Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan fermerlərinin məhsulları Beynəlxalq yarmarkada nümayiş etdirilir

09 Dekabr 2019, 17:42 (GMT +4)

Bakı, 9 dekabr, SalamNews. Ölkəmiz bu il ilk dəfə olaraq 24-cü “Global Village” Beynəlxalq Yarmarkasında iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 24-cü “Global Village” Beynəlxalq Yarmarkası keçirilir. Azərbaycan bu il ilk dəfə olaraq 24-cü “Global Village” Beynəlxalq Yarmarkasında iştirak edir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur. Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində nümayəndə heyəti rəsmi işgüzar görüşlər keçirib. İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təşkilatçılığı ilə Dubay Ticarət və Sənaye Palatasında baş tutan görüşdə Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan, Palatanın digər rəhbər şəxsləri və BƏƏ-ni təmsil edən iş adamları iştirak edib.

Görüşdə hər iki ölkədə əmtəə ticarəti zamanı tələb olunan mövcud prosedurlar, Azərbaycanın ixrac və turizm potensialı, investisiya imkanları barədə təqdimat edilib. Gələcəkdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Birləşmiş Ərəb Əmirliklərində satışının təşkili mövzusunda geniş müzakirələr aparılıb.

Həmçinin, səfər çərçivəsində ATT nümayəndə heyəti və müxtəlif ölkələrin Dubay və Abu-Dabi şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları, rəsmi şəxsləri arasında görüş keçirilib. Bu görüşlərin əsas məqsədi Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının və “Made in Azerbaijan” brendinin tanıtımını həyata keçirmək, yerli istehsalçılar üçün alternativ satış kanalları tapmaq və yeni işgüzar əlaqələr yaratmaqdır.

Qeyd edək ki, 78 ölkənin məhsullarının sərgiləndiyi builki “Global Village” Beynəlxalq Yarmarkasında 26 pavilyon fəaliyyət göstərir. Müxtəlif ölkələri təmsil edən "Global Village" pavilyonları konkret ölkənin mədəni xüsusiyyətlərini və milli rəngarəngliyini əks etdirən bənzərsiz üslubda quraşdırılır. Pavilyonlarda satılan malların çeşidi çox genişdir. Burada qida məhsulları ilə yanaşı, kosmetika, suvenirlər, geyimlər, dəri və ağac məhsulları, ədviyyatlar və digər məhsullar tapmaq olar.

Azərbaycan pavilyonunda sərgilənən qida məhsulları arasında kiçik və orta fermer təsərrüfatlarının brendi olan, “Kənddən şəhərə” adı altında qablaşdırılan Zaqatala çayı, Haşimi düyüsü, noxud, bal, düyü unu və s. məhsullar da var. Həmçinin, Azərbaycana məxsus pavilyonda 25 şirkətin 200-ə yaxın çeşiddə məhsulları təqdim edilir. “Global Village” ərazisində və Azərbaycan pavilyonunda milli musiqimiz və mətbəximiz, “Azərbaycan irsi” guşəsində isə milli mədəniyyətimizə dair eksponatlar nümayiş etdirilir.

Qeyd edək ki, Qeyd edək ki, "Global Village" BƏƏ-də hər il 1,6 milyon kvadratmetr ərazidə yerləşən "Dubailand" əyləncə parkında təşkil olunan beynəlxalq və çox genişmiqyaslı yarmarkadır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir. 1996-cı ildən keçirilən yarmarkanı ötən il 7 milyon insan ziyarət edib.

Yarmarka 2020-ci il aprelin 4-dək davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kürdəmirin kəndlərində fermerlər üçün səyyar aqrar xidmətlər təşkil olunub

"Fermer Kartı"nda qalmış vəsaitdən gələn il istifadə etmək mümkün olacaq

Tovuzun 9 kəndində fermerlər üçün səyyar aqrar xidmət təşkil olunub

Alma və pomidorun ixracına qoyulan qadağadan fermerlər əziyyət çəkirlər

Şəmkirin 15 kəndində fermerlər üçün səyyar aqrar xidmət təşkil olunub (FOTO)

Bu il AKİA xətti ilə verilən aqrar kredit və güzəştlərdən 5623 fermer və sahibkar yararlanıb

Azərbaycanda fermerlər üçün yeni mikrokredit paketləri hazırlanıb (FOTO)

Kənd Təsərrüfatı naziri fermerlərlə görüşüb (FOTO)

Dövlət fermerlərə 30 mln manat subsidiya ödəyib

Aqrar Sığorta Fondu İsmayıllıda fermerlərlə görüşüb

AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilməyə başlanıb

Nazir: Son 4 ayda fermerlərə 9,5 milyon manat mikrokredit verilib

“KOB könüllüləri” fermerlərə dəstək təşəbbüsü göstəriblər

Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

Fermerlərə 7 milyon manat ödəniş edilib

Nazirlik: 20 minə yaxın fermerlə pambıq əkininə dair müqavilə imzalanıb

PAŞA Holding kiçik fermerlərə dəstək verir

Fermerlərin hesablarına 75 milyon manat subsidiya vəsaiti köçürülüb

Azərbaycan fermerlərinə 51 milyon manat subsidiya ödənilib

Subsidiyaların mərhələli şəkildə “Fermer kartlarına” köçürülməsinə başlanılıb

21 Yanvar 2021, 09:50 (GMT +4)
Əfqanıstan hökuməti Talibançı məhbusların növbəti qrupunu sərbəst buraxmaqdan imtina edib

21 Yanvar 2021, 09:45 (GMT +4)
Baş Prokurorluğun "İnstagram"ı rəsmi olaraq təsdiqlənib

21 Yanvar 2021, 09:30 (GMT +4)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib

21 Yanvar 2021, 09:26 (GMT +4)
Cozef Bayden bir sıra müsəlman ölkələrindən ABŞ-a giriş məhdudiyyətlərini ləğv edib

21 Yanvar 2021, 09:23 (GMT +4)
Qasim Süleymaninin qızı Trampın Ağ Evi tərk etməsinə münasibət bildirib

21 Yanvar 2021, 09:15 (GMT +4)
Daha 2 COVID-19 xəstəsinə cinayət işi başlanılıb

21 Yanvar 2021, 09:11 (GMT +4)
Tramp Administrasiyası getməmişdən az öncə BƏƏ-ə F35 qırıcılarının satılması haqda müqavilə imzalayıb

21 Yanvar 2021, 09:00 (GMT +4)
Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb

20 Yanvar 2021, 18:00 (GMT +4)
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

20 Yanvar 2021, 17:45 (GMT +4)
Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib

20 Yanvar 2021, 17:30 (GMT +4)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

20 Yanvar 2021, 17:27 (GMT +4)
Pompeo Çini Sincanda soyqırım törətməkdə ittiham edir

20 Yanvar 2021, 17:15 (GMT +4)
Ağcabədidə yük avtomobili ilə traktor toqquşub

20 Yanvar 2021, 17:00 (GMT +4)
İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20 Yanvar 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

20 Yanvar 2021, 16:43 (GMT +4)
Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

20 Yanvar 2021, 16:40 (GMT +4)
Türkiyədə 1 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub

20 Yanvar 2021, 16:30 (GMT +4)
Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

20 Yanvar 2021, 16:15 (GMT +4)
Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

20 Yanvar 2021, 16:06 (GMT +4)
Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

20 Yanvar 2021, 16:00 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb

20 Yanvar 2021, 15:45 (GMT +4)
İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20 Yanvar 2021, 15:39 (GMT +4)
Pentaqon rəhbərliyinə namizəd Rusiya ilə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib

20 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 15:15 (GMT +4)
İsmayıllıda 20 Yanvar şəhidləri anılıb (FOTO)

20 Yanvar 2021, 15:05 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb

20 Yanvar 2021, 15:00 (GMT +4)
Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (VİDEO)

20 Yanvar 2021, 14:58 (GMT +4)
Cavad Zərif gələn həftə Bakıya gəlir

20 Yanvar 2021, 14:45 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib (VİDEO)

20 Yanvar 2021, 14:30 (GMT +4)
İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66