Kreml: Putin və Zelenski arasındakı danışıqların vaxtına məhdudiyyət qoyulmayacaq09 Dekabr 2019, 15:27 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında ikitərəfli görüş "Norman Dördlüyü" zirvə tədbirlərindən sonra başlayacaq, vaxt məhdudiyyəti yoxdur, görüşün müddəti yalnız Putin və Zelenskidən asılı olacaq.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Onun sözlərinə görə, görüş Fransa tərəfinin - sammitin təşkilatçılarının təklif etdiyi formata uyğun olacaq, bununla bağlı razılıq əldə olunub.
|