İraqlı qız 5 ildən sonra ona təcavüz edən İŞİD-çi ilə qarşılaşıb (VİDEO)
09 Dekabr 2019, 14:27 (GMT +4)
Bakı, 9 dekabr, SalamNews, B.Samid. Yezidi kürdlərindən Əşvaq Hac-Hamdi adlı 19 yaşlı xanım vaxtilə ona və ailəsinin bir neçə üzvünə təcavüz etmiş İŞİD-çi ilə üz-üzə gəlib.
SalamNews xəbər verir ki, əl-Ərəbiyyə telekanalı 19 yaşlı xanım Əşvaq Hac-Hamdi barəsində sənədli verliş hazırlayıb.
Reportajda bildirilir ki, Əşvaq bir il öncə televizoru izləyərkən təsadüfən ona və ailənin 6 üzvünə təcavüz etmiş 18 İŞİD-çidən birini yəni Əbu-Hammam əl-Hayyanı terror təşkilatının əl-Bağuz bölgəsində təslim olma anlarında tanıyır.
Aparılan araşdırmadan və istintaqdan sonra İŞİD-çi etdiyi əməli etiraf edir və bundan sonra Əşvaq və atası cani ilə üzləşirlər.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.