Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

"Selector" radio verilişi yenidən efirə buraxılır

09 Dekabr 2019, 12:38 (GMT +4)

Bakı, 9 dekabr, SalamNews. Birləşmiş Krallığın bir çox mükafatlara layiq görülmüş "Selector" verilişi geri qayıdır.

14 dekabr 2019-cu il tarixindən başlayaraq ayda iki dəfə şənbə günləri saat 21:00-da ASAN Radio 100FMdə yenidən yayımlanacaq. Veriliş 2017-ci ildə böyük uğur qazanmış birinci mövsümündən sonra yenidən efirə buraxılır.

Dünyada 30-dan çox ölkədə yayımlanan Selector Birləşmiş Krallığın musiqi səhnəsində hazırda insanlara zövq verən hər şeyi qlobal auditoriyaya çatdırır. Biz sizi yeni səhnəyə çıxan ən yaxşı istedadları dinləmək üçün Birləşmiş Krallığın Bristol, Belfast, Kardiff və Qlazqo kimi şəhərlərinə virtual səyahətə aparacağıq. Biz hər həftə caz, qrim, indi və ya elektronika, yaxud bu janrların birləşdiyi musiqilərin bir araya gəldiyi, sözün əsl mənasında, eklektik musiqi siyahısı ilə sizə Birləşmiş Krallığın musiqi dünyasının aparıcı sənətkarları və səsyazma studiyalarını təqdim edəcəyik. Selector radiosu British Council üçün Folded Wing şirkəti tərəfindən hazırlanıb.

JAMZ SUPERNOVA-nın təqdimatında iki həftədən bir efirə çıxan iki saatlıq verilişdə yeni və maraqlı olan istənilən qrupun və sənətkarın istənilən janrdan olan musiqiləri səsləndirilir.

Selector ifa edəcək və müsahibə alınacaq sənətkarları onların nə dərəcədə məşhur və ya tanınmış olmasından asılı olmayaraq, sadəcə Britaniyanın yeni musiqilərini təqdim etmək məqsədilə seçir. Veriliş sahənin ad qazanmış musiqiçilərinə hər hansı şəkildə üstünlük vermir və səsyazma şirkətlərini, yaxud radio-reklam şirkətlərini razı salmaq kimi bir öhdəlik daşmır.

Bütün dünyada musiqi səhnəsində baş verənlər haqqında söhbətlərə qoşulmaq üçün Selector radiosunu və ya #selectorradio heşteqini izləyin. Yalnız Birləşmiş Krallığın deyil, dünyanın hər yerindən olan ən yaxşı musiqiləri eşitmək üçün efirdə qalın.

Daha çox məlumat üçün: https://www.britishcouncil.az/programmes/arts/selector

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 İyul 2020, 09:26 (GMT +4)
Şəhid general-mayor Polad Həşimov dəfn olunur - FOTO

15 İyul 2020, 09:23 (GMT +4)
Ərdoğan: Ermənistanın Azərbaycana hücumu bilərəkdən törədilib

15 İyul 2020, 09:19 (GMT +4)
İsraildə hökumət əleyhinə izdihamlı etiraz aksiyaları keçirilib (VİDEO)

15 İyul 2020, 09:12 (GMT +4)
Nazirlik: İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

15 İyul 2020, 09:00 (GMT +4)
DİM: İmtahan heyəti üzvlərindən koronavirusa yoluxan olmayıb

15 İyul 2020, 08:50 (GMT +4)
MN: Düşmənin növbəti hərbi obyekti darmadağın edilib - VİDEO

14 İyul 2020, 19:43 (GMT +4)
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO

14 İyul 2020, 18:07 (GMT +4)
Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

14 İyul 2020, 18:00 (GMT +4)
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

14 İyul 2020, 17:55 (GMT +4)
Lukaşenko seçkiqabağı çıxışlardan imtina edib

14 İyul 2020, 17:54 (GMT +4)
Təbriz universitetinin professoru Azərbaycan xalqına başsağlığı verib

14 İyul 2020, 17:52 (GMT +4)
Azərbaycan dili imtahanlarının nəticələri elan olunub

14 İyul 2020, 17:40 (GMT +4)
Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

14 İyul 2020, 17:28 (GMT +4)
İran Ayasofiyanın məscid elan edilməsinə münasibət bildirib

14 İyul 2020, 17:17 (GMT +4)
Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

14 İyul 2020, 17:16 (GMT +4)
Saakaşvili Ukrayna və Gürcüstanla bağlı "böyük planları" olduğunu açıqlayıb

14 İyul 2020, 17:10 (GMT +4)
XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

14 İyul 2020, 16:55 (GMT +4)
Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu açıqlayıb

14 İyul 2020, 16:50 (GMT +4)
İranlı deputat: Region xalqları Qarabağı işğalçılarda saxlamayacaq

14 İyul 2020, 16:40 (GMT +4)
Xudatda karantini pozan şəxslərdən narkotik götürülüb

14 İyul 2020, 16:25 (GMT +4)
Lavrov və Pompeo BMT-nin “nüvə beşliyinin” növbəti görüşünün keçirilməsini müzakirə ediblər

14 İyul 2020, 16:12 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz aparatı və döyüş heyəti məhv edilib

14 İyul 2020, 16:03 (GMT +4)
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlanıb (RƏSMİ)

14 İyul 2020, 15:52 (GMT +4)
Əmək qanunvericiliyinin pozulması ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib

14 İyul 2020, 15:49 (GMT +4)
Türkiyənin vitse-prezidenti Azərbaycana dəstək ifadə edib

14 İyul 2020, 15:36 (GMT +4)
İsrail rəsmisi ABŞ aviadaşıyıcısındakı partlayışa görə İranı ittihamlandırıb 

14 İyul 2020, 15:30 (GMT +4)
Rəsmi Bakı: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

14 İyul 2020, 15:24 (GMT +4)
Mayami "yeni Uxan"  adlandırılıb

14 İyul 2020, 15:13 (GMT +4)
Azərbaycan millisi UEFA Millətlər Liqasındakı oyunlarını BOS-da keçirəcək

14 İyul 2020, 15:00 (GMT +4)
İran parlamentinin idarə heyətinin üzvü: Qarabağ Azərbaycan torpağıdır və gec-tez ona qayıtmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66