Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərə hüquqi yardım göstərilib

10 Dekabr 2019, 14:42 (GMT +4)

Bakı, 10 dekabr, SalamNews.Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunda "Qobu Park-2" yaşayış kompleksində məcburi köçkünlərə pulsuz hüquqi yardım aksiyası keçirilib.

SalamNews QMKİDK-ə istinadən xəbər verir ki, kompleksdə yerləşən Zəngilan rayon 20 saylı tam orta məktəbdə təşkil edilmiş aksiyada Dövlət Komitəsinin hüquq sektorunun müdiri Ziya Məmmədov və Bakı şəhər 20 saylı vəkil bürosunun rəhbəri İlhamə Həsənova çıxış edərək bildiriblər ki, tədbirin məqsədi qaçqınların və məcburi köçkünlərin hüquqi maarifləndirilməsi, onlara bu sahədə əməl kömək göstərilməsidir.

Qeyd edilib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü ardıcıl iş aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də davamlı xarakter daşıyır.

Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə hazırda ölkəmizdə hüquqi islahatların aparıldığı, bu islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaratdığı, məhkəmə-hüquq sistemində şəffaflığı daha da genişləndirdiyi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vətəndaşlara göstərilən hüquqi xidmətlərdə ciddi keyfiyyət dəyişikliyi yaratdığı qeyd edilib.

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Onlar da, digər vətəndaşlar kimi, şəxsi və ictimai həyatda zəruri hüquqi dəstək tələb edən müxtəlif məsələlərlə üzləşir, bu zaman bəzən maddi imkansızlıqdan peşəkar hüquqşünasların xidmətlərindən istifadə etməyə çətinlik çəkirlər.

Vəkillər Kollegiyasının rəhbərliyi bunu nəzər alaraq, öz üzvlərinə məcburi köçkünlərə dəstək verməyi tövsiyə edib. Bakı şəhər 20 saylı Vəkil Bürosu bu təşəbbüsə birinci olaraq qoşulub. Büronun rəhbəri İlhamə Həsənova, vəkillər - Gülnar Qulizadə, Abdul Bağırov, Rubayıl Səfərov, Nəsimi Cəfərov, Yeganə Məmmədova, Pərvanə Məmmədova, Taleh Abbasov, Turan Abdullazadə, Əlibaba Əliyev və Elçin Mikayılov "Qobu Park-2" yaşayış kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat veriblər.

Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 100 nəfərə yaxın məcburi köçkünə məsləhət verilib və əməli yardım göstərilib.

Məcburi köçkünlərə ödənişsiz hüquqi yardım layihəsi respublikamızdakı digər müvafiq qəsəbələrdə də təşkil olunacaq.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

18 Yanvar 2020, 13:08 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 12:57 (GMT +4)
Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

18 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ Rusiya hökumətində dəyişikliyə münasibət biıdirib 

18 Yanvar 2020, 12:33 (GMT +4)
Suriya Ordusu radikal qruplaşmaların hücumu nəticəsində 12 əsgərini itirib

18 Yanvar 2020, 12:19 (GMT +4)
Kapital Bank-ın aktivləri 4,2 milyard manata çatıb

18 Yanvar 2020, 12:00 (GMT +4)
İŞİD «müfti»sinin qardaşı da ələ keçib (FOTO)

18 Yanvar 2020, 11:57 (GMT +4)
Donald Tramp Iraq prezidenti ilə görüşəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66