölüb

29 Yanvar 2020, 13:00 (GMT +4)
Deputatlığa namizəd Qüdrət Nuriyev cəbhə bölgəsində bir sıra görüşlər keçirib (FOTOLAR)

29 Yanvar 2020, 12:45 (GMT +4)
Çində koronavirus qurbanlarının sayı 132-yə yüksəlib

29 Yanvar 2020, 12:34 (GMT +4)
“Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66