Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:05 (GMT +4)

Bakı, 10 dekabr, SalamNews. Ölkəmiz icbari tibbi sığortanın tətbiqi ərəfəsindədir. Bu keçid dövrü çox məsuliyyətli və həyəcanlıdır – icbari sığorta xidmətinə keçdikdə, səhiyyəmizin taleyi necə olacaq?..

SalamNews bu məsələ ilə bağlı sualları Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti polkovniki, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, Nyu-York Universitetinin magistri Ceyhun Məmmədova ünvanlayıb.

- Ceyhun müəllim, heç kimə sirr deyil ki, Gömrük Komitəsi hazırda köklü islahatlar, neqativ stereotiplərin dağıdılması dövrünü yaşayır. Bu, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının işində özünü necə göstərir?

- Siz tam haqlısınız. Dövlət başçısının uzaqgörən və ardıcıl siyasətinin nəticəsi olaraq bu gün Gömrük Komitəsində sadəcə imicin deyil, Azərbaycanda gömrük işinin məhz təşkili prinsiplərinin dəyişdirilməsi üzrə genişmiqyaslı işlər aparılır. Komitənin sədri general-leytenant Səfər Mehdiyevin təşəbbüs etdiyi islahatlar nəticəsində qısa müddət ərzində nəzərəçarpan və əhəmiyyətli nəticələr əldə olunub. Əlbəttə ki, bütün bunlar bizim Tibbi Xidmət İdarəsi, həmçinin, onun nəzdində olan Gömrük Hospitalından da yan keçməyib. Pozitiv dəyişikliklər və şəffaflıq şəraitində bizim xidmətdə artıq çoxdan yetişmiş kadr və struktur dəyişiklikləri aparmaq sözsüz ki, daha asan oldu.

- Dəqiq olaraq nəyi nəzərdə tutursunuz?

- Son bir il ərzində transplantologiya, uşaq və böyüklər üçün kardiocərrahiyyə sahələrinin ən yaxşı mütəxəssislərini desəm yanılmaram, Mərkəzi Gömrük Hospitalının fəaliyyətinə cəlb etməyə, şöbələri müasir tibbi avadanlıqlar və alətlərlə təchiz etməyə, Hospitalın stasionar şöbələrində pasiyentlərə göstərilən xidmətlərin ümumi səviyyəsinin daha da yüksəldilməsinə nail ola bilmişik. Bundan başqa nəzarət-buraxılış məntəqələrinin dislokasiya yerlərində tibbi yardımın göstərilməsi üçün planlar hazırlanmış, sanitar-epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilmiş, əhaliyə profilaktik tibbi yardım göstərmək məqsədi ilə səyyar mobil hospitalının imkanlarından istifadə olunmuşdur. Təbii ki, çox işlər görülmüşdür, amma düşünürəm ki, hələ qarşıda duran vəzifələrimiz daha da çoxdur.

Bu müddət ərzində görülmüş işlərdən Siz nəyi xüsusi olaraq qeyd etmək istərdiniz?

Ötən il Mərkəzi Gömrük Hospitalında çalışan həkimlərin işinin təkmilləşdirilməsi və onların elmi potensiallarının yüksəldilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Elmi Təcrübi və Tədris Mərkəzindən böyük gözləntilərimiz var. Bundan başqa, Hospitala ilk dəfə olaraq təhsillərini davam etdirmək üçün rezidentlər işə qəbul edilib. İnanıram ki, onları layiqli mütəxəssislər kimi yetişdirə biləcəyik. Ən çox da onunla fəxr edirəm ki, biz cari ildə cəbhə bölgəsində yaşayan əhaliyə, o cümlədən qaçqın və köçkünlərə yüksəktexnoloji tibbi xidmət göstərilməsinə yönəldilmiş bir sıra humanitar aksiyaları təşkil etməyə nail olmuşuq.

- Siz “Uşaq ürəkləri Qarabağda döyünür” aksiyasını nəzərdə tutursunuz?

- Əlbəttə, ilk növbədə. Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonunun Horadiz şəhərində və Ağdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirilən tədbirlər çərçivəsində 700 nəfərdən artıq insan zəruri yüksək texnoloji tibbi müayinədən keçmək imkanı əldə etmişdir. Bu, bizim tibbi heyətin təqdirəlayiq səyləri və səyyar mobil hospitalın texniki imkanları sayəsində mümkün olmuşdur. Bu aksiyaların təkcə bölgələrə səfərlərlə məhdudlaşmayıb, Bakı şəhərində Mərkəzi Gömrük Hospitalında davam etməsi mənim üçün çox əhəmiyyətlidir. Qürurla qeyd etmək istəyirəm ki, Cocuq Mərcanlıda həyata keçirilmiş tibbi müayinələr zamanı ən mürəkkəb ürək qüsuru aşkarlanmış 7 uşaq bizim Hospitalda uğurla əməliyyat edilib.

- Hörmətli cənab polkovnik, mətbuatdan bilirik ki, Siz Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında müqavilə imzalamısınız. Bu tərəfdaşlıqdan nələri gözləyirsiniz?

- Gözləntilərim çox optimistikdir. İlk öncə qeyd edim ki, Florence Nightingale Xəstəxanalar Qrupu nüfuzlu tibb müəssisələri şəbəkəsi olaraq, həm Türkiyədə, həm də regionda bu sahənin liderlərindən biri sayılır. Şübhəsiz, istər tibbi yardımın göstərilməsində, istərsə də, keyfiyyətli xidmətin təşkili məsələlərində bizim onlardan öyrənməli və tətbiq etməli çox işlər var. İkincisi, türk tərəfdaşımız lap başlanğıcdan özünü çox pozitiv şəkildə etibarlı partnyor kimi göstərə bilib. Müraciətlərimizə böyük diqqətlə yanaşıblar. Hətta cəbhə xəttində yerləşən Cocuq Mərcanlıda keçirilən humanitar aksiyada türk professor kardiocərrahlar bizimlə bərabər müayinələrdə iştirak ediblər. Bununla da həmişəlik bizim sevgimizi qazanıblar!...

 - Ceyhun müəllim, biz bilirik ki, Siz 90-a yaxın milli klinik protokolun redaktorusunuz. Bu protokollar ümumiyyətlə, bizim səhiyyə üçün nə dərəcədə aktualdır?

- Milli klinik protokolların tərtibi ilə mən hələ Amerika Beynəlxalq Səhiyyə Birliyinin (AIHA) ölkəmizdəki nümayəndəliyinə rəhbərlik etdiyim dövrdə məşğul olmağa başlamışam. AIHA və amerikanlı tibb işçiləri ilə müştərək tərəfdaşlıq layihələri sayəsində anlaşıldı ki, klinik protokollar olmadan praktiki tibbin davamlı inkişafı mümkün deyil. Sonradan mənə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində də klinik protokollar üzərində işləməyi davam etdirmək qismət oldu. Layihə olduqca mürəkkəb idi, amma bununla belə, biz 2015-ci ilədək 90 klinik protokol ərsəyə gətirdik ki, bu gün də həkimlər onlardan fəal istifadə edirlər. Hazırda Tibbi Xidmət İdarəsinin qarşısında duran vəzifə klinik protokolların yazılması deyil, onların tətbiq edilməsidir. Bu vəzifə bir çox səbəblərdən o qədər də asan deyil. Həm də ona görə ki, Azərbaycan dilində olan protokollar hələ də qıt saydadır. Çox təəssüf edirəm ki, biz bu problemlə icbari tibbi sığortanın tətbiqinə çox az qalmış, məsuliyyətli bir vaxtda qarşılaşmışıq. Çünki protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir.

- Yeri gəlmişkən, sığorta haqqında. Biz Sizi respublikada tibbi menecment sahəsində qabaqcıl mütəxəssislərdən biri kimi tanıyırıq. Sığortadan nələri gözləyirsiz?

- Sözsüz, icbari tibbi sığortanın tətbiqi çoxdan tələb olunan və tamamilə düzgün addımdır. Lakin burada ölkəmizin şəraiti üçün ən optimal modeli seçmək olduqca vacibdir. Düşünürəm ki, bu məsələdə müəyyən informasiya boşluğu vardır. Bu isə həm əhalidə, həm də mütəxəssislərdə yerində narahatlıq doğurur. İcbari tibbi sığortanın praktikada tətbiqinin necə baş verəcəyi barədə daha çox məlumatlı olmağımızı istərdim. Çünki bu məsələdə yol verilən səhvlər ciddi neqativ nəticələrə səbəb ola bilər...

- Yenə də...  Mümkünsə, bir qədər ətraflı…

- Əlbəttə, icbari tibbi sığortadan böyük gözləntilərimiz var. Xatırlatsaq ki, “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası” 2008-ci ilin yanvarında təsdiq olunub, bu gözləntilər nəinki böyük, həm də uzunmüddətlidir. Bu Konsepsiya ən yaxşı milli ekspertlərin beynəlxalq, ilk növbədə, ÜST-ün mütəxəssisləri ilə intensiv əməkdaşlığının nəticəsi olub. Yeri gəlmişkən, bu əvəzolunmaz sənəddə göstərilən düşünülmüş, düzgün islahatlar prinsipləri bu gün də öz aktuallığını itirməməkdədir.

- Siz 2008-ci ili xatırladırsınız, amma sığortanın pilotlaşdırılmasına yalnız 2015-ci ildə başlanılmışdır.

- Bu pilot layihədən çox-çox əvvəl ÜST-ün yerli ofisinin və digər beynəlxalq təşkilatların dəstəyi ilə Dünya Bankının da çoxillik layihəsi olmuşdur. Bu layihə Azərbaycanda icbari tibbi sığortanın daha sürətli və effektiv tətbiqinə dəstək olmağa yönəldilmişdi. Təəssüf ki, bir çox tövsiyələr, o cümlədən beynəlxalq ekspertlərin verdikləri rəylər öz tətbiqini tapmadı və ya haqsız olaraq unuduldu. Necə ki, bu irimiqyaslı layihə çərçivəsində hazırlanmış milli kadrlar kimi...

- Bir çox pasiyentlər müasir tibbin nailiyyətlərinə, yüksəktexnoloji tibbi yardıma ümid bağlayırlar. Bəs Siz necə hesab edirsiniz?

- Müasir tibbin inkişafı yüksək texnologiyaların, müalicənin qabaqcıl metodlarının, kommunikasiya innovasiyalarının tətbiqi ilə sıx bağlıdır. Hesab edirəm ki, Mərkəzi Gömrük Hospitalı ölkədə və regionda öz infrastrukturunu son nəslin texniki yenilikləri ilə təchiz edərək bu prosesin önündə gedir. Bu mənada biz gömrük işçilərinə və əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək üçün ən yeni avadanlıqların əldə edilməsində bizə kömək edən Dövlət Gömrük Komitəsinin daim dəstəyini hiss edirik. Belə ki, 2020-ci ilin yanvarında 3 Tesla gərginlikli maqnit sahəsi yaratmaq qabiliyyətinə malik olan premium sinfindən Philips Ingenia Elition X maqnit-rezonans tomoqrafı həkimlərimizin istifadəsinə veriləcək. Bu ən yeni model sırasından olan unikal aparat diaqnostik şəkillərin yüksək keyfiyyətini və nəticələrin dəqiqliyini təmin edir. Pasiyentin tuneldə yerləşdirilməsi prosedurunun optimallaşdırılması və skanlaşdırmanın sürətinin yüksəldilməsi nəticəsində bu tomoqrafda MR-müayinələrini iki dəfə tez aparmaq mümkündür. Bundan başqa, bu aparatda istifadə olunan xüsusi audio və videomaterialların canlandırılması hesabına əmələ gələn “dalış effekti” pasiyentləri sakitləşdirməyə və bununla da MR-müayinədən daha rahat keçməyə kömək edir.

- Ən yeni texnologiyalara gəldikdə, Sizin teletibbə münasibətiniz necədir? Tibbi xidmətlərin əlçatanlığı məsələsini həll etməyə onun köməyi ola bilərmi?

- Teletibb texnologiyalarına çox yaxşı yanaşıram. Bu gün biz bu texnologiyaların köməyi ilə regionlardakı nəzarət-buraxılış məntəqələrində gömrük işçilərinin sağlamlığının vəziyyətini məsafədən izləmək, həmçinin, ən yaxşı yerli və xarici mütəxəssislərlə məsafədən konsultasiyaların aparılması üzərində işləyirik.

- Ənənəvi sual: gələcəyə hansı planlarınız var?

- Biz ardıcıl və məqsədyönlü olaraq Mərkəzi Gömrük Hospitalının regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik. İnfrastrukturun müasirləşdirilməsi, ən yeni texnoloji nailiyyətlərin həyata keçirilməsi və tibbi menecmentin müasir metodlarının tətbiqi yolu ilə biz tibbi xidməti daim yeniləyirik. Mən əminəm ki, bu tibbi xidmətlərdən nəinki regionların və paytaxtın sakinləri, həm də xarici ölkələrdən gəlmiş “tibb turistləri” də fəal surətdə yararlanacaqlar. Sizə yeniliklərimiz haqqında bir neçə fakt gətirim. Dünyanın ən qabaqcıl sığorta şirkətlərindən biri olan AETNA bizimlə Azərbaycan üzrə eksklyuziv müqavilə imzalamış, bununla da göstərdiyimiz tibbi xidmətlərin yüksək keyfiyyətini bəyəndiyini bildirmişdir. Kimya sənayesinin region üzrə lideri olan SOCAR Polymer şirkətinin əməkdaşlarına təcili tibbi yardım xidmətinin göstərilməsi ilə bağlı elan etdiyi tenderdə Mərkəzi Gömrük Hospitalı qalib seçilib. Beynəlxalq tərəfdaşlarımızın dəvətlərimizi qəbul edərək tərəfimizdən keçirilən konfrans və layihələrdə iştirak etməkləri və digər məqamlar göstərir ki, biz zamanın nəbzini tutaraq addımlayır və rəhbərliyin müasir tələblərinə cavab verərək uğurla inkişaf edirik.

İdarəmiz də, şəxsən mən də respublika üzrə səhiyyənin davamlı inkişafı naminə öz pozitiv təcrübəmizi bölüşməyə hər zaman hazırıq!

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

DGK ilə CEC-nin birgə işçi qrupunun toplantısı keçirilib

DGK rəhbərliyi Xaçmaz, Qusar və Şabranda vətəndaşları qəbul edib

DGK və “Caspian European Club” B2G Forum təşkil edib

DGK sədri: Bu il 800 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DGK gömrük postunda yaranan sıxlıqla bağlı məlumat yayıb

DGK bəzi KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib

DGK sədri Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək

Zeynab Kazımovaya DGK rəhbərliyi tərəfindən təşəkkür edilib

DGK sədri Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

DGK sədri: Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

DGK ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısını alıb

DGK külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

DGK vətəndaş qəbulu prosesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DGK ölkəyə qanunsuz ehtiyat hissələri və siqaret gətirilməsinin qarşısını alıb (FOTO)

DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

27 Yanvar 2020, 11:30 (GMT +4)
Nazir: Ötən il 100-dən çox yeni məktəb tikilərək istifadəyə verilib

27 Yanvar 2020, 11:20 (GMT +4)
Rusiyanın iki diplomatı Bolqarıstandan qovulub

27 Yanvar 2020, 11:20 (GMT +4)
Təhsil naziri məktəblərdə şagird sıxlığına aydınlıq gətirib

27 Yanvar 2020, 11:08 (GMT +4)
Bakının daha iki rayonunda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

27 Yanvar 2020, 10:53 (GMT +4)
Görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27 Yanvar 2020, 10:43 (GMT +4)
İran XİN ABŞ ilə hansı formatda danışıqların mümkünlüyündən bəhs edib 

27 Yanvar 2020, 10:11 (GMT +4)
Amerikalı basketbolçu Kobe Braynt helikopter qəzasında ölüb

27 Yanvar 2020, 10:03 (GMT +4)
Bu gündən seçki bülletenlərinin çapına başlanacaq

27 Yanvar 2020, 09:45 (GMT +4)
Çində koronavirusdan ölənlərin ümumi sayı 80-ə çatıb

27 Yanvar 2020, 09:39 (GMT +4)
Azərbaycanda zəlzələ olub

27 Yanvar 2020, 09:28 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

27 Yanvar 2020, 09:14 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

27 Yanvar 2020, 09:00 (GMT +4)
“Könüllü qonaq” təşəbbüsünə Yevlax gəncləri qoşulublar

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66