Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir09 Dekabr 2019, 17:20 (GMT +4) Bakı, 9 dekabr, SalamNews.Dövlət Reklam Agentliyininərazi reklam idarələrində çalışan əməkdaşlarının normativ hüquqi aktlarda edilmiş dəyişikliklər və qüvvədə olan qanunvericiliyin tələbləri barədə məlumatlandırmaq məqsədilə təşkil olunan təlimlər növbəti dəfə Sumqayıtda keçirilib.
SalamNews xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan təlimlərdə sahibkarların işinin asanlaşdırılması baxımından onların maarifləndirilməsi,qanunvericiliyə edilən dəyişikliklər barədə regionlardakı nümayəndələrin məlumatlandırılması, yeni yaradılan zonalar və onların sistemə daxil edilməsi yolları və s. mövzular əhatə olunub.
Təlimçilər Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə Regional İdarələrdəki əməkdaşlara məlumat veriblər.
Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli 843 nömrəli Fərmanı ilə ADRA-nın Nizamnaməsində edilən dəyişiklik, reklam haqqında qanuna edilən əlavələr, Agentliyin Regional İdarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması və s. mövzuları əhatə edən təlimdə Sumqayıtla yanaşı, Quba Regional İdarəsinin nümayəndələri dəiştirak ediblər. Əməkdaşlar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar.
Qeyd edək ki, təlimilərin növbəti mərhələsi Gəncə, Bərdə və Şəki Regional İdarələrinin əməkdaşları üçün ölkənin ikinci ən böyük şəhərində baş tutacaq.
|