Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar

09 Dekabr 2019, 14:27 (GMT +4)

Bakı, 9 dekabr, SalamNews.Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Səudiyyə Ərəbistanının Kral Fahd adına Neft-qaz və Minerallar Universitetinin (KFUPM) nümayəndələri ilə görüşüb.

Ali Məktəbdən SalamNews-a verilən məlumata görə, görüşün əsas məqsədi birgə effektiv əməkdaşlığın qurulması və perspektivlərin müzakirəsi olub.

E.Qasımov Ali Məktəb haqqında məlumat verərək bildirib ki, BANM ölkənin ilk ingilisdilli texniki ali təhsil müəssisəsidir və tədris Böyük Britaniyanın Heriot-Watt Universiteti ilə birgə ikili diplom proqramı əsasında həyata keçirilir. O bildirib ki, hər il I qrup üzrə ən yüksək bal toplayan abituriyentlərin əksəriyyəti BANM-i seçir və Ali Məktəb Prezident təqaüdçülərinin sayına görə ölkə reytinqində ilk sıralarda qərarlaşır. E.Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlığın qurulduğunu, tələbələrin həmin şirkətlərdə istehsalat təcrübələri keçməsi üçün əlverişli şəraitin yaradıldığını, tələbələrin beynəlxalq mübadilə proqramlarına qoşulduğunu, eləcə də beynəlxalq şirkətlərlə və universitetlərlə birgə həyata keçirilən elmi-tədqiqat layihələri barədə məlumatları qonaqların diqqətinə çatdırıb.

Kral Fahd adına Neft-qaz və Minerallar Universitetinin Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin dekanı Dr. Əbdüləziz Əl-Kaabi texniki biliklərlə yanaşı, “Qeyri-ənənəvi öyrənmə mühiti” – standartdankənar təhsilin, sosial bacarıqların (effektiv ünsiyyətqurma, təqdimat, liderlik, komanda ilə işləmək və s.) vacibliyini vuruğulayaraq universitetin üç modullu yay məktəbləri təşkil etdiyini BANM əməkdaşlarının nəzərinə çatdırıb. O, gələcəkdə BANM-lə əməkdaşlıq çərçivəsində Neft-qaz və Minerallar Universitetinin tələbələrinin Bakıda təcrübə keçmələrinin məqsədəuyğun olduğunu bildirib.

Görüşdə hər iki ali təhsil müəssisəsinin əməkdaşlıq perspektivləri və bir çox fəaliyyətlərin icrası üçün Anlaşma Memorandumunun imzalanmasının zəruriliyi də müzakirə olunub.

Eyni zamanda, yay aylarında yerli və əcnəbi tələbələrin iştirakı ilə birgə Yay məktəbinin təşkil edilməsi barədə qərar qəbul edilib. 50-dən çox tələbənin iştirak edəcəyi Yay Məktəbi tələbələrin liderlik, komandada işləmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

Qonaqlar Ali Məktəbin kampusu və yaradılmış şəraitlə də yaxından tanış olublar.

Görüşdə KFUPM-in Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin dekanı Dr. Əbdüləziz Əl-Kaabi, Gelologiya üzrə fəlsəfə doktoru və Geologiya elmləri kafedrasının müdir müavini Dr. Con Hamfri, Geofizika üzrə fəlsəfə doktoru Dr. SanLin Kaka, Neft-qaz sahəsində inteqrativ tədqiqat mərkəzi nəzdində Petrofizika üzrə proqram rəhbəri Dr. Cək Dvorkin, Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin dekanının xüsusi köməkçisi Məhəmməd Almaziad, eləcə də BANM-in əməkdaşları iştirak ediblər.

Səudiyyə Ərəbistanının Kral Fahd adına Neft-qaz və Minerallar Universiteti (KFUPM - King Fahd University of Petroleum & Minerals) Orta Şərq və Şimali Afrika regionunda elm, mühəndislik, energetika, biznes idarəetməsi sahələri üzrə keyfiyyətli təhsil verən universitet hesab olunur. Universitet əsasən bakalavriat, magistratura və doktorantura pilləsi üzrə kadr hazırlayır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazanıb

BANM tələbələri prezidentə məktub yazıb

BANM-də Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı davam edir

BANM-in 9 yaşı tamam olur

BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb

BANM-də “Google”un Proqramçı Tələbələr Klubu yaradılacaq

BANM “Neft-qaz mühəndisliyi” ixtisası üzrə sənəd qəbulu elan edib

BANM-ın 2 tələbəsi diplomsuz ABB şirkətinə işə qəbul olub

BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

20 Yanvar 2021, 18:00 (GMT +4)
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

20 Yanvar 2021, 17:45 (GMT +4)
Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib

20 Yanvar 2021, 17:30 (GMT +4)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

20 Yanvar 2021, 17:27 (GMT +4)
Pompeo Çini Sincanda soyqırım törətməkdə ittiham edir

20 Yanvar 2021, 17:15 (GMT +4)
Ağcabədidə yük avtomobili ilə traktor toqquşub

20 Yanvar 2021, 17:00 (GMT +4)
İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20 Yanvar 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

20 Yanvar 2021, 16:43 (GMT +4)
Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

20 Yanvar 2021, 16:40 (GMT +4)
Türkiyədə 1 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub

20 Yanvar 2021, 16:30 (GMT +4)
Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

20 Yanvar 2021, 16:15 (GMT +4)
Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

20 Yanvar 2021, 16:06 (GMT +4)
Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

20 Yanvar 2021, 16:00 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb

20 Yanvar 2021, 15:45 (GMT +4)
İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20 Yanvar 2021, 15:39 (GMT +4)
Pentaqon rəhbərliyinə namizəd Rusiya ilə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib

20 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 15:15 (GMT +4)
İsmayıllıda 20 Yanvar şəhidləri anılıb (FOTO)

20 Yanvar 2021, 15:05 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb

20 Yanvar 2021, 15:00 (GMT +4)
Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (VİDEO)

20 Yanvar 2021, 14:58 (GMT +4)
Cavad Zərif gələn həftə Bakıya gəlir

20 Yanvar 2021, 14:45 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib (VİDEO)

20 Yanvar 2021, 14:30 (GMT +4)
İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

20 Yanvar 2021, 14:25 (GMT +4)
ABŞ-ın yeni rəhbərliyi uyğurların soyqırıma məruz qaldığına dair ittihamlarla razılaşır

20 Yanvar 2021, 14:15 (GMT +4)
Əfqanıstan səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib

20 Yanvar 2021, 14:00 (GMT +4)
Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

20 Yanvar 2021, 13:52 (GMT +4)
Çavuşoğlu: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik

20 Yanvar 2021, 13:45 (GMT +4)
Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

20 Yanvar 2021, 13:36 (GMT +4)
İran Co Bayden Administrasiyası ilə təmasların qurulmasını təkzib edib

20 Yanvar 2021, 13:21 (GMT +4)
Tramp 73 nəfəri əfv edib

20 Yanvar 2021, 13:15 (GMT +4)
İsmayıllıda qarın hündürlüyü 30 santimetrə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66