Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb09 Dekabr 2019, 13:52 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi zamanı azı beş nəfər ölüb, itkin düşənlər də var. SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "New Zealand Herald" qəzeti yazır.
Daha əvvəl bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirildi.
"TVNZ" kanalı Hamilton xəstəxanasının yanıq xəsarəti alan dörd nəfəri qəbul etdiyini açıqlayıb.
Polis sözçüsü Con Tims, ölən və yaralılar arasında xarici vətəndaşların olduğunu açıqlayıb.
|